CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alman "Modern Talking" qrupunun fotoqrafı azərbaycanlı üçün fotosessiya edib

© Photo : Courtesy of Seyran İsmailxanovСейран Исмаилханов
Сейран Исмаилханов - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni Seyran İsmayılxanov öz fotosessiyasını dünyanın bir çox məşhurları ilə işləyən alman fotoqrafı Armin Zedlerə etibar edib.

BAKI, 30 aprel - Sputnik, Kəmalə Əliyeva. Dünya şöhrətli alman qrupu "Modern Talking"in keçmiş fotoqrafı Armin Zedler Almaniyada azərbaycanlı müğənni Seyran İsmayılxanovun fotosessiyasını edib.

Koronavirus pandemiyasına görə Almaniyada bütün tədbirlərin, o cümlədən konsertlərin ləğv edilməsi ilə əlaqədar müğənni evdə vaxtını səmərəli keçirməyə qərar verib. Bu günlərdə o, çəkilişlərini öz mənzilində apardığı "Ay işığı" mahnısının yeni klipini təqdim edib. Müğənni özü öz videoçarxının rejissoru kimi çıxış edib.

© Photo : Courtesy of Seyran İsmailxanovSeyran İsmayılxanov alman fotoqraf Armin Zedlerin obyektivində
Alman Modern Talking qrupunun fotoqrafı azərbaycanlı üçün fotosessiya edib - Sputnik Azərbaycan
Seyran İsmayılxanov alman fotoqraf Armin Zedlerin obyektivində

Bu dəfə ifaçı öz mənzilində fotosessiya etmək qərarına gəlib. Çəkilişlərin müəllifi məşhur alman fotoqrafı Armin Zedler olub. O, alman musiqi duetinin solistləri Tomas Anders və Diter Bolen, eləcə də bir çox digər ifaçılarla işləyib. Fotosessiya üçün obrazları İsmayılxanovun özü fikirləşib.

Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib. Almaniyada dünya şöhrətli "The Voice" (Səs) layihəsinin iştirakçısıdır.

Xəbər lenti
0