Emin Ağalarov və Alyona Qavrilova, arxiv şəkli

Emin Alyona Qavrilovadan boşanmasının səbəbini açıqladı

352
(Yenilənib 19:46 15.05.2020)
Azərbaycanın Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı, rusiyalı model Alyona Qavrilova ilə boşanmasının səbəbini açıqlayıb.

BAKI, 15 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı, rusiyalı model Alyona Qavrilova ilə boşanmasının səbəbini açıqlayıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, müğənni boşanma səbəbini şərh edərkən, bunun münasibətlərdəki mübahisə və çətinliklərlə deyil, əvvəlki hisslərin olmaması ilə bağlı olduğunu deyib.

"Ümumiyyətlə, bunu izah etmək mümkün deyil. Sən hər şeyi rəfə düzməyə başlayanda ki, niyə sevirəm, nə istəyirəm, hər şey qurtarır", - deyə Ağalarov qeyd edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от eminofficial (@eminofficial)

Qavrilova isə hələlik ifaçı ilə boşanmasının səbəbini şərh etməyib.

Xatırladaq ki, müğənni mayın 13-də "Instagram" sosial şəbəkəsindəki səhifəsində həyat yoldaşı ilə ayrıldığına dair status yazıb.

Qeyd edək ki, Ağalarov və Qavrilovanın toyu 2018-ci ildə keçirilib. Nikah mərasimini Andrey Malaxov aparıb, qonaqlar arasında isə hətta Hollivud ulduzu Stiven Siqal da olub. Emin və Alyona cütlüyünün Afina adlı 1 yaşlı qızları var.

Emin Ağalarov əvvəllər Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə evli olub. Onların birgə nikahdan Əli və Mikayıl adlı əkiz oğlanları var.

Alyona Qavrilova isə Emindən əvvəl rusiyalı iş adamı, "Russkiy standart" holdinqinin sahibi Rüstəm Tariko ilə vətəndaş nikahında yaşayıb. Onların birgə nikahdan bir oğlu var.

352
Əlaqədar
Emin Ağalarov boşanır
Samirə Əfəndi Səfurə Əlizadənin hitinə ikinci nəfəs verib
Behbudovun ocağına gəlin gələn rus qızı: "Onun musiqisi həyatımda önəmli yer tutur”
Norilskdə doğulan azərbaycanlı qıza məşhurlaşmaqda "Instagram" kömək edib
Aygün Kazımova görünüşünü yenə dəyişdi
Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Yevgeni Plyuşşenko və musiqi prodüseri Yana Rudkovskaya

Olimpiya çempionunu azərbaycanlının mahnısı cuşa gətirdi VİDEO

3
(Yenilənib 00:51 05.06.2020)
Babək Məmmədrzayevin mahnısı rusiyalı cütlüyün o qədər xoşuna gəlib ki, onlar videoçarx çəkmək qərarına gəliblər

BAKI, 5 iyun — Sputnik, Kəmalə Əliyeva. Məşhur cütlük – musiqi prodüseri Yana Rudkovskaya və fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Yevgeni Plyuşşenko Azərbaycan əsilli rusiyalı müğənni Babək Məmmədrzayevin "Потанцуй со мной" (Mənimlə rəqs elə) mahnısının sədaları altında rəqs ediblər.

Rudkovskaya rəqs etdikləri zaman çəkdirdikləri videonu Instagram-dakı səhifəsində paylaşıb.

“Mən ağac kimi olsam da, bu cür oğlana necə yox deyə bilərəm? Yana, mənimlə rəqs elə. Problem deyil, Jenya. Mən burada ikinci planda sənin gözəlliyini vurğulayaram”, - Rudkovskaya videoya şərh yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yana Rudkovskaya (@rudkovskayaofficial)

Yana Rudkovskaya ilə Yevgeni Plyuşşenko 2009-cu ildə evləniblər. Onların Aleksandr (Qnom Qnomıç) adlı oğulları var.

Babək Məmmədrzayev Qazaxıstanın Şımkent şəhərində doğulub. Qazaxıstan Milli İncəsənət Akademiyasını bitirib. Akademiyanı bitirəndən sonra Qazaxıstanda məşhur "The Magic Of Nomads" musiqi kollektivinə qoşulub. Orada vokalçı kimi çıxış edirək MDB ölkələrinə qastrol səfərlərinə çıxmağa başlayıb.

2016-cı ildə Babək Məmmədrzayev Qazaxıstanın aparıcı səsyazma şirkəti olan "Elvin Grey Music"lə müqavilə imzalayaraq sözügedən studiyanın komandası ilə birlikdə bir ildə 150-dən çox şəhərə qastrol səfərinə gedib. Hazırda Rusiyada ən çox tələb olunan ifaçılardan biridir.

