Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur opera pulsuz oldu

© REUTERS / Lisi NiesnerТанцоры Венского государственного балета на традиционном Венском оперном балу в Вене, Австрия
Танцоры Венского государственного балета на традиционном Венском оперном балу в Вене, Австрия - Sputnik Azərbaycan
Abunə olmaq
Əhalinin sıx toplaşdığı ictimai, iaşə, mədəni məkanların sırasında bir çox məşhur muzey, teatr və s. ziyarət yerləri də bağlanıb

BAKI, 15 mart — Sputnik. Çindən dünyaya sıçrayaraq on minlərlə insanı xəstələndirən koronavirus səbəbilə bir çox ölkələr karantin rejiminə keçib.

Sputnik Azərbaycan bildirir ki, əhalinin sıx toplaşdığı ictimai, iaşə, mədəni məkanların sırasında bir çox məşhur muzey, teatr və s. ziyarət yerləri də bağlanıb.

Koronavirus təhlükəsinə görə Vyana Dövlət Operası da aprelin 2-dək bütün tamaşaları ləğv edib. Ancaq Avropanın musiqi məbədlərindən sayılan opera özünün ən gözəl arxivlərini canlı yayım üçün açacaq.

Bazar günü, martın 15-dən etibarən Vyana Dövlət Operasının opera və balet tamaşaları pulsuz olaraq www.staatsoperlive.com platformasından gündəlik olaraq yayımlanacaq. Yayımlar saat yerli vaxtla 20:00-dan başlanacaq və 24 saat ərzində əlçatan olacaq.

Xəbər lenti
0