Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı müğənni Türkiyədə yemək paylayır - VİDEO

© Photo : Instagram / sevaonlineeСевиндж Агаширинова, фото из архива
Севиндж Агаширинова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni Sevinc Ağaşirinova Türkiyədəki dostları ilə birlikdə çıxışlarının ləğv edilməsi səbəbindən boş qalan vaxtlarını faydalı keçirmək qərarına gəliblər

BAKI, 30 aprel - Sputnik, Kəmalə Əliyeva. Tanınmış azərbaycanlı müğənni Sevinc Ağaşirinova Türkiyədə xeyriyyəçiliklə məşğul olmaq qərarına gəlib. Bu barədə Sputnik Azərbaycan-a müğənni özü məlumat verib.

Koronavirus pandemiyası səbəbindən Türkiyədə elan edilən karantinlə əlaqədar onun bütün layihələri, çıxışları təxirə salınıb. Boş vaxt varkən, müğənni xeyriyyəçiliklə məşğul olmaq və Azərbaycan ailələrinə, eləcə də yardıma ehtiyacı olan türklərə kömək etmək qərarına gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от SEVA - Sevinc Aghashirinova (@sevaonlinee)

"Mən hər gün ilk gündən məni dəstəkləyən və aksiyaya qoşulan dostlarımla birlikdə çoxlu ailələrə baş çəkirəm. Biz təkcə İstanbulda 500-dən çox ailəni ərzaq məhsulları ilə təmin etmişik. Hələ siyahıda çoxlu imkansız ailə var. Onların sayı gündən-günə artır. Karantin sona çatana qədər ehtiyacı olanlara kömək etmək niyyətindəyik. Harada olmağımıza baxmayaraq, mərhəmətli, vicdanlı olmaq borcumuzdur. Bizimlə birlikdə bu aksiyada canla-başla iştirak edən hər kəsə təşəkkürlər. #bizbirlikdəgüclüyük”, - Ağaşirinova bildirib.

Sevinc Ağaşirinova populyarlaşmağa aparıcı olandan, xüsusilə də "Xalq ulduzu" milli vokal müsabiqəsini aparandan sonra başlayıb. Daha sonra o müğənni olmaq qərarına gəlib və bu karyerasında uğurlar qazanıb. Ailə qurduqdan və oğlu dünyaya gəldikdən sonra ifaçının yaradıcılığında kiçik fasilə yaranıb. İndi o, yenidən səhnəyə qayıdıb, bu dəfə Türkiyədə.

Xəbər lenti
0