Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı qız HBO-nun rejissorlarından zəng gözləyir - VİDEO

© Photo : Instagram / ruslanageeМодель и блогер из Азербайджана Руслана Джавадова
Модель и блогер из Азербайджана Руслана Джавадова - Sputnik Azərbaycan
Abunə olmaq
Ruslana Cavadova aktyor təcrübəsinin olmamasına və ləhcəsinə rəğmən ABŞ-da məşhur olan seriala çəkilmək istəyir

BAKI, 19 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı model Ruslana Cavadova Amerikada yeniyetmələr arasında populyar olan "Eyforiya" serialının sınaq çəkilişlərinə qatılıb.

Sputnik Azərbaycan bildirir ki, model həmin serialda narkoman və striptizçi qadın rolunda çəkilmək istəyir.

Bu barədə o, Youtube səhifəsində yerləşdirdiyi videoda bildirib. Serialın sınaq çəkilişləri onlayn formatda elan edilib, buna görə də istəyən hər kəs orada iştirak edə bilib. Cavadovanın dostu ona bəxtini sınamağı təklif edib, o da kastinqə qatılıb.

"Ləhcəmə görə bilirdim ki, demək olar ki, heç bir şansım yoxdur, onlar amerikalı qızlar axtarırlar. Üstəlik, təcrübəm də yoxdur. Amma kastinqin şərtlərində yazılmışdı ki, təcrübə elə də önəmli deyil. Mən həyatım barədə sadə suallara cavab verdim. Hələlik mənə zəng vurmayıblar. Yəqin, striptizçi və narkoman roluna uyğun gəlməmişəm. Bəlkə, hələ zəng vurarlar. İkinci mövsümün çəkilişləri martda başlayır", - Cavadova deyib.

Model nə vaxtsa amerika seriallarına çəkiləcəyindən əmin deyil, çünki ingiliscə ləhcəsini ideal saymır. Ancaq inanır ki, gün gələcək və arzusu yerinə yetəcək. Cavadova aktyor məharəti kurslarına yazılmaq niyyətindədir.

"Eyforiya" serialı açıq-saçıq dramdır, onun baş qəhrəmanları həyatı narkotik, seks, travma, sosial media üzərindən dərk edirlər. Hadisələrin mərkəzində reabilitasiya mərkəzində müalicədən sonra evinə qayıdan 17 yaşlı Ru Bennett durur. Burada isə köhnə vərdişləri - narkotiklər və əyləncələr yenidən onu tapır. Şəhərdə Culs adlı qızın peyda olması Ru üçün ümid olur. Serialın ilk mövsümü xeyli reytinq topladığından rejissorlar Sem Levinson, Pippa Byanko, Avqustin Frizzel qərara gəliblər ki, onun ikinci hissəsini də çəksinlər.

Ruslana Bakıda doğulub. Hələ məktəbdə oxuyan vaxtından moda və gözəllik sahəsinə maraq göstərib. 2016-cı ildə "L'Officiel Awards" jurnalının Fransa, Ukrayna və Azərbaycanda keçirdiyi eyniadlı illik mükafatlandırma mərasimində iki nominasiya - "Ən yaxşı model" və "Ən yaxşı fashion-bloger" - üzrə qalib olub.

Cavadova eyni zamanda zinət əşyalarının dizayneridir. Əvvəlcə İstanbulda oxuyub, sonra təhsilini Los Ancelesdə davam etdirməyə qərar verib. Amerikada da blogerlik edir.

Xəbər lenti
0