3
Əlaqədar
Norilskdə doğulan azərbaycanlı qıza məşhurlaşmaqda "Instagram" kömək edib
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Azərbaycanın "Avroviziya"lı ulduzları Yana Çurikovanın qonağı olacaq
Yevgeni Plyuşenko: Azərbaycanlı fiqurist hər kəslə mübarizə aparmağa qadirdir
Maykl Ceksonun bacısından azərbaycanlı ulduza dəstək
Kalaşnikov filmindən kadr. Olqa Lerman Mixail Kalaşnikovun ikinci həyat yoldaşı Yekaterina Moiseyeva rolunda.

Məşhur azərbaycanlı qadın Rusiya filminin qəhrəmanı olub

24
(Yenilənib 00:26 05.06.2020)
Azərbaycanın Əməkdar artisti Fuad Osmanovun qızı Rusiya filmində Mixail Kalaşnikovun ikinci həyat yoldaşı rolunu oynayıb.

BAKI, 4 iyun - Sputnik, Kəmalə Əliyeva. Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aparıcı aktrisalarından olan Olqa Lerman Rusiyanın "Kalaşnikov" filminin qəhrəmanı olub. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadla xəbər verir ki, filmin rejissoru Konstantin Buslovdur. Lerman filmdə Mixail Kalaşnikovun ikinci həyat yoldaşı Yekaterina Moiseyevanı canlandırır.

"Mixail Kalaşnikovun həyatı haqqında kitab və internetdən çox şey oxumuşam, müxtəlif video və məqalələri nəzərdən keçirmişəm. Öz qəhrəmanım haqqında bütün məlumatları tapmağa cəhd etmişəm. Bu, kifayət qədər effektiv yanaşmadır, çünki insana kənardan baxış, məsələn, şəxsi memuarları, onun daha obyektiv portretini təsəvvür etməyə imkan verir. Həm də hazırlıq zamanı onun peşəsindən xəbərdar olmaq üçün bəzi hiylələri öyrəndim. Düşünürəm ki, bunlar onun xarakterində öz izini qoyub", - deyə Lerman qeyd edib.

Film 28 ilə əfsanəvi AK-47 silahını yaradan Mixail Kalaşnikovun həyatından bəhs edir.

Olqa Lerman Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışan şöbə müdiri Viktoriya Lerman və Azərbaycanın Əməkdar artisti Fuad Osmanovun ailəsində dünyaya göz açıb. Aktyor peşəsində ilk addımlarını Azərbaycan Dövlət Rus Dram Teatrının və Heydər Əliyev Sarayının səhnəsində atıb. On altı yaşında Bakı Xoreoqrafiya məktəbindən Krasnodar Xoreoqrafiya məktəbinə köçürülüb. O vaxtdan Lerman Rusiyada yaşayır.

Boris Şukin adına Teatr Məktəbini bitirib. Moskva Akademik Satira Teatrında çalışıb, indi isə Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisasıdır.

24
Əlaqədar
Azərbaycanlı aktrisa acı keçmişindən danışdı - Uşaq vaxtı çörək satırmış
Məşhur aparıcımız dəlləklik öyrəndi – Öz başında
Rusiyanın ulduz aktyoru azərbaycanlı həkimin hekayəsini anladıb
Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi
Azərbaycanın məşhur aktrisasının şərəfinə marka hazırlandı
Qadın icaze.e-gov.az sayt;nda qeydiyyatdan keçir, arxiv şəkli

Həsrət uzun çəkmədi - Məşhur portalın fəaliyyəti yenidən aktivləşdirildi

0
(Yenilənib 13:32 05.06.2020)
Bu barədə Sputnik Azərbaycan-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

BAKI, 5 iyun — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının faaliyyəti yenidən aktivləşdirilib.

Bu barədə Sputnik Azərbaycan-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir.

Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların portaldan istifadə rahatlığının, vaxt və resurlara qənaətinin təmin edilməsi məqsədi ilə icaze.e-gov.az portalında fəaliyyətinə icazə verilmiş qurumların əməkdaşlarının icazələri ləğv edilməyib.

Belə ki, dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsləri portala daxil olaraq sistemdə qeyd edilmiş əməkdaşın adının qarşısında "Aktivləşdir" düyməsini sıxaraq icazəsini yenidən aktivləşdirə bilərlər. Adları sistemdə olmayan əməkdaşların məlumatları isə icazə alınması üçün portala daxil edilməlidir. Yalnız Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin əməkdaşlarının icazələri aktivləşdirilə bilər. Bu səbəbdən dövlət və özəl təşkilatlara əməkdaşlarının icazələrini aktivləşdirməmişdən öncə fəaliyyət sahələrinə Nazirlər Kabineti tərəfindən icazə verildiyinə əmin olmaları tövsiyə olunur.

Vətəndaşlar mövcud icazələrinin statusuna "myGov" portalında baxa bilərlər. Bunun üçün vətəndaş "myGov" portalına daxil olaraq öz şəxsi kabinetində "Məlumatlarım" bölməsini seçə, açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış"ın üzərinə sıxaraq öz icazəsinə baxa və ya elektron formasını yükləyə bilər.

Portaldan istifadə qaydaları ilə bağlı videotəlimat: https://youtu.be/gwMzT4YrF7s

Ətraflı məlumat üçün 108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

0