Mir Qabil Əkbərov

Mir Qabil: "Bizim tamaşaları dövlət adamı bir cür, sıradan adam başqa cür anlayır"

260
(Yenilənib 19:17 21.05.2020)
"İstədim ki, “öz əlim, öz başım olsun”. Çətinlik ilk növbədə kollektivin formalaşmasında oldu. Təbii ki, gənclər arasında həvəskarlar var. Amma açıq danışaq. Kim dövlət teatrını qoyub özələ gələr?!"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Mir Qabil Əkbərov 1997-ci ildə Naxçıvan şəhərində, respublikanın Xalq artisti Yasəmən Ramazanovanın ailəsində anadan olub. Uşaq yaşlarında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalarda çıxış edib. 2010-2015-ci illərdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin "dram rejissoru" ixtisasına qəbul olub. 2019-cu ildə təhsilini başa vurduqdan sonra "dram rejissoru" ixtisası üzrə magistratura pilləsinə qəbul olub. 2017-ci il oktyabrın 28-də Müstəqil Şah Mat Teatrını yaradıb, hazırda teatrın rəhbəri və rejissorudur. 2019-cu ildə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyor heyətinə daxil olub, teatrın bir neçə tamaşasında çıxış edib. Tacikistanın Düşənbə, Rusiyanın Moskva, İran İslam Respublikasının Tehran və Təbriz, Türkiyə Cümhuriyyətinin Bursa və Qars şəhərlərində Beynəlxalq Teatr festivallarında iştirak edib.

Sputnik Azərbaycan gənc rejissorla müsahibəni təqdim edir.

- Mir Qabil, avtobioqrafiyana nəzər saldıqda kiçik yaşlarından teatra bağlı olduğunu görürük. İlk rolun hansı olub?

- İlk rolumu 4 yaşımda ifa etmişəm. O vaxt Naxçıvan televiziyasında şəhidlərlə bağlı film çəkilirdi. Şəhidin oğlu obrazını yaratmalı idim. Filmdə qəbrin üstündə ağlamaq tapşırığı verilmişdi. Mən uşaq idim. Ağlatmaqdan ötrü söylədilər ki, bu sənin atanın qəbridir. Ağladım və əzbərlədiyim mətni söylədim. Beləcə, aktyor kimi ilk addımımı atdım. Sonralar bir neçə filmdə rol aldım. Anam, Azərbaycanın Xalq artisti Yasəmən Ramazanova, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunduqdan sonra mən də onunla birlikdə oraya gedirdim. Orada müxtəlif uşaq rollarını ifa etdim. Daha sonra universitet həyatı başladı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Müəllimlər sarıdan bəxtim gətirdi. Cənnət Səlimova, Fikrət Məlikov və sonda Mehriban Ələkbərzadənin tələbəsi oldum. Elə tələbəlik illərindən özəl teatr yaratmaq ideyası üzərində çalışdım. Əvvəl çox çətin oldu. Kollektivi formalaşdırmaq heç də asan başa gəlmədi. Qrup yoldaşım Ümid Abbasla birgə bu yola çıxdıq. İlk işimiz Ejen İoneskonun “Stullar” əsəri əsasında hazırladığımız tamaşa oldu. Artıq 3 ildir ki, durmadan fəaliyyət göstəririk.

© Sputnik / Kamal Almuradlı
Mir Qabil Əkbərov

- Söylədin ki, sənətə ağlamaqla gəlmisən. Bakıdakı fəaliyyətin ağlamalı olmadı?

- Universitet zamanı çox tamaşalarda oynadım. Hələ 1-ci kursda təhsil alarkən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin 4-cü kurslarla hazırladığı iki tamaşasında rol aldım. Universitetdə rejissor kimi 3 tamaşaya quruluş vermişəm. Amma aktyorluqdan da əl çəkmirəm. Artıq bir ildir ki, Şuşa Dövlət Musiqili Dram Teatrında çalışıram. Cəlil Məmmədquluzadənin ”Anamın kitabı” və Abdulla Şaiqin “Danışan gəlincik” tamaşalarında mənə də rol verilib. Karantin rejimindən öncə “Kamança” əsəri üzərində işləyirdik.

