Kamin mahnısının klipinin çəklişi

Məşhur azərbaycanlılar "bank soydular" - VİDEO - FOTO

108
(Yenilənib 20:35 13.04.2020)
Emin Ağalarov və Cahid Hüseynli öz duetlərini ekranlaşdırıblar, klip ilk gündən Rusiyanın musiqi çartlarında ilk pillələri zəbt edib

BAKI, 13 aprel — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Emin Ağalarov və Coni (Cahid Hüseynli) "Kamin" mahnısının klipini təqdim ediblər. Onlar klipdə 15 il fərqlə eyni qəhrəmanın obrazını yaradıblar. Bu barədə Sputnik Azərbaycan-a Emin Ağalarovun mətbuat xidmətindən məlumat verilib.

Duet kompozisiyasının lap bu yaxınlarda təqdim edilməsinə baxmayaraq, o, dərhal Rusiyanın musiqi çartlarının ilk pillələrini zəbt edib və ən yüksək mövqeni tutmağa davam edir. Bununla əlaqədar olaraq, ifaçılar mahnını ekranlaşdırmağı qərara alıblar.

  • "Kamin" mahnısının klipinin çəklişi
    © Photo : Courtesy of Emin Agalarov
  • "Kamin" mahnısının klipinin çəklişi
    © Photo : Courtesy of Emin Agalarov
  • "Kamin" mahnısının klipinin çəklişi
    © Photo : Courtesy of Emin Agalarov
  • "Kamin" mahnısının klipinin çəklişi
    © Photo : Courtesy of Emin Agalarov
  • "Kamin" mahnısının klipinin çəklişi
    © Photo : Courtesy of Emin Agalarov
1 / 5
© Photo : Courtesy of Emin Agalarov
"Kamin" mahnısının klipinin çəklişi

Yeni klipin çəkilişləri üç sutka davam edib və koronavirus pandemiyası ilə bağlı ümumi özünütəcridədək başa çatdırılıb. Artistlərin sözlərinə görə, bütün süjet boyu ehtirasların çox gözlənilməz sonluğu və maksimum intensivliyi ilə əsl film alınıb.

Klipin rejissoru bu yaxınlarda Navainin "Eqoist", Morgenşternin "Ratatatata", Olqa Buzovanın "Mandarinka" və bir çox digər məşhur artistlərin mahnılarını ekranlaşdıran Aleksandr Romanov olub.

Ağalarov və Coni klipdə eyni adamın obrazını, lakin 15 il fərqlə canlandırıblar. Süjetə görə, baş qəhrəman sevgilisi və onu aldatmağı qərara alan dostu ilə birlikdə bank soyur.

 “Mən nəticədən çox razıyam. Düzgün kino alınıb! Baxmayaraq ki, bu klipdə mənim rolum kiçikdir, amma düzünü desəm, kifayət qədər emosionaldır. Bu klipin bir neçə saniyəsinin arxasında ağır yaşayış illəri dayanır. Coni çox istedadlı artistdir və biz çoxdan birlikdə mahnı yaratmaq istəyirdik. Bu, əla trek alındı. O, mənim üçün qeyri-adidir, klip isə ondan da artıq”, - deyə Ağalarov bildirib.

Coni isə öz növbəsində etiraf edib ki, çoxdan Ağalarovla duet yazdırmaq istəyib. Onun sözlərinə görə, klip çox emosional alınıb və hətta o, özünü döyüş filminin qəhrəmanı kimi hiss edib.

Ağalarov "World Music Awards," "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammofon", "MUZ-TV mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. Dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" kimi dünyanın aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

Coni dörd yaşı olanda valideynləri ilə birlikdə Azərbaycandan Moskvaya köçüb. Uşaqlıqdan məşhur olmağı arzulayıb və nəhayət, xəyalını reallaşdıra bilib. Coninin sözlərinə görə, onun məşhurluğunun artmasında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" Beynəlxalq Musiqi Festivalında çıxış edib.

Azərbaycan ifaçısı Elman Zeynalovun əsasını qoyduğu "Raava Music" musiqi leyblının artistləri sırasındadır. 2019-da müğənni Vkontakte-nin versiyasına görə, "İlin sıçrayışı" adlandırılıb və onun "Alleya" sinqlı isə beşqat platin statusu alıb.

