Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ulduz aktyorların ən çətin obrazları

© AFP 2023 / Valerie MaconАктер Леонардо Ди Каприо на красной дорожке
Актер Леонардо Ди Каприо на красной дорожке - Sputnik Azərbaycan
Abunə olmaq
Di Kaprionun sözünə görə bu rol onun karyerasında ən çətin obrazdır. Aktyor filmdə 40 dərəcə şaxtada çəkilməli olub.

BAKI, 27 mart — Sputnik. Hər bir uğurlu filmin arxasında böyük komandanın əməyi dayanır. Bununla yanaşı ən ağır yük filmdə rol alan aktyorların üzərinə düşür. Ekran əsərinin maraqlı və inandırıcı alınması üçün onlar personajın həyatını yaşayır. Bəzən obrazlar sadə olsa da, bəzən də əksinə öhdəsindən gəlmək çox çətin olur.

Sputnik Azərbaycan tanınmış aktyorların 5 ən çətin obrazını təqdim edir.

Şaya Labaf - "Qəzəb"

Aktyor bu filmdə Boyd Svon obrazını canlandırmaq üçün sağlam dişini qurban verib. 1945-ci ildə Almaniyanın işğalından bəhs edən filmdə aktyor amerikalı gənc tankçı rolunu ifa edib. O, bir neçə ay çimməyib, bıçaqla üzünü kəsib, hətta iudaizmdən imtina edərək xristanlığı qəbul edib.

Runi Mara - "Əjdaha döyməli qız"

Filmin uğurlu alınması üçün Lisbet rolunun ifaçısı Runi Mara saç düzümündə kardinal dəyişiklik edib. O, bədənində və üzündə pirsinqlər qoydurub. Bununla yanaşı, bədənində əjdaha döyməsi etdirmək üçün nəzərəçarpacaq dərəcədə çəki atmalı olub.

Leonardo Di Kaprio - "Sağ qalmış"

Di Kaprionun sözünə görə bu rol onun karyerasında ən çətin obrazdır. Aktyor filmdə 40 dərəcə şaxtada çəkilməli olub. O, vegetarian olsa da, zubrun ciyərini çiy şəkildə yeyib. Qeyd edək ki, bu film aktyora ilk dəfə Amerika kinoakademiyasının mükafatını qazandırıb.

Edrian Broudi - "Pianoçu"

Bu filmdəki obraz Broudinin dünyada şöhrət qazanmasına səbəb olub. Çəkiliş zamanı aktyor 13 kq arıqlayıb, Şopenin əsərini fortepianoda ifa etməyi öyrənib. O, itirmək hissini anlamaqdan ötrü hətta özünə məxsus əmlakdan imtina edib.

Çoi Min Şik  - "Oldboy"

Filmdə biznesmen rolunu ifa edən cənubi koreyalı aktyor 10 kq arıqlayıb və lazımi formaya düşmək üçün bir neçə ay idman zalında məşq edib. Filmdəki tryukların əksəriyyətini aktyor özü həyata keçirib. Ən ağır epizod aktyorun canlı kalmar yeməsi olub. Uğurlu kadrın alınması üçün aktyor bu addımı dörd dəfə təkrarlayıb.

Xəbər lenti
0