- İstərdim, özəl teatr mövzusuna qayıdaq. Bir gənc üçün özəl teatr yaratmağın hansı çətinlikləri mövcuddur?

- İlk olaraq bu ideyanın haradan qaynaqlandığını söyləmək istərdim. Moskvada olarkən bizi özəl teatra apardılar. Çox bəyəndim. Ölkəyə qayıtdıqdan sonra dövlət teatrlarındakı vəziyyətlə bağlı çox maraqlandım. Belə bir nəticəyə gəldim ki, dövlət teatrında işləyən rejissorlar öz fəaliyyətini tam ortaya qoya bilmirlər. Tutaq ki, “Ezop” əsərini hazırlamaq istəyirəm. Teatr rəhbərliyi bunu istəsə, təsdiq edər, istəməsə, yox. Və ya teatra əsər verilir ki, mütləq bu tamaşa hazırlanmalıdır. Bəlkə, rejissorun heç ürəyincə deyil?! Onun üslubuna uyğun gəlmir və ya ümumiyyətlə həmin əsəri lazım bilmir?! Buna görə də istədim ki, “öz əlim, öz başım olsun”. Çətinlik ilk növbədə kollektivin formalaşmasında oldu. Təbii ki, gənclər arasında həvəskarlar var. Amma açıq danışaq. Kim dövlət teatrını qoyub özələ gələr?! Ümidlə birgə hazırladığımız tamaşada elə ikimiz oynadıq. Sonradan yavaş-yavaş gəncləri ətrafımıza cəlb edə bildik. Ən böyük problem həm də maddiyyatla bağlıdır. Bununla yanaşı, mənə görə, üslub da böyük rol oynayır. Hər teatrın öz yolu var.

- Sizin teatrın üslubu hansıdır?

- Sırf absurd üslubdur. Repertuarımıza nəzər yetirsək, bayaq adını çəkdiyim Ejen İoneskonun “Stullar”, rejissoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan Semuel Bekketin “Qodonun intizarında” tamaşaları məhz buna nümunədir.

- Belə anladım ki, sizin teatr da könüllülük prinsipləri ilə fəaliyyət göstərir. Amma nəzərə alaq ki, bu da müəyyən vaxta qədərdir. Bu haqda siz nə düşünürsünüz?

- Bu işə başlayanda düşünürdüm ki, 5 il müddətində bu cür fəaliyyət göstərə bilərik. 3 ili başa vurmuşuq. Artıq biletdən gəlir əldə edirik. Yığılan vəsait tamaşaların hazırlanması, aktyorların əməyinin ödənişinə sərf olunur. Əvvəlki dövrə nisbətən hazırda vəziyyətimiz maliyyə sarıdan yaxşıdır.

- Özəl teatrların bir fərqi də azad olmasındadır. Əsər seçimində hər-hansı müdaxilələr olurmu?

- Bununla bağlı problem yaşanmayıb. Bizim tamaşalar elə qurulur ki, dövlət adamı başqa cür, sıradan adam bir başqa cür anlayır. Siyasi tamaşalarımız da var. Hələ ki bizə "dur!" deyən olmayıb.

- Sualı bir başqa cür də qoyum. Cəmiyyətdəki çatışmazlıqları tamaşalarınızda əks etdirə bilirsinizmi?

- Təbii ki. Misalçün, “Zəncirlənmiş adam” tamaşasında işsizlik əsas mövzu kimi qoyulmuşdu. Ümumiləşdirib bir fikir söyləyim. Biz dünyanı mehriban edə bilmərik. Amma tamaşa ilə dünyaya xatırlada bilərik ki, mehriban ola bilərik.

- Tamaşalarınız, adətən, restoran, kafelərdə baş tuturdu. Məkan probleminiz həll olundumu?

- 2 ildən artıq restoranlarda çıxış etmişik. Hazırda tamaşalarımızı “Salam sinema”nın binasında oynayırıq. Həmçinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə ayda bir dəfə Akademik Milli Dram Teatrının kiçik səhnəsində də çıxış edirik.

- Tamaşaçı gəlirmi?

