Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tahir Salahovun qızından tibb işçilərinə böyük jest

© Photo : Facebook / Айдан СалаховаАйдан Салахова, фото из архива
Айдан Салахова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aydan Salahova martın 12-də, İtaliya səfərindən Rusiyaya qayıtdıqdan sonra koronavirus şübhəsi ilə karantinə yerləşdirilib. O, iki həftə sonra xəstəxanadan ayrılıb

BAKI, 11 aprel – Sputnik, Kəmalə Əliyeva. SSRİ Xalq artisti Tahir Salayevin qızı, Azərbaycan əsilli rəssam Aydan Salahova karantindən çıxdıqdan sonra əsərlərindən bir neçəsini təcrid şəraitində ona qulluq edən tibb işçilərinə həsr etmək qərarına gəlib.

Xarici səfərdən qayıtdıqdan sonra Moskva klinikasında olarkən fırça ustası vaxtını hədər yerə itirməyib. O, çox sayda eskizlər hazırlayıb. Salahova koronavirus xəstəliyinə tutulmuş və karantində olan insanlara qayğı göstərən tibb işçilərinə həsr olunmuş ideyaları rəsmə köçürmək niyyətindədir. Rəssam bu şəkillərlə bundan sonra nə edəcəyini deməyib.

© Photo : Instagram / aidansalakhovaAydan Salahovanın stasunun çəklişi
Tahir Salahovun qızından tibb işçilərinə böyük jest - Sputnik Azərbaycan
Aydan Salahovanın stasunun çəklişi

Xatırladaq ki, rəssam martın 12-də, İtaliya səfərindən Rusiyaya qayıtdıqdan sonra koronavirus şübhəsi ilə karantinə yerləşdirilib. O, iki həftə sonra xəstəxanadan ayrılıb.

Aydan Salahova - rusiyalı rəssam, heykəltəraş, qalereyaçı və ictimai xadim, Rusiya Rəssamlıq Akademiyasının akademikidir. Onun işləri özəl və dövlət tədbirlərində, o cümlədən Dövlət Tretyakov Qalereyasında, Moskva Müasir İncəsənət Muzeyində və digər yerlərdə nümayiş etdirilir.

"TimeOut" jurnalının reytinqinə görə, Salahova "Moskvanı daha yaxşı edən 50 nəfər" siyahısına daxildir.  "Artxronika" jurnalının versiyasına görə isə, müntəzəm olaraq Rusiya incəsənətində ən nüfuzlu şəxslərin TOP-50-nə daxildir. O, SSRİ Xalq rəssamı Tahir Salahovun qızıdır.

Xəbər lenti
0