“Karib dənizinin quldurları” filmindən səhnə

Papaq altda oğullar yatır: azərbaycanlılar hollivuddakılardan heç pis deyillər - VİDEO

24
(Yenilənib 13:54 24.05.2020)
Musiqiçilər Sultanhüseyn Rzayev və Orxan Cumayev eksperiment apararaq məşhur Amerika filminin saundtrekini özünəməxsus tərzdə ifa ediblər

BAKI, 24 may — Sputnik, Kəmalə Əliyeva. Qara Qarayev adına Azərbaycan dövlət kamera orkestrinin solistləri məşhur “Karib dənizinin quldurları” filminin saundtrekinin kaver versiyasını təqdim ediblər.

Sputnik Azərbaycan bildirir ki, zərb alətləri ifaçısı Sultanhüseyn Rzayev və violonçelist Orxan Cumayev ötən dəfə “Taxt-tac oyunları”nın saundtrekini ifa etmişdilər.

Musiqiçilər öz partiyalarını telefona yazıblar, sonra isə onu montaj edərək videoçarx halına salıblar. Rzayevlə Cumayevin yeni interpretasiyası izləyicilərinin xoşuna gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sultanhuseyn Rzayev (@sultanhuseyn)

“Karib dənizinin quldurları” – altı hissədən ibarət macəra filmidir. Rejissorları Qor Verbinski, Rob Marşall, Espen Sandberq və Yuakim Rönninq olan filmlərin ssenarisini Terri Rossio, Ted Elliot, Ceff Natanson yazıblar. Prodüseri isə Cerri Brukhaymerdir. Əsas rolları Conni Depp, Kira Naytli, Orlando Blum, Cefri Raş və başqaları paylaşıblar.

Müqayisə üçün “Karib dənizinin quldurları” filminin saund-trekinin orijinal versiyasını da təqdim edirik.

24
Əlaqədar
“Taxt-tac oyunları”nın soundtrekinin Azərbaycan versiyası hazırlanıb – VİDEO
Üç müğənnimizi bir qız yaman dərdə salıb: "Axı niyə?" – VİDEO
Azərbaycanlı müğənnilər əfsanəvi mahnını "ağlatdılar" - VİDEO
Mina Hüseyn: "Abırsız onların özüdür"
"Təhminə və Zaur" un altıncı mərtəbəsi
Səmra Rəhimli, arxiv şəkli

Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib

154
(Yenilənib 19:54 10.07.2020)
Səmra Rəhimli həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunmuş "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib, tezliklə hip-hop albomunu da təqdim edəcək.

 

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni Səmra Rəhimli yeni hip-hop albomundan "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib.

İfaçı Sputnik Azərbaycan-a bildirib ki, mahnı həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunub.

Layihənin prodüseri müğənninin anası İlahə Baxşıyeva olub. Bu kompozisiyanı yazdırmağa onu 20 yaşında qətlə yetirilmiş amerikalı reper XXXTENTACİON-ın (Jasey Duane Ricardo Onfray) "Moonlight" ("Ay işığı") adlı məşhur hiti ilhamlandırıb.

"Mən artıq bir ildir ki, albom üzərində çalışıram. Onun yerli şou-biznesdə analoqu yoxdur, çünki bu, Azərbaycanda ilk qadın hip-hop albomudur. Bura on trek daxil olacaq. Bu albomun üzərində gənc reper və musiqiçilərdən ibarət tam bir qrup işləyir: sözlərin müəllifi Clavis və OD, musiqinin müəllifi OD, aranjman Clavis, miks və masterinq isə Drek-dir", – deyə Rəhimli qeyd edib.

Qız etiraf edib ki, hip-hop həmişə onu cəlb edib. O, hətta məktəb illərində ingilis dilində rep oxuyur, populyar reperləri dinləyirmiş. Rəhimli həmişə Azərbaycan dilində rep kompozisiyası ifa etmək istəyib.

"İllər sonra mən sevimli hip-hopuma qayıtdım və bizimlə eyni dalğada olan insanları tapmazdan əvvəl anamla bu işə çox vaxt sərf etdik. Armas sinqlinin uğur qazanmasından sonra biz bu istiqamətdə işləri davam etdirməyə qərar verdik - yeni trekləri yazmağa başladıq və bir vaxt ayıldıq ki, artıq bütöv bir albom üçün material yığılıb", - deyə müğənni etiraf edib.

Səmra Rəhimli 19 oktyabr 1994-cü ildə Bakıda anadan olub. "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçısı olan Səmra 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edib. O, "Avroviziya-2016"nın final mərhələsində 17-ci yerdə qərarlaşıb.

Hazırda müğənni çıxış etməyə və yeni layihələr üzərində işləməyə davam edir.

154
Əlaqədar
Müğənni Bəxtiyarın keçmiş həyat yoldaşı onun koronavirusa yoluxduğuna inanmır
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar
Antalya, arxiv şəkli

Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar

1685
(Yenilənib 15:54 09.07.2020)
Müğənnilər Tunar Rəhmanoğlu, Səbinə Selcan və prodüser Tarix Əliyev yay mövsümünün qonşu ölkədə keçirilməsi fürsətini fövtə vermədilər

BAKI, 9 iyul  - Sputnik, Kəmalə Əliyeva. Sən demə, Azərbaycanın Xalq artisti Miri Yusif karantin rejimində  Bakıdan qaçıb xüsusi reyslə Türkiyəyə istirahətə yollanaraq sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqidlərə məruz qalan tək məşhur deyilmiş.

