CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti Flora Kərimovanın uzun müddətli qadağası götürüldü

Abunə olmaq
"10 ilə yaxındır, efirə çıxmırdım. Pis günün ömrü az olar, amma nədənsə mənim pis günlərim uzun çəkdi"

BAKI, 27 may — Sputnik. Xalq artisti Flora Kərimovanın 8 ildir "Xəzər" TV-yə çıxma qadağası var idi. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi uzun illər sonra ilk dəfə "5/5" verilişində qonaq olub. O: "Zər qədrini zərgər bilər, zərgər zəri muradına yetirər. 10 ilə yaxındır, efirə çıxmırdım. Pis günün ömrü az olar, amma nədənsə mənim pis günlərim uzun çəkdi", - deyə proqram zamanı söyləyib.

Qeyd edək ki, 78 yaşlı Xalq artisti Azərbaycanın bir çox filmlərinin mahnılarını ifa edib. Yaradıcılığı dövründə Tofiq Quliyev, Şəfiqə Axundova, Taleh Hacıyev, Fikrət Əmirov, Cahangir Cahangirov, Səid Rüstəmov, Arif Məlikov, Vasif Adıgözəlov, Süleyman Ələsgərov, Rauf Hacıyev, Oqtay Kazımov, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Elza İbrahimova kimi korifey bəstəkarların mahnılarını böyük ustalıqla oxuyub.

Xəbər lenti
0