Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda çox məşhur olan hind aktyoru vəfat edib

© AFP 2023 / NARINDER NANUИндийский актер Риши Капур, фото из архива
Индийский актер Риши Капур, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bollivud aktyoru Rişi Kapur uzun sürən xəstəlikdən sonra 68 yaşında Hindistanın Mumbay şəhərindəki  xəstəxanalardan birində vəfat edib.

BAKI, 30 aprel – Sputnik. Bollivud aktyoru Rişi Kapur uzun sürən xəstəlikdən sonra 68 yaşında Hindistanın Mumbay şəhərindəki  xəstəxanalardan birində vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, aktyor xərcəng xəstəliyindən əziyyət çəkirdi. O, 2019-cu ilin sentyabrından ABŞ-da müalicə olunub. Lakin son aylarda səhhəti ağırlaşdığından, Mumbaya aparılıb və müalicəsi orada davam etdirilib.

“Darıxmağa vaxt yoxdur, karantindəyəm!” – 84 yaşlı aktyor sirlərini bölüşür - Sputnik Azərbaycan
VİDEO
“Darıxmağa vaxt yoxdur, karantindəyəm!” – 84 yaşlı aktyor sirlərini bölüşür

Rişi Kapur əfsanəvi hind kino aktyoru və rejissor Rac Kapurun oğludur. 1952-ci ildə Bombeydə (Mumbay) anadan olub. Onu Kapur ailənin yaşlı nəslinin son ulduzu adlandırırdılar. Kapur ailəsinin bir çox nümayəndələri Bollivud filmlərinə çəkiliblər.

Ailədə Çintu adlandırılan Rişi Kapur ilk ciddi rolunu atasının çəkdiyi "Mənim adım Kloundur" (Mera Naam Joker, 1970) filmi olub. Gənc aktyora ilk böyük uğuru isə "Bobbi" (Bobby, 1973) filmində oynadığı rol gətirib. Bu filmi də atası çəkmişdi. Rişi o zaman Hindistanda ilin aktyoru kimi tanındı. Ənənəvi olaraq, Çintu hind kinosu üçün vacib olan romantik sevgili rolunu oynayırdı.

O, ən yaxşı kişi roluna görə, Filmfare Award mükafatını qazanmışdı.

Sovet tamaşaçısı Rişi Kapuru daha çox "Qisasçı" (Barood, 1976) "Amar, Əkbər, Entoni" (Amar, Akbar, Antoni, 1977), "Məhəbbət xəstəliyi" (Prem Rog, 1982), "Çandni” (Chandni, 1989), “Dəlisov məhəbbət” (Deewana, 1992), "Kor məhəbbət" (Fanaa, 2006) və s. filmlərlə tanıyır.

Bir çox filmlərə çəkilən Rişi Kapur azərbaycan tamaşılarına “Bobbi” filmindən yaxşı tanış idi.

Rişi Kapur və aktrisa Nitu Sinqx 13 aprel 1979-cu ildə nişanlanıblar, 1980-ci ildə isə ailə qurublar. Onların iki övladı var – aktyor Ranbir Kapur və modelyer Ridhima (Riddhima) Kapur Sahni.

Xəbər lenti
0