CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın məşhur aktrisasının şərəfinə marka hazırlandı

© AR Ministry of Transport, Communications and High TechnologiesLeyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası
Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası  - Sputnik Azərbaycan
Abunə olmaq
Markalar Belarusun “Bobruisk Integrated Printing House” mətbəəsində 300 min tirajla çap olunub. Eyni zamanda, 200 ədəd “Birinci gün” zərfləri hazırlanıb

BAKI, 31 may — Sputnik. Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin obrazı bundan belə poçt markalarını bəzəyəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın görkəmli aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.

© AR Ministry of Transport, Communications and High TechnologiesLeyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə hazırlanan poçt markası
Azərbaycanın məşhur aktrisasının şərəfinə marka hazırlandı - Sputnik Azərbaycan
Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə hazırlanan poçt markası

Dizaynını “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovun hazırladığı markanın üzərində qrafik şəkildə aktrisanın portreti əks olunub. 16 (4x4) markadan ibarət vərəqdə markaların şaquli düzülüşü kino lentini xatırladır. Bu düzülüş əsasında hər markaya 1 bütöv, 2 yarımçıq “kadr” düşür.

Markalar Belarusun “Bobruisk Integrated Printing House” mətbəəsində 300 min tirajla çap olunub. Eyni zamanda, 200 ədəd “Birinci gün” zərfləri hazırlanıb.

Xəbər lenti
0