CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oynağan olduğumuzu bir də sübut etdilər

© Sputnik / Murad OrujovОткрытие джаз-фестиваля: опен-эйр концерт и видео инсталляция на Девичьей башне
Открытие джаз-фестиваля: опен-эйр концерт и видео инсталляция на Девичьей башне - Sputnik Azərbaycan
Abunə olmaq
"Turstat" turizm portalının reytinqi rəqs kollektivlərinin onlayn-yayım təklifləri və populyarlığı üzrə aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunub

BAKI, 30 aprel — Sputnik. Azərbaycan Dövlət Rəqs Ansamblı MDB ölkələri üzrə ən yaxşı rəqs ansambllarının top-reytinqində ilk üçlükdə yer alıb.

Sputnik Azərbaycan xəbər verir ki, reytinq "Turstat" turizm portalı tərəfindən rəqs ansambllarının çıxışlarının internetdə yayımı və tamaşaçılar arasında populyarlığı əsasında tərtib edilib.

29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə hazırlanan top-reytinqdə ilk üçlüyə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə yanaşı, Belarus Dövlət Rəqs Ansamblı və Qazaxıstanın "Səltənət" Dövlət Rəqs Ansamblı da daxil edilib. Beynəlxalq Rəqs Günü kimi 1982-ci ildən UNESCO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd olunur.

"Turstat" turizm portalının reytinqi rəqs kollektivlərinin onlayn-yayım təklifləri və populyarlığı üzrə aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunub.

Xəbər lenti
0