108
Əlaqədar
Nura Suri qalmaqallı statusu ilə aləmi bir-birinə qatdı - Bundan sonra susacaq
Qalmaqallı çellenc: Azərbaycanlı məşhurlar çılğınlıqlarını yastıqla ört-basdır edirlər
İki məşhur azərbaycanlı Rusiyanı lərzəyə gətirdi
Aygün Kazımova “bir milyonluq” oldu
Samir Cavadzadə: “Məni əzmək istəyənlərin özləri yox olurlar”
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

5
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

5
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat
Dağlıq Qarabağ, arxiv şəkli

Avropaya baxmağa ehtiyacımız yoxdur: Qarabağın qızılı yenə göz qamaşdıracaq

212
(Yenilənib 23:53 30.11.2020)
"Müasir İtaliya, Fransa zərgərlərinin işlərində biz bu gün Qarabağ zərgərlik məktəbinin nümunələrini görə bilirik. Bu isə o deməkdir ki, Azərbaycanda zərgərlik məktəbinin inikişafı üçün bizim Avropaya baxmağa ehtiyacımız yoxdur"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Ölkə başçısı İlham Əliyev işğaldan azad edilən və ediləcək bölgələrin inkişaf planlarının hazırlanması üçün göstəriş verib.

Ötən əsrin 90-cı illərinin əvvəllərinədək Azərbaycanın mineral su mənbələri, ət ehtiyyatının, eyni zamanda meşə materiallarının bir qismi məhz Qarabağ bölgəsinin hesabına ödənilib. Ermənilərin Azərbaycanın məhz bu torpaqlarına göz dikməsi də əbəs yerə olmayıb. Ərazi həm mineral su yataqları, həm də faydalı qazıntılarla zəngin olub.

Torpaqlarımızın geri qaytarılması Azərbaycanda yerli istehsal sahələrinə, ət tələbatının qarşılanmasına, su qıtlığının aradan qaldırılmasına, iqtisadiyyatımızın daha da dirçəlməsinə səbəb olacaq.

Bu torpaqların perspektivi, potensialı barədə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, professor, BDU-nun  "Faydalı qazıntılar" kafedrasının müdiri Vasif Babazadə Sputnik Azərbaycan-a açıqlamasında danışır:

"İşğal altında olmuş ərazilərimizdə müxtəlif faydalı qazıntı yataqlarımız var. Hesab edirəm ki, torpaqlarımız tam azad olunduqdan sonra xüsusi tapşırıqla bu ərazilərin planlarını, istismar qaydalarını hazırlayacağam. Bizim iqtisadi resurslarımız dəfələrlə artacaq. Çünki həmin torpaqlarımızda əhəmiyyətli qızıl yataqlarımız var.

Kəlbəcər ərazisində Tutxun, Zod, Ağdərə tərəfdə Qızılbulaq, Zəngilanda Veysəli ən zəngin yataqlardandır. Zod yatağı özü Qafqazda ən iri yataqdır. Zod yatağının təxminən 67 faizi Azərbaycan ərazisində Kəlbəcərdə, 33 faizi isə Göyçə mahalında yerləşir. Sovet dövründə də, 90-cı illərdən etibarən də ermənilər artıq Kəlbəcər ərazisindən Zod yatağının istismarına başlayıblar. Ümumiyyətlə, bizim o ərazilərdə xeyli sayda qızıl, mis yataqlarımız da var".

"Təbii su resurslarından danışdıqda isə ilk növbədə Sərsəng su anbarından bəhs etmək lazımdır. Bu su anbarı suvarma işləri üçün böyük əhəmiyyətə malikdir. Bundan başqa, işğal olunmuş ərazilərdə külli sayda mineral su yataqlarımız da var. Məsələn, Kəlbəcərdə İstisu buna nümunədir. Həmin ərazilərdə çoxlu adlı və adsız su yataqlarımız var. Qızılbulağın yaxınlığında yerləşən "Mehmana" yatağı da çox böyükdür. Ermənilər bilərəkdən bizim ən əhəmiyyətli yataqlarımızın yerləşdiyi əraziləri işğal ediblər. Ümumiyyətlə, o zonada, xüsusən də Laçın-Kəlbəcər zonasında uzun illər işləyib, əraziləri addım-adım gəzib tədqiqatlar aparmışam", - deyə o əlavə edib.

