Elçin Əzizov və Cəmil Əzizov, arxiv şəkli

Azərbaycanlı məşhurun oğlu Rusiyada teleaparıcı oldu VİDEO

50
(Yenilənib 01:14 23.04.2020)
RAGB yeni kulinariya şousu yaradıb. Onun aparıcısı Cəmil Əzizovun ilk qonağı - “Səs. Uşaqlar” vokal layihəsinin finalçısı Azər Nəsibov isə Azərbaycanda çox populyar səhər yeməyi hazırlayıb

BAKI, 23 aprel – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Elçin Əzizovun oğlu Cəmil Əzizov “İşgüzar mətbəx” verilişinin aparıcısı olub. Sputnik Azərbaycan bildirir ki, bu, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) layihəsidir.

Verilişin ilk buraxılışı təşkilatın Instagram səhifəsində yerləşdirilib. Cəmil Əzizov buna qədər uzun müddət blogerliklə maraqlanıb və səyahətdə çəkdiyi videoçarxları sosial şəbəkədə paylaşıb. Burada o, müxtəlif ölkələrin görməli yerləri barədə söhbət açıb. Bu dəfə isə Cəmil özünü kulinariya şousunun aparıcısı qismində sınayıb.

Onun ilk qonağı “Səs. Uşaqlar” vokal layihəsinin finalçısı, müğənni Azər Nəsibov olub. O, verilişdə Azərbaycanda çox populyar olan səhər yeməyi – pomidor çığırtması hazırlayıb. Şou zamanı müğənni öz yaradıcılığı və hobbiləri barədə də danışıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Amor News (@amor_news)

Verilişin qonaqları Rusiyada yaşayan azərbaycanlılar olacaqlar. Onlar Azərbaycan mətbəxindən müxtəlif xörəklər hazırlayacaqlar.

Qeyd edək ki, Cəmil Xalq artisti Elçin Əzizovla istedadlı rəssam Qama Məlikovanın oğludur. O, hazırda Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda kinorejissorluq fakültəsində təhsil alır.

50
Əlaqədar
Azərbaycanın Xalq artisti xanımı ilə birlikdə avstriyalı fanatlarını əyləndirdi
Emin "Jara-2020" festivalının taleyindən danışıb
Məşhur azərbaycanlılar "bank soydular" - VİDEO - FOTO
Tahir Salahovun qızından tibb işçilərinə böyük jest
Amerikada, Avropada bizi dinləyənlər deyirlər: "Azərbaycanın suyu, havası nədir belə?"
Səmra Rəhimli, arxiv şəkli

Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib

161
(Yenilənib 19:54 10.07.2020)
Səmra Rəhimli həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunmuş "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib, tezliklə hip-hop albomunu da təqdim edəcək.

 

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni Səmra Rəhimli yeni hip-hop albomundan "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib.

İfaçı Sputnik Azərbaycan-a bildirib ki, mahnı həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunub.

Layihənin prodüseri müğənninin anası İlahə Baxşıyeva olub. Bu kompozisiyanı yazdırmağa onu 20 yaşında qətlə yetirilmiş amerikalı reper XXXTENTACİON-ın (Jasey Duane Ricardo Onfray) "Moonlight" ("Ay işığı") adlı məşhur hiti ilhamlandırıb.

"Mən artıq bir ildir ki, albom üzərində çalışıram. Onun yerli şou-biznesdə analoqu yoxdur, çünki bu, Azərbaycanda ilk qadın hip-hop albomudur. Bura on trek daxil olacaq. Bu albomun üzərində gənc reper və musiqiçilərdən ibarət tam bir qrup işləyir: sözlərin müəllifi Clavis və OD, musiqinin müəllifi OD, aranjman Clavis, miks və masterinq isə Drek-dir", – deyə Rəhimli qeyd edib.

Qız etiraf edib ki, hip-hop həmişə onu cəlb edib. O, hətta məktəb illərində ingilis dilində rep oxuyur, populyar reperləri dinləyirmiş. Rəhimli həmişə Azərbaycan dilində rep kompozisiyası ifa etmək istəyib.

"İllər sonra mən sevimli hip-hopuma qayıtdım və bizimlə eyni dalğada olan insanları tapmazdan əvvəl anamla bu işə çox vaxt sərf etdik. Armas sinqlinin uğur qazanmasından sonra biz bu istiqamətdə işləri davam etdirməyə qərar verdik - yeni trekləri yazmağa başladıq və bir vaxt ayıldıq ki, artıq bütöv bir albom üçün material yığılıb", - deyə müğənni etiraf edib.

Səmra Rəhimli 19 oktyabr 1994-cü ildə Bakıda anadan olub. "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçısı olan Səmra 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edib. O, "Avroviziya-2016"nın final mərhələsində 17-ci yerdə qərarlaşıb.

Hazırda müğənni çıxış etməyə və yeni layihələr üzərində işləməyə davam edir.

