Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı xanəndəyə doğum günündə sürpriz

© incity.azMuğam
Muğam - Sputnik Azərbaycan
Abunə olmaq
C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Sabah onun 80 yaşı tamam olur

BAKI, 9 mart — Sputnik. Prezident İlham Əliyev Canəli Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Xanəli oğlu Əkbərov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Sabah onun 80 yaşı tamam olur. O, musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinski olub. 1965-ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

© azvisionXalq artisti Canəli Əkbərov
Azərbaycanlı xanəndəyə doğum günündə sürpriz - Sputnik Azərbaycan
Xalq artisti Canəli Əkbərov

Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yaddaqalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq Qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") obrazlarını yaradıb. Canəli Əkbərov xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olub.

Canəli Əkbərov hal-hazırda muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.

Azərbaycan Respublikasının Əməkdar artisti (1989) və Xalq artisti (1992) fəxri adları var. C.Əkbərov 2002-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Xəbər lenti
0