Azərbaycanın Xalq artisti Lüdmila Duxovnaya, arxiv şəkli

Agent Malderin budəfəki məxfi materialı Azərbaycanla bağlıdır

1106
(Yenilənib 19:55 21.02.2020)
Məşhur Azərbaycan aktrisasının dünya şöhrətli Hollivud ulduzu ilə yaxın qohum olduğu ortaya çıxıb, amma onlar hələ də həyatda görüşməyiblər

BAKI, 21 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Lüdmila Duxovnaya sən demə, amerikalı aktyor və ssenari müəllifi, rejissor və musiqiçi, "Məxfi materiallar" teleserialındakı agent Foks Malder roluna görə ikiqat "Qızıl qlobus" mükafatının sahibi Devid Duxovnının qohumu imiş.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə jurnalist Səadət Qədirovanın "YouTube" şəbəkəsindəki "кadyrova.online" kanalında apardığı "Arzular gerçəkləşir" layihəsinin qonağı olarkən deyib.

Aparıcının Devid Duxovnı ilə qohumluq əlaqələrinin olub-olmadığı barədə sualına aktrisa müsbət cavab verib.

"Mənim babam və nənəm Bakıya Ukraynadan gəliblər. Babamın üç qardaşı da olub ki, ondan fərqli olaraq, yaşamaq üçün Qərbi seçiblər. Babam Bakını seçəndə yəqin çox cavan olub, nənəm də yaşda ondan kiçik olub. Ola bilsin, onlar buna görə isti ölkəyə gəlməyi seçiblər. Bundan əlavə, Azərbaycanda həmişə dostcasına və xeyirxah mühit olub", - deyə aktrisa bildirib.

Bibisi və əmisi oğlu Duxovnayaya məşhur aktyorun onların qohumu olduğunu bildiriblər. Bu faktı Devid Duxovnı ilə ünsiyyət qurmağa imkan tapan azərbaycanlı Şaiq Səfərov da təsdiqləyib.

Xalq artisti hesab edir ki, o, zahirən də Hollivud ulduzuna çox oxşayır. Lakin aktrisaya ulduz qohumu ilə şəxsən tanış olmaq nəsib olmayıb.

Devid Duxovnı "Məxfi materiallar"dakı agent Malderlə yanaşı, "Şəhvətpərəst Kaliforniya" teleserialındakı yazıçı Henk Mudi (Hank Moody) rolu ilə də şöhrət qazanıb. O, həmçinin "Consonlar ailəsi", "Dolça", "Məxfi", "Keçmişin sirləri" və digər filmlərdə də çəkilib.

Lüdmila Duxovnaya Rusiyanın "Fiqaro" aktyor mükafatının sahibidir. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Onun yaradıcılığının 55 illiyi həmçinin Bakıda Rus Dram teatrında qeyd olunub. Azərbaycan incəsənətinin qızıl fonduna daxil olan 120-dən çox tamaşada parlaq obrazlar yaradıb.

1106
Əlaqədar
Maqomayevdən bəhs edən serial gəlir – Treyleri yayıldı
“Muzkomediya”nın solisti Ankara səhnəsində
XXI əsrin Merilin Monrosu: Azərbaycanlı model məşhur aktrisaya çox oxşayır
Ostrovskaya: Məni "Brilyant əl"in Bakıdakı çəkilişinə küçədən apardılar
Ulduz məhəbbət üçbucağı: İki məşhur bəstəkarın bir rəqs kraliçası uğrunda mübarizəsi
Sənədin imzalanması

Mədəniyyət Nazirliyində islahatlar davam edir

18
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb. Əmrə əsasən yeni kadr təyinatları həyata keçirilib

BAKI, 28 oktyabr — Sputnik. Akif Marifli Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.

Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov isə Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Anar Kərimovun müvafiq əmrlərinə əsasən Nazirliyin regional mədəniyyət idarələrində də yeni kadr təyinatları həyata keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov tutduqları vəzifələrdən azad ediliblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Rəşad Əliyev təyin edilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi isə Nazirliyin Regional siyasət şöbəsinin əməkdaşı Əlisultan Sadıxova həvalə edilib.

18
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

68
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

68
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Ombudsman Səbinə Əliyeva və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş

İsrail səfiri Ermənistanın mülki şəxsləri hədəfə alan hərbi hücumlarını pislədi

0
(Yenilənib 18:55 28.10.2020)
Səfir: "İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib".

BAKI, 28 oktyabr — Sputnik. Ombudsman Səbinə Əliyeva İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, müvəkkil Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin yalnız iqtisadi-strateji baxımdan deyil, həm də ənənəvi tarixi mədəni köklərə əsaslandığını, Azərbaycan və İsrail xalqlarının daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgə yaşayış nümunəsini bütün dünyaya nümayiş etdirdiklərini bildirib.

Görüş zamanı Müvəkkil Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində kütləvi insan hüquqları pozuntuları barədə məlumat verib. Müvəkkil bu ilin 27 sentyabr tarixindən Ermənistanın yeni torpaq iddiaları ilə Azərbaycana qarşı başlatdığı hərbi təcavüzü və hərbi təxribatları nəticəsində raket hücümuna məruz qalmış mülki yaşayış məntəqələrinə faktaraşdırıcı missiya fəaliyyəti çərçivəsində baş çəkdiyini, yaralanan mülki şəxslərlə və həlak olanların yaxınları ilə görüşdüyünü bildirib. Qeyd olunub ki, araşdırmalar zamanı toplanan faktoloji materiallar əsasında hazırlanan 4 aralıq hesabat aidiyyəti beynəlxalq qurumlara göndərilib.

© Photo : The Commissioner for Human Rights. (Ombudsman) of the Republic of Azerbaijan
Ombudsman Səbinə Əliyeva və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş

Müvəkkil, həmçinin bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən yenidən Bərdə şəhərinin mülki əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan zərbələr endirildiyini, nəticədə 20-dən çox mülki şəxsin həlak olduğunu, 60-dan çox şəxsin yaralandığını, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini səfirin diqqətinə çatdırıb.

Səfir qeyd edib ki, Azərbaycan ilə İsrail arasındakı dostluq əlaqələri dərin tarixi köklərə malikdir. İki ölkə arasında iqtisadi, enerji, təhlükəsizlik və turizm sahəsindəki əlaqələr əlaqələr, eyni zamanda Azərbaycan və İsrail xalqları arasındakı qarşılıqlı münasibətlər də çox yüksək səviyyədədir. C.Dik Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumların ciddi təəssüf hissi doğurduğunu və vəziyyətlə yaxından tanış olmaq məqsədilə Gəncə və Mingəçevir şəhərlərinə getdiyini, xəsarət alan və mülkləri zərər görən şəxslərlə görüşdüyünü bildirib. Səfir Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn tələblərinin pozularaq mülki şəxslərə qarşı edilən hərbi hücumların ciddi şəkildə insan hüquqları pozuntusuna yol açdığını vurğulayıb. Qeyd olunub ki, İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə