CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda əleyhqaz taxıb rəqs edən kişi kimdir? – VİDEO

© Photo : Courtesy of Egor AnisimovЕгорь Анисимов
Егорь Анисимов - Sputnik Azərbaycan
Abunə olmaq
Rəqqas Yeqor Anisimov yaratdığı “karantin” obrazının bu qədər marağa səbəb olacağını heç gözləmirmiş

BAKI, 19 aprel – Sputnik, Kəmalə Əliyeva. Son zamanlar sosial şəbəkələrdə peşəkar azərbaycanlı rəqqas Yeqor Anisimovun yaratdığı qeyri-adi obraz müzakirə mövzusu olub. Bu kişi banka da, mağazaya da dezinfeksiya mütəxəssislərinin geyiminə bənzər bəyaz kombinezonda, üzündə də əleyhqaz gedir. Özü və yeni, qeyri-adi obrazı haqda Y.Anisimov Sputnik Azərbaycan-a danışıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Егор Великий ★ (@velikiy_yegor)

O, artıq 25 ildir rəqslə, 10 il də pedaqoji fəaliyyətlə məşğuldur. Onun The Legend dance studio rəqs studiyası var. Anisimovun tələbələri müasir rəqslər üzrə Azərbaycan və Gürcüstan çempionları olublar. Bundan əlavə, onun şouları təşkil edən komandası da var.

“Biz istənilən formatda – alovla, işıqla, lazerlə, piksellə - şoular hazırlayırıq. Müxtəlif obyektlərin, klubların, çempionatların açılışında, bayramlarda işləyirik. Gürcüstanda 2017-2018-ci illərdə keçirilmiş beynəlxalq tədbirlərdə ən yaxşı şouya görə mükafatlandırılmışıq. Diamond Globe Awards 2019 Baku versiyası üzrə ən yaxşı şou adını qazanmışıq. Bu il martın sonunda növbəti çempionata yollanmalı idik, ancaq pandemiya mane oldu”, - Anisimov deyir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Егор Великий ★ (@velikiy_yegor)

Karantində başını qatmaq üçün rəqqas video çəkmək qərarına gəlib və özünə qeyri-adi obraz da fikirləşib. Anisimov Facebook səhifəsində dostlarına müraciət edərək əleyhqaz tapmaları üçün yardım istyib. Tanışlarından biri ona kömək edib.

Əvvəlcə Anisimov mağazalara ancaq əleyhqaz taxaraq gedib video çəkirmiş. Sonra isə dostu ona ağ rəngli qoruyucu kostyum verib. Bu isə rəqqasın obrazını tamamlayıb. İndiyədək bu geyimdə onun heç bir problemi olmayıb, hətta polislər də onu heç vaxt saxlamayıblar.

Посмотреть эту публикацию в Instagram

Публикация от Егор Великий ★ (@velikiy_yegor)

“Öz səhifəmdə bu obrazda olduğum videonu paylaşanda sosial şəbəkədə bu qədər müzakirə olunacağını, insanların diqqətini cəlb edəcəyini gözləmirdim. Hətta rəqs videosu da çəkməyi qərara aldım. Bundan başqa, banka, mağazaya bu geyimdə gedərək də videolar çəkirdim, bu da sosial şəbəkədə xeyli baxış sayı toplayır. Heç belə reaksiya gözləmirdim”, - Anisimov etriaf edib.

O, hətta maskalı adamların təəccüblü baxışlarını da çəkib. Onun sözlərinə görə, bu adamların çoxusu şoka düşümüşdülər və onun gizlicə həm şəklini, həm də videosunu çəkiblər. Rəqqas hesab edir ki, digərləri ilə müqayisədə daha təhlükəsiz geyinir  və elə bu geyim də onu koronavirusdan qoruyur.

© Photo : Courtesy of Egor Anisimov
Rəqqas Yeqor Anisimov - Sputnik Azərbaycan
1/4
Rəqqas Yeqor Anisimov
© Photo : Courtesy of Egor Anisimov
Yeqor Anisimov tələbələri ilə - Sputnik Azərbaycan
2/4
Yeqor Anisimov tələbələri ilə
© Photo : Courtesy of Egor Anisimov
Rəqqas Yeqor Anisimov - Sputnik Azərbaycan
3/4
Rəqqas Yeqor Anisimov
© Photo : Courtesy of Egor Anisimov
Yeqor Anisimov tələbələri ilə - Sputnik Azərbaycan
4/4
Yeqor Anisimov tələbələri ilə
1/4
Rəqqas Yeqor Anisimov
2/4
Yeqor Anisimov tələbələri ilə
3/4
Rəqqas Yeqor Anisimov
4/4
Yeqor Anisimov tələbələri ilə

Bəzi gənclər isə onun obrazını təkrarlayaraq küçəyə əleyhqaz taxaraq çıxırlar.

“İstəyirəm ki, hər kəs öz ağlı ilə düşünsün. Mən əleyhqaz taxmaq kultu yaratmaq istəmirım. Mən bunu pozitiv fikirlərlə edirəm və insanlara xeyirxahlıqla yanaşıram. İstəmərəm ki, kimsə belə geyimdə oğurluq və s. kimi pis işlər görsün”, - Anisimov qeyd edib.

Rəqqas karantin müddətində insanları bu obrazda sevindirməyə davam etmək fikrindədir.

Xəbər lenti
0