Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Çölçü” dünyanı fəth edir - Filmimiz növbəti beynəlxalq mükafatını aldı

© © Facebook / ÇÖLÇÜ / STEPPE MAN / СТЕПНЯКСъемочный процесс фильма Степняк, фото из архива
Съемочный процесс фильма Степняк, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2012-ci ildə istehsal olunan film 5 qitəni əhatə edən 60 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

BAKI, 19 fevral — Sputnik. “Çölçü” filmi yeni zirvələri fəth etməkdə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, Hindistanın Kəlküttə şəhərində keçirilən "Crown Wood Beynəlxalq Film Festivalın"da Şamil Əliyevin "Çölçü" filmi "Best Narrative Feature" (Ən yaxşı bədii film) və "Best director" (Ən yaxşı rejissor) mükafatlarının qalibi elan edilib.

Сцена театра, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanda teatr adını dəyişdi

Şamil Əliyevin "Çölçü" filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 60 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

"Çölçü" ümumilikdə bir neçə dəfə "Ən yaxşı bədii film", "Ən yaxşı rejissor işinə görə", "Ən yaxşı ssenari", "Ən yaxşı qadın oyunçu", "Yaradıcılıq axtarışlarına görə", eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, "Humay" milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M.Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Xəbər lenti
0