Azərbaycanlı müğənni Samirə Əfəndi, arxiv şəkli

Azərbaycanın "Kleopatra"sı bir milyonu aşdı - VİDEO

46
(Yenilənib 10:06 15.03.2020)
Samira Əfəndinin "Kleopatra"sı uzun müddət ərzində "Avroviziya" mahnı müsabiqəsi üçün Azərbaycanda çəkilən ilk klipdir

BAKI, 15 mart — Sputnik. Azərbaycanın "Avroviziya-2020"dəki təmsilçisi Samira Əfəndinin "Cleopatra" klipi müsabiqənin rəsmi YouTube kanalında bir milyondan çox baxılıb.

Sputnik Azərbaycan bildirir ki, mahnının klipi martın 10-da təqdim olunub.

Mahnının klipi Qobustan Tarixi Qoruğunda quruluşçu rejissor və operator Aleks Lamax tərəfindən çəkilmişdir. Klipin prodüseri İsa Məlikovdur. Təqdim olunan mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Bu kompozisiyanın prodüserləri isə müəlliflərdən biri olan Lyuk Van Birs, digəri isə Toni Kornelissendir. Mahnıda etnik motivlər müasir səs ilə ahəngdar şəkildə uzlaşır. Kompozisiyada UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan milli aləti tar, həmçinin balaban və ud səslənir.

Qeyd edək ki, bu, uzun müddət ərzində "Avroviziya" mahnı müsabiqəsi üçün Azərbaycanda çəkilən ilk klipdir.

Samira Əfəndi "Avroviziya-2020"də yarımfinalın  ikinci hissəsində çıxış edəcək.

"Avroviziya-2020" mayın 12-dən 16-dək Niderlandın Rotterdam şəhərində "Ahoy Arena"da keçiriləcək.

46
Əlaqədar
Murad Arif “Avroviziya-2020” təmsilçimiz barədə danışır
Sözləri Leylanındır – Zamiq Hüseynov yeni klipini təqdim etdi
Azərbaycanlı müğənnilər və Yeqor Krid xəyanətkar qızları unutmaq qərarına gəliblər
Türkiyənin məşhur müğənniləri "Jara" festivalına gələcəklər
"Qaraçı" Aygün: bu dəfə yalnızdır - VİDEO