Sputnik Azərbaycan-ın araşdırmasına görə, Miri Yusifin ardınca Bakı-İstanbul-Bakı xüsusi reysindən istifadə edərək, qonşu ölkəyə daha bir neçə azərbaycanlı ulduz uçub.

Azərbaycanda iyulun sonuna kimi sərt karantin rejimi hökm sürəcək. Bu müddətdə çimərliklər və istirahət zonaları qapalı olacaq. Yerli məşhurlar bu vəziyyəti fürsətə çevirərək yayın qalan hissəsini səmərəli keçirmək üçün Türkiyəyə qaçıblar.

Ulduzlar istirahət zamanı çəkilmiş şəkillərini həvəslə "Instagram"-da paylaşaraq sərt karantinin qaydalarına uymaq məcburiyyətində qalan imkansız təbəqənin həsəd və hiddətinə səbəb olurlar.

Belə ki, Türkiyədə məşhur olan müğənni Günelin ifaçı qardaşı Tunar Rəhmanoğlu öz doğum gününü ailəsi ilə birlikdə qardaş ölkədə qeyd etmək qərarına gəlib.

Onun ardınca məşhur qalmaqallı prodüser Tarix (Tolik) Əliyev Bakıdan köçüb. Dediyinə görə, yarım ilə yaxındır ki, koronavirusa görə heç yerə gedə bilməyib.

"Hava limanında həmişə sıxlıq olur, bu dəfə isə hər yer boş idi. Bütün bunlar koronavirusa görədir. Ümid edək ki, tezliklə hər şey dəyişəcək", - Əliyev qeyd edib.

Müğənni Səbinə Selcan da Türkiyəyə istirahətə yola düşüb. O, artıq evdə otura bilməyəcəyini etiraf edib, buna görə vəziyyəti dəyişdirməyə qərar verib.

View this post on Instagram

A post shared by SabinaSelcan (@sabinaselcan) on

"Əgər harasa uçmaq imkanı varsa, bundan istifadə etmək lazımdır. Allaha şükür ki, İstanbula uçuşlar açıldı. Oradan Türkiyənin digər şəhərlərinə də gedəcəyəm", - deyə müğənni bildirib.

İyun ayından başlayaraq qarşılıqlı razılıq əsasında "Azərbaycan Hava Yolları" və "Türkiyə Hava Yolları" şirkətləri həftədə dörd dəfə müntəzəm olaraq Bakı-İstanbul-Bakı xüsusi reyslərini təşkil edirlər.

Nazirlər Kabinetinin qərarı ilə 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir, Yevlax, Cəlilabad, Gəncə, Masallı, Abşeron, Goranboy, Göygöl, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında ciddi karantin rejimi fəaliyyət göstərəcək. Qeyd olunan şəhər və rayonlarda bütün iş, xidmət və ticarət sahələrində fəaliyyət, həmçinin ictimai nəqliyyat və avtomobillərin hərəkəti dayandırılıb. Göstərilən şəhər və rayonlarda fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrdə çalışan şəxslərin və nəqliyyatın hərəkətinə icaze.e-gov.az.portalında müvafiq icazə alındıqdan sonra yol verilir.

1685
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
Məşhur bakılı: "Koronavirus mənə də çatıb" - VİDEO
Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Nadir səs tembrinə sahib olan azərbaycanlı müğənni imicini kökündən dəyişib
Ermənistanda Rusiya hərbi bazası, arxiv şəkli

Ermənistan Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcək

0
(Yenilənib 22:24 10.07.2020)
Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müdafiə və təhlükəsizlik sahələrində Rusiya ilə hərbi-siyasi, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edib.

 

BAKI, 10 iyul — Sputnik. Ermənistan yeni milli təhlükəsizlik strategiyası çərçivəsində Rusiya ilə hərbi əməkdaşlığını davam etdirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında yerləşdirilən strategiyanın mətnində bildirilir.

Qeyd olunur ki, Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müdafiə və təhlükəsizlik sahələrində Rusiya ilə hərbi-siyasi, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edib.

Sənəddə, həmçinin vurğulanır ki, Yerevan üzv-ölkələrin maraqlarının effektiv şəkildə qorunması və strukturun institusional imkanlarının genişləndirilməsi naminə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə təşəbbüslərdə aktiv şəkildə iştirak edir: "Ermənistan təşkilatın effektivliyinin artırılması və üzv ölkələrinin biri-birinə münasibətdə müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsi istiqamətində işlərini davam etdirəcək".

Sənəddə ABŞ-la əməkdaşlıq kontekstində hərbi-siyasi məsləhətləşmələrin və institutların islahatlarına yönələn qarşılıqlı əlaqələrin vacibliyi vurğulanır.

Sənəddə, həmçinin siyasi, ticari-iqtisadi, müdafiə və mədəni-humanitar sahələrdə Rusiya ilə strateji və müttəfiqlik əlaqələrinin inkişafı Yerevanın xarici siyasətində əsas prioritetlərindən biridir.

0