Akademik Musiqili Teatrın Könüllüləri fəaliyyətə başlayıb

Akademik Musiqili Teatr ilkə imza atdı

48
(Yenilənib 20:15 02.03.2020)
“Biz Akademik Musiqili Teatr ailəsi olaraq hər zaman gənclərə arzularını reallaşdırmaqda dəstək olmağa hazırıq" – Əliqismət Lalayev

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Azərbaycanda ilk dəfə "Akademik Musiqili Teatrın Könüllüləri" fəaliyyətə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Akademik Musiqili Teatrı maraqlı təşəbbüsü ilə teatra, incəsənətə marağı olan gəncləri "Akademik Musiqili Teatrın Könüllüləri" dəstəsində öz ətrafına toplayıb və bu addımı ilə nəinki teatr aləmində, hətta incəsənətdə könüllülük istiqamətində növbəti bir ilkə imza atıb.

Bu məqsədlə təşkil edilən və müxtəlif ali məktəb tələbələrindən ibarət könüllülərin qatıldığı görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev layihənin məqsədini açıqlayıb, daha sonra isə yenicə yaradılan quruma rəhbərlik edəcək gənc pianoçu – respublikamızda keçirilən bir sıra dövlət əhəmiyyətli beynəlxalq tədbirlərdə könüllülərin işi üzrə koordinator kimi kifayət qədər təcrübə qazanmış teatrın əməkdaşı Alüdə Şəkərovanı tədbir iştirakçılarına təqdim edib.

"2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Akademik Musiqili Teatr könüllü gənclərlə birgə müxtəlif və uzunmüddətli layihələr həyata keçirməyi düşünür. Proqram çərçivəsində tələbələr 3 ay müddətində müxtəlif treninqlərə qatılacaq və teatrın pərdəarxası fəaliyyəti ilə daha yaxından tanış olacaqlar. Aktyorluq qabiliyyəti olan gənclərlərlə birgə tamaşa hazırlanacaq və teatr mövsümünün yekununda hər bir könüllüyə teatr sahəsində təcrübə keçmələri ilə bağlı sertifikatlar veriləcək. Teatr və könüllülük – hər ikisi yüksək dəyərlərdir və ölkəmizin inkişafı naminə könüllülərin kreativ ideyalarından lazımi istifadə olunmalıdır. Biz Akademik Musiqili Teatr ailəsi olaraq hər zaman belə gənclərə arzularını reallaşdırmaqda dəstək olmağa hazırıq", – deyə Ə.Lalayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

  • "Akademik Musiqili Teatrın Könüllüləri" fəaliyyətə başlayıb.
    © Azerbaijan State Academic Drama Theater
  • "Akademik Musiqili Teatrın Könüllüləri" fəaliyyətə başlayıb.
    © Azerbaijan State Academic Drama Theater
  • "Akademik Musiqili Teatrın Könüllüləri" fəaliyyətə başlayıb.
    © Azerbaijan State Academic Drama Theater
1 / 3
© Azerbaijan State Academic Drama Theater
"Akademik Musiqili Teatrın Könüllüləri" fəaliyyətə başlayıb.

Tədbirdə teatrın direktor müavinləri – Hüseyn Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, teatrın rejissor assistenti Elməddin Dadaşov çıxışlarında tələbələri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, Təhsil Nazirliyinin "Bir tələbə-könüllü" proqramının 2019-cü il üzrə ən fəal koordinatoru kimi xüsusi mükafata layiq görülən Alüdə Şəkərova ölkəmizdə keçirilən ən müxtəlif beynəlxalq tədbirlərdə xüsusi qruplara rəhbərlik edib, könüllülük hərəkatında uğurlu fəaliyyətinə görə çoxsaylı mükafatlara layiq görülüb.

48
Sinan Akçil

Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib

58
Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube" şəbəkəsində ön sıralardadır.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Müğənni-bəstəkar Sinan Akçıl Qarbağda baş verən hadisələrdən təsirlənərək "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib. Məşhur həmin mahnını azərbaycanlı müğənni Səidə Quliyeva ilə birlikdə oxuyub. Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube"da ön sıralardadır.

Qeyd edək ki, Sinan Akçıl Qarabağla və Gəncədə baş vermiş terror hadisəsi ilə bağlı dəfələrlə paylaşımlar edib.

58
İbrahim Tatlısəs, arxiv şəkli

İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"

26
(Yenilənib 16:50 23.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

BAKI, 23 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Посмотреть эту публикацию в Instagram

İki Millet TEK Devlet TÜRK Milleti Olarak Ölümüne Yanındayız AZERBAYCAN !

Публикация от İBRAHİM TATLISES (@ibrahimtatlises)

Bu dəfə türk musiqisinin imperatoru İbrahim Tatlısəs Azərbaycana dəstəyini nümayiş etdirib. Belə ki, Türkiyənin məşhur müğənnisi özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

26
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

0
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

0