“Jara”

Emin “Jara” ilə bağlı qərarını verdi

31
(Yenilənib 01:09 21.03.2020)
Ağalarov hələlik Bakıdakı “See Breeze” turizm kompleksində iyulun 29-dan avqustun 2-nə kimi keçirilməli olan “Jara” festivalının vaxtını dəyişmək niyyətində deyil.

BAKI, 21 mart – Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov koronovirus pandemiyası səbəbindən “Jara-2020” beynəlxalq musiqi festivalının və mükafatının vaxtını dəyişməli olub. Sputnik Azərbaycan bu barədə müğənninin mətbuat xidmətinə istinadla xəbər verir.

Monakoda festival mayın 7-də deyil, avqustun 16, Düsseldorfda mayın 31-də deyil, oktyabrın 24-də keçəcək.

Bundan əlavə, Emin Moskvada keçirilməli olan “Jara music awards” (aprelin 4-dən sentyabrın 4-nə) və “Jara kids awards”ı (aprelin 2-dən sentyabrın 2-nə) təxirə salmalı olub.

Ağalarov hələlik Bakıdakı “See Breeze” turizm kompleksində iyulun 29-dan avqustun 2-nə kimi keçirilməli olan “Jara” festivalının vaxtını dəyişmək niyyətində deyil.

“Jara” 2017-ci ildən keçirilir. Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Rus radiosu” və “Qızıl qrammofon” mükafatının əsasını qoyan Sergey Kojevnikovdur.

31
Teatr səhnəsi, arxiv şəkli

Şuşa Teatrı haqqında film çəkilib

5
(Yenilənib 16:48 22.01.2021)
Teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa teatrının yenidən öz doğma torpağına - Şuşaya dönəcəyi haqdadır.

BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.

 

5
Xaç, arxiv şəkli

"Xristian irsimizi tanıyaq" - Müqəddəs Məryəm ana katolik kilsəsi - VİDEO

20
(Yenilənib 11:43 22.01.2021)
Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb.

BAKI, 22 yanvar — Sputnik. Müqəddəs Məryəm ana katolik kilsəsi Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən ("Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi" kostyolu - polyak katolik kilsəsi, memarı İ.K.Ploşko) inşa edilib. Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. 7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertone kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.

Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Müqəddəs Məryəm ana katolik kilsəsi haqqında qısa videoçarxı təqdim edir.

20
 Distant təhsil, arxiv şəkli

Nazirlik bu ərazilərdə simsiz rabitə şəbəkəsi qurur - Şagirdlərin problemi həll olunacaq

0
(Yenilənib 13:05 23.01.2021)
Hazırda Ağdamın Ayaq Qərvənd, Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür.

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Ağdam rayonun müharibədən əvvəl cəbhəyanı əraziləri sayılan qəsəbələrinə simsiz rabitə xətti çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən cavabda bildirilir. Nazirlikdən verilən məlumata görə, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Hərbi əməliyyatlar zamanı düşmən tərəfindən Ağdam rayonuna atılmış mərmilər xətt təsərrüfatını zədələyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Qaradağlı, Əfətli, Mirəşelli, Mahrızlı, Çəmənli, Xındırıstan, Rzalar, Təzəkənd, Bənövşələr kəndləri və Dördyol-1, Dördyol-2, Yeni qəsəbə, Baharlı qəsəbələrində təmir-bərpa işləri həyata keçirilib, xətt təsərrüfatının bərpası və xidmətlərin təminatı qısa müddət ərzində təmin edilib. Belə ki, şəbəkənin bərpası məqsədilə 10 kilometrə yaxın zədələnmiş müxtəlif tipli kabellər dəyişdirilib, 60 ədəd dirək yeniləri ilə əvəz olunub. Eyni zamanda abunəçi xətlərinin 13 km uzunluğunda hissəsi normalara cavab verən vəziyyətə gətirilib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yaşayan sakinlərə genişzolaqlı internet xidmətinin göstərilməsi üçün simsiz rabitə şəbəkəsi qurulub: "Hazırda Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür. Həmçinin rayon ərazisində telefon və yüksək sürətli internet xidmətinə olan tələbat nəzərə alınaraq müvafiq layihələr hazırlanır və mərhələli şəkildə icra edilir. Bütün müraciətlər qeydə alınır, sorğuda qeyd olunan və digər ərazilərin sakinlərinin telefon və internet xidmətləri ilə təminatı istiqamətində işlər davam etdirilir".

Xatırladaq ki, Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir. Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

0