Amaliya Pənahovanın rəsmi, arxiv şəkli

Xalq artisti: "Amaliya Pənahova teatrdan incik düşdü"

15
Elə hallar var ki, yazılır, amma demək olmur. Özünə arxayın, sevilən, pərəstişkarları çox olan sənətkar idi. Böyük sənətkarı şərə salmaq olmazdı.

BAKI, 25 may — Sputnik. "ARB" televiziyasında yayımlanan "Səhər-səhər" verilişi mərhum Xalq artisti Amaliya Pənahovaya həsr edilib.

Sputnik Azərbaycan xəbər verir ki, proqramda onun yaradıcılığından söz açılıb. Xalq artisti Əli Nur bildirib ki, aktrisa Akademik Milli Dram Teatrından küsüb gedib:

"Amaliya xanımın bütün məziyyətlərini bilirik. Teatra direktor, bədii rəhbər gələndə ədalətli olmalıdır. Rol bölgüsü düzgün aparılmalıdır. Bəzi hallarda teatra bədii rəhbər gəlir və qisas alır. Amaliya Pənahova teatrdan incik düşdü. Küsdü və getdi. Onu yaratdığı obrazlara görə incitmək olmazdı. Burada Akademik Milli Dram Teatrına direktor təyin olunmasının da səbəbi var idi. Çünki Amaliya xanımın da buna istəyi var idi. İncidi getdi və öz Bələdiyyə Teatrını yaratdı. Elə hallar var ki, yazılır, amma demək olmur. Özünə arxayın, sevilən, pərəstişkarları çox olan sənətkar idi. Böyük sənətkarı şərə salmaq olmazdı. Onu etdilər".

Qeyd edək ki, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru olmuş respublikanın Xalq artisti Amaliya Pənahova 73 yaşında 2018-ci ildə vəfat edib.

15
Sinan Akçil

Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib

52
Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube" şəbəkəsində ön sıralardadır.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Müğənni-bəstəkar Sinan Akçıl Qarbağda baş verən hadisələrdən təsirlənərək "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib. Məşhur həmin mahnını azərbaycanlı müğənni Səidə Quliyeva ilə birlikdə oxuyub. Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube"da ön sıralardadır.

Qeyd edək ki, Sinan Akçıl Qarabağla və Gəncədə baş vermiş terror hadisəsi ilə bağlı dəfələrlə paylaşımlar edib.

52
İbrahim Tatlısəs, arxiv şəkli

İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"

26
(Yenilənib 16:50 23.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

BAKI, 23 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Посмотреть эту публикацию в Instagram

İki Millet TEK Devlet TÜRK Milleti Olarak Ölümüne Yanındayız AZERBAYCAN !

Публикация от İBRAHİM TATLISES (@ibrahimtatlises)

Bu dəfə türk musiqisinin imperatoru İbrahim Tatlısəs Azərbaycana dəstəyini nümayiş etdirib. Belə ki, Türkiyənin məşhur müğənnisi özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

26
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

0
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

0