Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Emin Amerikada ilk pullarını necə qazandığını xatırladıb

© Photo : © Courtesy of Emin AgalarovНародный артист Азербайджана Эмин Агаларов
Народный артист Азербайджана Эмин Агаларов - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur müğənni, Azərbaycanın Xalq artisti Emin Ağalarov ABŞ-da yeniyetməlik çağlarının keçdiyi və ilk pullarını qazandığı yerləri ziyarət edib.

BAKI, 19 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Emin Ağalarov "Instagram" sosial şəbəkəsində izləyicilərinə özünün Amerikadakı ilk iş yerini göstərib.

Sputnik Azərbaycan-ın məlumatına görə, konsert turu ilə bağlı ABŞ-da olan ifaçı fürsətdən istifadə edərək yeniyetməlik dövrünün keçdiyi yerləri ziyarət edib. Ağalarovun sözlərinə görə, ilk dəfə öz pulunu 17 yaşında Amerikada qazanıb. Gələcək müğənni təhsil almaqla yanaşı ilk biznesini də Amerikada qurmaq və burada yaşayışını təmin etmək üçün pul qazanmaq qərarına gəlib.

"Mənim ilk biznesim və ilk ofisim. Mən burada dörd ilimi keçirmişəm. Burada rəsm əsərləri, matryoşkalar, saatlar, plakatlar satmışam. Əsl nostalgiyadır. Bu, 1997-ci ildə olub. Mənim 17 yaşım var idi", - Ağalarov bildirib.

ABŞ turu çərçivəsində müğənni Mayami, Nyu-York, Toronto, Los-Anceles, Kanada və Atlantada konsertlər verəcək.

Emin Ağalarov peşəkar musiqi karyerasına 2006-cı ildə başlayıb. Həmin ildə onun "STILL" adlı birinci albomu çıxıb. Rusiyada bu diskin 70 000, MDB ölkələrində isə 30 000 surəti satılıb. Debüt albomunun uğurundan sonrakı üç il ərzində Emin daha üç ingilisdilli disk buraxıb: "Incredible" (2007-ci il), "Obsession" (2008-ci il) və "Devotion" (2009-cu il). Onların hər biri Moskvada və Bakıda canlı konsertlərlə müşayiət olunub. Bundan sonra ayrı-ayrı illərdə onun müxtəlif albomları çıxıb. Albomlar dünyanın müxtəlif ölkələrində maraqla qarşılanıb.

Emin Ağalarov həmçinin 2016-cı ildən başlayaraq Bakıda keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalının təsisçilərindən biridir. Onun Rusiyanın Əməkdar artisti Qriqori Leps və "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovla birlikdə ərsəyə gətirdiyi bu layihədə Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.

Xəbər lenti
0