Alyona Qavrilova, arxiv şəkli

Emindən ayrılan Alyona Qavrilova əsas suala cavab verdi

87
(Yenilənib 19:59 22.05.2020)
Rusiyalı model Azərbaycanın Xalq artisti ilə ayrıldığını təsdiq edərək müxtəlif şayiələrə son qoymaq qərarına gəldi

BAKI, 22 may — Sputnik, Kəmalə Əliyeva. Rusiyalı model Alyona Qavrilova Azərbaycanın Xalq artisti Emin Ağalarovdan ayrılması barədə ilk dəfə danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Alyona qızları Afinanın özü ilə yaşayacağını bildirib.

Emin Ağalarov bir neçə gün öncə Instagram səhifəsində Qavrilovadan ayrıldığını yazan zaman Alyona da elə həmin sosial şəbəkədə izləyicilərindən özünə gəlməsi üçün vaxt istəmişdi. O, uzun müddət susdu və qızı ilə şəkillərini paylaşmadı. İzləyicilər də, Emin hər gün qızı ilə şəkillər paylaşdığından, hesab etdilər ki, uşaq atası ilə yaşayır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Alena Gavrilova (@agavrilova777)

"Mən hamı uşağın mənimlə yaşadığını bilsin deyə qızımla şəkillərimi paylaşmağa hazırlaşmıram. Bu, faktdır. Biz ayrıldıq. Heç nə paylaşmayacam, paylaşmaq da istəmirəm. Söhbət bitdi. Hamıya uğurlar! Bu mövzu mənim səhifəmdə birdəfəlik bağlandı", - deyə Qavrilova bu gün Instagram-dakı səhifəsində yazıb.

Xatırladaq ki, mayın 13-də Emin Ağalarov Instagram-da xanımından ayrılması barədə paylaşım etmiş, ona ömür boyu hörmət edəcəyini və qızına görə minnətdar olduğunu bildirmişdi.

Ağalarovla Qavrilovanın toyu 2018-ci ildə olub. Toyu Andrey Malaxov aparıb, qonaqlar arasında isə Stiven Siqal kimi məşhurlar olub. Ötən il Eminlə Alyonanın Afina adında qızları dünyaya gəlib.

87
Əlaqədar
Mina Hüseyn: "Abırsız onların özüdür"
Üç müğənnimizi bir qız yaman dərdə salıb: "Axı niyə?" – VİDEO
Koronavirus maneə deyil, yenə isti olacaq - "Jara" baş tutacaq
Bakılı qız Rusiya telekanalının realiti-şousunun finalına yüksəldi
Emin Alyona Qavrilovadan boşanmasının səbəbini açıqladı
ABŞ-da etirazlar

Benksi etirazını bildirdi: “Kimsə qapını sındırmalı olacaq”

10
(Yenilənib 23:43 06.06.2020)
Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir

BAKI, 6 iyun — Sputnik. Britaniyalı məşhur küçə rəssamı Benksi Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlanan etirazlara həsr etdiyi işini göstərib.

Sputnik Azərbaycan bildirir ki, o, şəkli özünün Instagram səhifəsində yerləşdirib.

Şəkildə rəssam qara insanın matəm portretini və onun üst tərəfindən asılmış, bir qırağı şamdan od alan Amerika bayrağını təsvir edib.

“Rəngli (qara) insanlar sistemə görə uğursuzluğa düçar olublar. Ağ sistemə görə”, - Benksi paylaşımında yazıb.

Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Banksy (@banksy)

“Bu düzgün olmayan sistem onların həyatını məşəqqətə çevirir, ancaq (boruları) təmir etmək – onların vəzifəsi deyil. Heç kim onları yuxarıdakı mənzilinə buraxmayacaq”, - yazan rəssam əlavə edib ki, bu, “ağ adamların problemidir” və buna görə istənilən halda kimsə “yuxarı qalxıb qapını sındırmalı olacaq”.

Mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu həbs ediblər. Bu zaman onu yerə yıxıblar, polis zabitlərindən biri dizi ilə onun boynunu sıxıb. Floyd dəfələrlə nəfəs ala bilmədiyini desə də, buna əhəmiyyət verməyiblər. Nəticədə Floyd reanimasiyada dünyasını dəyişib. Bundan sonra ABŞ-da kütləvi etiraz və iğtişaşlar başlayıb.

10
Əlaqədar
İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi
Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb
Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar
Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir
Yaşlı kişini ölümcül hala salan polislərə həmkarlarından dəstək - VİDEO
Teymur Hacıyev, arxiv şəkli

Azərbaycanlı rejissorun filmini Kannın əjdahaları ələkdən keçirəcəklər

7
(Yenilənib 19:38 06.06.2020)
Həftənin sadiq tərəfdaşı olan kino üzrə Qan Fondu ("Fondation Gan pour le Cinema") yeni rejissorları dəstəklədiyini bildirərək, I və II yerləri tutan bədii filmlərə Qan Fondu Yayım Mükafatını təqdim edəcəyini deyib

BAKI, 6 iyun — Sputnik. Kann Festivalının 59-cu “Tənqid həftəsi”nin ("la Semaine de la Critique") qısametrajlı filmləri arasında azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” ekran əsəri də yer alıb.

“Tənqid həftəsi” fiziki olaraq baş tutmasa da, digər seksiyalar yeni istedadları aşkarlamaq və onları, eləcə də kino sənayesini dəstəkləmək fəaliyyətini davam etdirib.

Sputnik Azərbaycan xəbər verir ki, “Tənqid həftəsi” bu il COVID-19 pandemiyası səbəbindən xüsusi müşayiət proqramı ilə işə başlayıb. Bu il 5 uzunmetrajlı və 10 qısametrajlı film “Semaine de la Critique 2020” etiketindən faydalanacaq.

Həftənin sadiq tərəfdaşı olan kino üzrə Qan Fondu ("Fondation Gan pour le Cinema") yeni rejissorları dəstəklədiyini bildirərək, I və II yerləri tutan bədii filmlərə Qan Fondu Yayım Mükafatını təqdim edəcəyini deyib.

“Tənqid həftəsi 2020” etiketi olan 10 qısametrajlı film oktyabrın 19-dan 25-dək "Festival Scope Pro" platformasında rəqəmsal formada və oktyabrın 22-dən 25-dək isə geniş ictimaiyyət üçün yayımlanacaq.

Xatırladaq ki, T.Hacıyevin prodüseri olduğu “Ayrılıqda” (“Torn”) filmi hələ 2014-cü ildə Kann Festivalının “Rejissor ikihəftəliyi” proqramına daxil edilib.

7
Əlaqədar
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
Qarabağın qapısını açmaq istəyənlərin "Açar"ı: hər azərbaycanlının qəlbi sızlayacaq
Məşhur azərbaycanlı qadın Rusiya filminin qəhrəmanı olub
Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi
Bakı "YouTube"dan Azərbaycan xalq mahnısını mənimsəmiş kanalların bağlanmasını tələb edir