Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xalq artistləri karantin vaxtı Vyanaya konsertə tamaşa etməyə gediblər

© Sputnik / Ekaterina Lyizlova / Mediabanka keçidОперные певцы Анна Нетребко и Юсиф Эйвазов, фото из архива
Оперные певцы Анна Нетребко и Юсиф Эйвазов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı vokalçı məşhur həyat yoldaşı ilə birlikdə İsrail musiqiçisinin Vyana Filarmoniyasındakı konsertindən zövq alıblar.

BAKI, 10 iyun - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Yusif Eyvazov xanımı, Rusiyanın Xalq artisti Anna Netrebko ilə birlikdə koronavirus pandemiyasına görə özünütəcriddən bir neçə ay sonra Vyanada məşhur pianoçu Daniel Barenboymanın konsertinə baş çəkiblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, artistlər bu sevinclərini "Instagram" səhifələrində paylaşıblar.

Məşhur vokalçılar sevinirlər ki, teatrların bağlı olması səbəbindən hələlik səhnədə çıxış edə bilməsələr də, konsert həyatında iştirak edirlər.

View this post on Instagram

A post shared by @anna_netrebko_yusi_tiago on

"Bizim dahi Daniel Barenboymdur! Bethovenin "32 nömrəli sonata, Opus 111" onun ifasında ecazkardır. Canlı musiqini heç nə əvəz etmir", - Netrebko yazıb.

İsrail pianoçusu və dirijoru Daniel Barenboymanın çıxışı Vyana Filarmoniyasının konsert salonunda olub. Zalda o qədər də çox tamaşaçı olmayıb, çünki onların arasında məsafə gözlənilib.

Vokalçılar inanırlar ki, bu konsert digər çıxışlara da start verəcək və tezliklə onlar özləri də səhnəyə çıxa biləcəklər.

Yusif Eyvazov bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. O, Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.

Anna Netrebko müasir Rusiya tarixinin ən istedadlı opera müğənnilərindən biridir. O, "Ruslan və Lyudmila", "Boris Qodunov", "Sevilya bərbəri", "Çar gəlini", "Don Juan", "Riqoletta", "Bohema" və bir sıra digər operalarda möhtəşəm ifaları ilə şöhrət qazanıb. 2002-ci ildə Mariinsk teatrının heyətinin tərkibində Metropolitan Operasının səhnəsində "Hərb və Sülh" əsərindən oxuduğu parçalar geniş rezonans doğurub və ona dünya şöhrəti qazandırıb. Bundan sonra Netrebko dünyanın bir çox ölkəsində ən müxtəlif səhnələri bölüşüb.

Anna Netrebko və Yusif Eyvazov 2015-ci ildə ailə qurublar.

Xəbər lenti
0