- İlk tamaşamızda 3 seyrçi var idi. Hazırda isə 60 nəfərə yaxın olur. Bizim teatra əsasən gənc nəsil gəlir. Daha çox oxuduqları əsərləri görmək istəyirlər. Dəfələrlə bizə müraciət olunub ki, “Cinayət və cəza” əsərini səhnələşdirin.

- Özəl və dövlət teatrının oxşar, fərqli cəhətləri hansılardır?

- Mənə görə, özəl teatrda istədiyin tamaşanı hazırlayırsan. Oxşar cəhət isə hər ikisində işləmək həvəsinin olmasıdır.

- Son günlərin ənənəvi sualını verim. Karantin dövrü sizin üçün necə keçdi?

- Mənim üçün yaxşı oldu. Uzun müddətdir arzuladığım Hüseyn Cavidin “İblis” əsəri üzərində işlədim. Başqa müsbət cəhət isə - gələn mövsüm üçün planımızı hazırlamışıq.

- Planda nələr var?

- “İblis”i dekabr ayına qədər hazırlamaq niyyətimiz var. Dostoyevski yaradıcılığına da müraciət edəcəyik. Həmçinin Jan Koktonun “İnsan səsi” əsəri də planladığımız siyahı sırasındadır.

260
Əlaqədar
Gənc aktrisa Səbinə Məmmədova: "Sən demə, rejissor mənə təxribat hazırlayıbmış"
Sehrin pərdəarxası: "İnsanları kuklalarla hiss edirəm" - FOTO
Onlayn tamaşa və ortaya çıxan problemlər: Teatrlarımız niyə hazır deyil?
Mobil filmlər – Həvəskar çəkiliş, yaxud günümüzün reallığı
Nadir sənət növü ilə məşğul olan rəssam: “Armudu stəkanlar dövrün tələbidir”
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

61
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

61
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Eldar Qasımov, arxiv şəkli

Biz Qarabağda oyanmaq istəyirik - VİDEO

43
(Yenilənib 22:02 27.10.2020)
"Mən Qarabağda oyanmaq istəyirəm" adlı mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur

BAKI, 27 oktyabr — Sputnik. Eldar Qasımov Şuşaya həsr olunmuş mahnısını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycana Avroviziya qalibiyyəti bəxş edən müğənni Eldar Qasımov Şuşaya həsr olunmuş yeni mahnısını təqdim edib. Rus dilində olan mahnı "Mən Qarabağda oyanmaq istəyirəm" adlanır və vətənpərvərlik mövzusundadır.

Mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur. Mahnı qısa zamanda sosial şəbəkələrdə paylaşılıb.

 

43
Teqlər:
mahnı, Eldar Qasımov, Şuşa şəhəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Daha bir rəzalət - Sərdar Ortacı şəhid Azərbaycan əsgəri kimi təqdim etdilər
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Пятьдесят первое заседание клуба политологов Южный Кавказ

Politoloq: “Ermənistan atəşkəsdən istifadə etməklə güc toplamaq istəyir”

0
(Yenilənib 00:51 28.10.2020)
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrədə həmsədrlərlə görüşünə toxunan politoloq Tofiq Abbasov deyir ki, atəşkəsin kimə daha çox lazım olduğunu qeyd etməliyik
Tofiq Abbasov: “Ermənistanı məkrli planlarından əl çəkməyə vadar etməliyik”

Oktyabrın 29-da Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü keçiriləcək.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Cenevrə görüşündən gözləntilər böyük deyil: “Atəşkəsin kimə daha çox lazım olduğunu qeyd etməliyik. Ermənistan vəziyyətinin ağır olduğunu anlayır və çalışır ki, atəşkəsdən istifadə etməklə güc toplasın. Proseslər göstərir ki, Ermənistan danışıqlara sadiq olan tərəf deyil. Biz Ermənistanı məkrli planlarından əl çəkməyə vadar etməliyik”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks-hücum əməliyyatına başlayıb.

Tofiq Abbasovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Teqlər:
danışıqlar, ATƏT-in Minsk Qrupu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Atəşkəsin pozulması, atəşkəs
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
MN: Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil
Axundov: "Ermənistan nə hərbçilərinin meyitini, nə də vətəndaşlarını təhvil almaq istəyir"
Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi
Azərbaycan Cenevrədə mənalı danışıq gözləyir
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman