Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı müğənnilər və Yeqor Krid xəyanətkar qızları unutmaq qərarına gəliblər

© Photo : Instagram / navaibРэперы HammAli (Александр Алиев) & Navai (Наваи Бакиров)
Рэперы HammAli (Александр Алиев) & Navai (Наваи Бакиров)  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı müğənni Yeqor Krid azərbaycanlı duetlə birlikdə ifa etdiyi mahnını yeni albomuna daxil edib.

BAKI, 2 mart — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı duet HammAli & Navai və rusiyalı müğənni Yeqor Krid birgə yazdırdıqları yeni mahnıda vaxtilə yaxın münasibətləri olan qızları alkoqolun köməyilə necə unutduqlarından bəhs ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənnilər "YouTube" sosial şəbəkəsindəki rəsmi səhifələrində "Mne vse Monro" adlı birgə duetlərini təqdim ediblər. Onlar qızların xəyanət etdiyi kişilər haqqında mahnı oxumağa qərar veriblər.

Mahnı Yeqor Kridin "58" adlı yeni mini-albomuna daxil olub. Ümumilikdə, orada yeddi kompozisiya olacaq. Müğənni hələlik o kompozisiyaların adlarını açıqlamayıb.

Reperlər HammAli (Aleksandr Əliyev) & Navai (Nəvai Bəkirov) bu gün bütün postsovet məkanında məşhurdurlar. Onlar Azərbaycanda anadan olsalar da, Rusiyada yaşayıb işləyirlər. 2017-ci ildə populyarlaşmağa başlayıblar. Onların ilk hiti "Tı moya ximiya" Rusiyanın ən çox dinlənilən mahnılarının TOP-20-liyinə daxil olub.

Yeqor Krid solo karyerasına 2011-ci ildə KReeD təxəllüsü ilə başlayıb. O, öz mahnılarının həm müəllifi, həm də ifaçısıdır. 2019-cu ilin martında artistin "Black Star Incorporated" leyblı ilə 2012-ci ildə bağladığı müqavilə başa çatıb. Yeqor Krid musiqi karyerasını təkbaşına davam etdirmək qərarına gəlib və leyblı tərk edib. Baxmayaraq ki, leybl onun adının və mahnılarının müəlliflik hüququnu özündə saxlaya bilərdi, amma müğənni onunla danışaraq adını və bütün mahnılarını özünə qaytarmağa nail olub.

Xəbər lenti
0