161
Əlaqədar
Müğənni Bəxtiyarın keçmiş həyat yoldaşı onun koronavirusa yoluxduğuna inanmır
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar
Antalya, arxiv şəkli

Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar

1685
(Yenilənib 15:54 09.07.2020)
Müğənnilər Tunar Rəhmanoğlu, Səbinə Selcan və prodüser Tarix Əliyev yay mövsümünün qonşu ölkədə keçirilməsi fürsətini fövtə vermədilər

BAKI, 9 iyul  - Sputnik, Kəmalə Əliyeva. Sən demə, Azərbaycanın Xalq artisti Miri Yusif karantin rejimində  Bakıdan qaçıb xüsusi reyslə Türkiyəyə istirahətə yollanaraq sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqidlərə məruz qalan tək məşhur deyilmiş.

Sputnik Azərbaycan-ın araşdırmasına görə, Miri Yusifin ardınca Bakı-İstanbul-Bakı xüsusi reysindən istifadə edərək, qonşu ölkəyə daha bir neçə azərbaycanlı ulduz uçub.

Azərbaycanda iyulun sonuna kimi sərt karantin rejimi hökm sürəcək. Bu müddətdə çimərliklər və istirahət zonaları qapalı olacaq. Yerli məşhurlar bu vəziyyəti fürsətə çevirərək yayın qalan hissəsini səmərəli keçirmək üçün Türkiyəyə qaçıblar.

Ulduzlar istirahət zamanı çəkilmiş şəkillərini həvəslə "Instagram"-da paylaşaraq sərt karantinin qaydalarına uymaq məcburiyyətində qalan imkansız təbəqənin həsəd və hiddətinə səbəb olurlar.

Belə ki, Türkiyədə məşhur olan müğənni Günelin ifaçı qardaşı Tunar Rəhmanoğlu öz doğum gününü ailəsi ilə birlikdə qardaş ölkədə qeyd etmək qərarına gəlib.

Onun ardınca məşhur qalmaqallı prodüser Tarix (Tolik) Əliyev Bakıdan köçüb. Dediyinə görə, yarım ilə yaxındır ki, koronavirusa görə heç yerə gedə bilməyib.

"Hava limanında həmişə sıxlıq olur, bu dəfə isə hər yer boş idi. Bütün bunlar koronavirusa görədir. Ümid edək ki, tezliklə hər şey dəyişəcək", - Əliyev qeyd edib.

Müğənni Səbinə Selcan da Türkiyəyə istirahətə yola düşüb. O, artıq evdə otura bilməyəcəyini etiraf edib, buna görə vəziyyəti dəyişdirməyə qərar verib.

View this post on Instagram

A post shared by SabinaSelcan (@sabinaselcan) on

"Əgər harasa uçmaq imkanı varsa, bundan istifadə etmək lazımdır. Allaha şükür ki, İstanbula uçuşlar açıldı. Oradan Türkiyənin digər şəhərlərinə də gedəcəyəm", - deyə müğənni bildirib.

İyun ayından başlayaraq qarşılıqlı razılıq əsasında "Azərbaycan Hava Yolları" və "Türkiyə Hava Yolları" şirkətləri həftədə dörd dəfə müntəzəm olaraq Bakı-İstanbul-Bakı xüsusi reyslərini təşkil edirlər.

Nazirlər Kabinetinin qərarı ilə 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir, Yevlax, Cəlilabad, Gəncə, Masallı, Abşeron, Goranboy, Göygöl, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında ciddi karantin rejimi fəaliyyət göstərəcək. Qeyd olunan şəhər və rayonlarda bütün iş, xidmət və ticarət sahələrində fəaliyyət, həmçinin ictimai nəqliyyat və avtomobillərin hərəkəti dayandırılıb. Göstərilən şəhər və rayonlarda fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrdə çalışan şəxslərin və nəqliyyatın hərəkətinə icaze.e-gov.az.portalında müvafiq icazə alındıqdan sonra yol verilir.

1685
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
Məşhur bakılı: "Koronavirus mənə də çatıb" - VİDEO
Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Nadir səs tembrinə sahib olan azərbaycanlı müğənni imicini kökündən dəyişib
İranda epdimioloji vəziyyət

İran bərbad durumda: ölənlər azalsa da, yoluxanların sayı artıb

0
(Yenilənib 22:34 10.07.2020)
Dünən İranda bir sutka ərzində 2079 nəfərdə virus aşkarlanmış, 221 nəfər COVID-19-dan dünyasını dəyişmişdi. Bu gün isə daha 142 nəfər ölüb. Amma yoluxma sayında artım var

BAKI, 10 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2262 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

"Son 24 saat ərzində koronavirusa 2262 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 252720-yə çatıb. Bir gün ərzində 142 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12447-yə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 252720 şəxsdən 215500 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 12 milyonu keçib, 554 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub
Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı
Koronavirusa qarşı yeni dərmanlar tapıldı
ÜST: Rusiyada koronavirus məhdudiyyətləri qayıda bilər