CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur rusiyalı müğənninin Bakıya səfəri ilə bağlı qeyri-adi hadisə yada düşdü

© Sputnik / Aleksandr Nevezhin / Mediabanka keçidЛюдмила Зыкина. Фото из архива
Людмила Зыкина. Фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mixail Şvıdkoy Rusiya Xalq artistinin həyatından indiyədək xatırladığı bir hadisəni televiziya tamaşaçıları ilə bölüşmək qərarına gəlib.

BAKI, 10 iyun - Sputnik, Kəmalə Əliyeva. Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy Andrey Malaxovun “Privet, Andrey!” (Salam, Andrey!) verilişində Bakıya qastrol səfəri zamanı SSRİ Xalq artisti Lyudmila Zıkina ilə bağlı baş verən hadisə barədə danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, proqramın buraxılışı məşhur müğənninin 90 illiyinə həsr olunub. Proqram çərçivəsində Şvıdkoy Zıkina və onun Azərbaycandakı konsertləri ilə bağlı məzəli epizodu xatırladıb.

"Bir əhvalatı danışım – Polad Bülbüloğlu Lyudmila Zıkinanı 60 illiyi münasibətilə təbrik etdi. O, yubileydə səhnəyə çıxdı və xatırlatdı: "Sizə başqa hansı ölkədə deyiblər: "Ay xanım, oxuma, sadəcə ora-bura get-gəl?!". Zıkina Azərbaycanda 20 konsert verib və ondan daha birini də verməyi xahiş ediblər. Amma o, artıq yorulmuşdu, oxuya bilmirdi. Onda ondan xahiş etdilər ki, oxuma, sadəcə səhnədə gəz”, - deyə Şvıdkoy bu hadisəni tez-tez xatırladığını bildirib.

Lyudmila Zıkina xalq mahnıları, rus romansları və estrada mahnılarının ifaçısıdır. 1973-cü ildə müğənniyə Azərbaycan SSR Xalq artisti adı verililib. O, 1 iyul 2009-cu ildə vəfat edib.

Xəbər lenti
0