CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Putin Azərbaycanın Xalq yazıçısını mükafatlandırdı

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidПрезидент РФ Владимир Путин
Президент РФ Владимир Путин - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur Azərbaycan yazıçısı Çingiz Abdullayev Rusiyanın dövlət başçısına zəhməti və yaradıcılığına verdiyi qiymətə görə təşəkkür edib

BAKI, 21 may — Sputnik, Kəmalə Əliyeva. Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin “Dostluq” ordeni ilə təltif olunması barədə Sərəncam verib.

Sputnik Azərbaycan-a bu barədə yazıçının özü məlumat verib.

Mükafat yazıçıya Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın möhkəmlədilməsində xidmətlərinə görə verilib.

“Rusiya Prezidenti, hörmətli cənab Vladimir Putinə zəhmətimi qiymətləndirdiyinə görə minnətdaram. Səni dünyanın ən böyük ölkəsində qiymətləndirmələri, hörmət etmələri böyük şərəfdir. Ancaq məni ən çox sevindirən budur ki, ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə görə təltif olunuram. Rusiyada mənim kitabım olmayan şəhər, demək olar ki, yoxdur. Oxucularıma təşəkkür edirəm”, - Abdullayev qeyd edib.

Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, psixoloji və siyasi detektiv janrlarındakı əsərlərini rus dilində yazır. Abdullayev “Bir tikə çörək”, “Mavi mələklər”, “İnsan ovu”, “Əclafların qanunu” və s. kimi çox məşhur əsərlərin müəllifidir.

2002-ci ildə rusiyalı kinematoqrafçılar Ç.Abdullayevin üç əsəri əsasında “Dronqo” serialı çəkiblər. Rejissoru Zinovi Royzman olan serialda baş rolu İvar Kalnınış ifa edib. Serialın çəkilişləri iki il davam edib. Orada MDB-nin yeddi ölkəsindən 400 aktyor iştirak edib.

Xəbər lenti
0