Təxminən 40 ilə yaxın bu yataqları tədqiq etmiş mütəxəssis bildirir ki, biz bu yataqları 10 illər ərzində ehtiyatlarımıza sala biləcəyik.

V.Babazadə deyir ki, haqqında söz açdığı torpaqlar həmçinin üzlük daşlar üçün istifadə olunan materiallarla da zəngindir: "Bu əraizlərdə həmçinin müxtəlif rəngli meşə materialları da var. Lakin ermənilər bu meşə materiallarının çoxunu qırıblar".

Qızıl resurslarından danışarkən Qarabağın zərgərlik məktəbini unutmaq olmaz. 30 ildir ki, tənəzzül edən Qarabağ zərgərlik məktəbinin inkişafı üçün indi uyğun zaman yaranıb. Bu işi öz üzərinə götürənlərdən biri isə əslən yəhudi olan Eduard Şamaryayevdir. Azərbaycanda zərgərlik sənətini yaşadanlardan biri olan Şamaryayev Sputnik Azərbaycan-a Qarabağ zərgərlik məktəbi haqda danışır:

"Sovet dövründə Azərbaycan zərgərlik məktəbi, demək olar ki, məhv olmuşdu. O dövrdə zərgərlərə fəaliyyət göstərmək qadağan olunmuşdu. Yalnız biz zərgərlik zavodu fəaliyyət göstərirdi. Yəni, sovet dövründə Azərbaycan zərgərliyi yalnız hökumətin istədiyi formada fəaliyyət göstərirdi. O dövrdə milli ruhda da demək olar ki, bəzək əşyaları hazırlanmırdı. Birinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan zərgərləri yavaş-yavaş dirçəlməyə başladılar. Məsələn, mən 1996-cı ildən fəaliyyətə başladım.

Qarabağ bölgəsindən olan bir neçə zərgəri tanıyıram. Lakin onlar məcburi köçkün olduqdan sonra, demək olar ki, Bakıda, yaxud da qaldıqları digər yerlərdə zərgər kimi çalışmayıblar. İşğalda olan torpaqlarımız alındıqdan sonra, yəqin ki, həmin şəxslər yenidən Qarabağ irsinə əsaslanaraq fəaliyyətlərini davam etdirəcəklər. Lakin sırf Qarabağ zərgərlik məktəbi ilə bağlı olaraq qeyd edim ki, təxminən son 30 ildə bu məktəb böyük zərbə alıb, o qədər inkişaf etməyib".

E.Şamaryayev deyir ki, ümumiyyətlə Qarabağ zərgərlik məktəbinin nümunələrini, təsirlərini Rusiya, Fransa, İngiltərə muzeylərində də görmək mümkündür: "Bu nümunələr qızıl, gümüş və misdən hazırlanırdı. Qarabağ zərgərlik məktəbinin nümunələri əsasən şəbəkə formasında hazırlanır. Ən çox məmulat XVIII-XIX əsrlərdə hazırlanıb. "Şarlı sırğa", "Ay-ulduzlu sırğa", "Piyalə cəng sırğa", "Səbət sırğa" əsasən şəbəkə texnikasına hazırlanıb. Yəni, əsasən məftillərlə işlənərək hazırlanıb. Ancaq qeyd edim ki, Gürcüstanın da Qarabağ məktəbinə böyük təsiri olub. Xüsusi texnika ilə də çoxlu bəzək əşyaları hazırlanıb. Qarasala üsulunda metal kəsmə ilə hazırlanır və onun üzərində xüsusi nəbatat ornament formasında oymalar işlənilir. Məsələn, yarpaqlar, butalar. Sonra isə həmin oyulmuş hissələrə xüsusi qara maddə doldurulur və bişirilir. Bizdə bu nümunələrdən də var".

