Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakı teatrı MDB məkanında ən yaxşı teatrlar reytinqinə düşüb

Abunə olmaq
Məşhur portal Müstəqil Dövlətlər Birliyi ölkələrində ən məşhur teatr müəssisələrinin siyahısını təqdim edib.

BAKI, 18 aprel — Sputnik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tamaşaçılar arasında populyarlığına, eləcə də teatr saytlarında və sosial şəbəkələrdə onlayn yayımlarına görə Müstəqil Dövlətlər Birliyinin (MDB) ən yaxşı opera teatrlarının reytinqinə düşüb. Bu barədə Sputnik Azərbaycan-a reytinqin tərtibçiləri deyiblər.

Akademik Musiqili Teatrın Könüllüləri fəaliyyətə başlayıb. - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Akademik Musiqili Teatr ilkə imza atdı

Ən yaxşı teatr müəssisələrinin siyahısı TurStat.com saytında təqdim olunub. Reytinq 15 aprel Beynəlxalq Mədəniyyət günü üçün hazırlanıb. Məhz 1935-ci il aprelin 15-də "Bədii və elmi müəssisələrin və tarixi abidələrin qorunması haqqında" Rerix paktı qəbul edilib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə yanaşı Rusiyanın Dövlət Akademik Böyük Teatrı (Moskva), Belarusun Böyük Teatrı (Minsk), Abay adına Qazaxıstan Dövlət Akademik Opera və Balet Teatrı (Almatı), "Astana Opera" Dövlət Opera və Balet Teatrı (Nur-Sultan), Spendiyarov adına Ermənistan Akademik Opera və Balet Teatrı (Yerevan), Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrı (Daşkənd), Mariya Biyeşu adına Moldova Milli Opera və Balet Teatrı (Kişinyov), Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrı (Bişkek) və Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrı ( Düşənbə) MDB-nin opera teatrlarının ilk onluğunda yer alıblar.

Reytinq teatrların populyarlığı və onlayn yayım təklifləri əsasında təqdim olunub.

Xəbər lenti
0