Qədimlərdən əsas zərgərlik mərkəzlərinin Qarabağ, Şamaxı, Şəki, Naxçıvan, Lənkəran və Bakıda cəmləşdiyini söyləyən zərgər İpək Yolu vasitəsilə bu bəzək əşyalarının bütün dünyaya yayıldığını söyləyir: "Bu səbəbdən müasir İtaliya, Fransa zərgərlərinin işlərində biz bu gün Qarabağ zərgərlik məktəbinin nümunələrini görə bilirik. Bu isə o deməkdir ki, Azərbaycanda zərgərlik məktəbinin inikişafı üçün bizim Avropaya baxmağa ehtiyacımız yoxdur, əksinə, onlar bizdən öyrənsinlər, necə ki, hələ də öyrənirlər".

"Bilirsiniz, Qarabağ zonası həm də xarı-bülbülü ilə tanınır. Xarı-bülbül xüsusən də Şuşa tərəfdə bitir. Bu yaxınlarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov Qarabağ adına böyük bir iş görüb, "Qobu Park 3" Yaşayış Kompleksində "Xarı-bülbül" təlim mərkəzi açıb. Orada biz qaçqın və məcburi köçkünlərin övladlarına zərgərliyi öyrədirik. Bu məktəbdə "Xarı-bülbül" kolleksiyası da hazırlamışıq. Bizim mərkəzdə Qarabağ zərgərliyinə aid müxtəlif nümunələr var", - deyə o əlavə edib.

Arxeoloq alim: "Tarix bizə səhvlərimizi düzəltmək üçün böyük bir şans verib">>

Həmsöhbətimiz deyir ki, Qarabağ zonasında bəzək əşyası olaraq əsasən qadın və kişi kəmərləri, sırğalar, üzüklər, qolbaqlar, boyunbağılar hazırlanıb: "Bildiyiniz kimi, Qarabağ zonasında müxtəlif daş yataqları var. Firuzə, əqiq və s. daşlar var ki, bəzək əşyalarının hazırlanmasında da onlardan çox istifadə olunub".

Qeyd edək ki, torpaqlarımız işğal olunanadək həmin ərazilərdə 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemzavulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı mövcud olub. Azərbaycan Respublikasının erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində 561 yataq, təzahür və perspektivli minerallaşma sahəsi müəyyən edilib.

Bir sözlə, bu torpaqların həm təbii resurslarla zəngin olması, həm də təbiətinin gözəlliyi postkonflikt dövründə ölkəmizin iqtisadi potensialının daha da artması deməkdir.

212
Teqlər:
yataq, mineral, zərgərlik, qızıl, Laçın, Ağdərə, Kəlbəcər, Qarabağ
Vurulmuş erməni tankı, arxiv şəkli

Ermənistanın məhv edilən qənimət götürülən texnikaların siyahısı açıqlandı

0
Prezident: "Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı"

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun məhv edilmiş və qənimət kimi götürülən texnikalarının siyahısını açıqlayıb. Sputnik Azərbaycan həmin siyahını təqdim edir:

Məhv edilmiş Ermənistan ordusunun texnikaları:

Tank əleyhinə vasitələr - 53 dənə, "Smerç" - dörd dənə, "Qrad" - 97 dənə, "Uraqan" - 2, "YARS" - 1, TOS odsaçan - 1, "S-300" zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir "S-300" radiolokatoru və iki "S-300" aşkaretmə stansiyası məhv edildi. "Oborona" radiolokasiya stansiyası - 1 dənə, "TOR" zenit-raket kompleksi - 5 dənə, "Osa" zenit-raket kompleksi - 40 dənə, "KUB" zenit-raket kompleksi - 4 dənə, "KRUQ" zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, "S-125" zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, "Elbrus" əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, "Toçka-U" raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, "R-142" komanda qərargah maşını - 2 dənə, "Nebo-M" radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, "Reppelent" radio-texniki maneə vasitəsi - 4 dənə.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları "Akasiya" və "Qvozdika" – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, "Şilka" zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. "Su-25" təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

"Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablasınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır," - deyə İlham Əliyev qeyd edib.

0
Teqlər:
Ermənistan ordusu, siyahı, texnika, hərbi qənimət