Mina Hüseyn, arxiv şəkli

Azərbaycanlı müğənniyə küçədə evlənmək təklif edilib, o da "hə" deyib

204
(Yenilənib 19:40 18.02.2020)
Mina Hüseynin sevgilisi ona Bakının mərkəzində açdığı banner vasitəsilə evlənmə təklifi edib. Təklif o qədər gözlənilməz olub ki, müğənni çaşqınlıqdan dərhal "hə" cavabı verib

BAKI, 18 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni Mina Hüseynin sevgilisi Bakıda küçənin ortasında ona gözlənilməz təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni sevimli insanın ona belə bir sürpriz hazırlamasından heç şübhələnməyib də. Sevgilisi 14 fevral "Sevgililər Günü"ndə Xaqani bağında (keçmiş Malakan bağı) "Mina, mənimlə evlənərsən?" sözləri yazılmış banner açıb. Sonra isə romantik təbiətinə uyğun olaraq qızın qarşısında diz çöküb və üzüyü ona verib.

Müğənni belə bir sürprizdən çaşqın vəziyyətə düşsə də, həyəcandan "hə" deyib. Müğənninin sevgilisi bu anı əbədiləşdirmək üçün evlilik təklifini kamera önündə edib. Cütlüyün toyu tezliklə baş tutacaq.

Mina Hüseyn musiqiçi ailəsində doğulub və həmişə valideynlərinin yolunu davam etdirmək arzusunda olub. Vaxtilə ona şöhrəti müqavilə bağladığı və onun layihələrinə sponsorluq etmiş ANS telekanalı gətirib. Üç illik fasilədən sonra müğənni yaradıcılığını davam etdirmək və səhnəyə qayıtmaq qərarına gəlib. Hazırda karyerasını uğurla davam etdirir.

204
Əlaqədar
Elçin Cəfərov məşhur müsabiqəni yıxıb-sürüdü
Günay İbrahimli "Yansın" dedi, yandırdı
Azərbaycanlı müğənni bu dəfə ərini klipə çəkdi
Azərbaycanlı müğənni özünü yeni imicdə sınadı
Azərbaycanlı müğənni "Google Rusiya"nın baş reklam qəhrəmanı olub - VİDEO

Tarixin ən məşhur insanları hadisələri bir yerə toplaşanda - FOTOLENT

19
(Yenilənib 11:48 18.05.2021)
Parisdəki Qreven Mum Muzeyi, koronavirus pandemiyası səbəbindən altı aylıq fasilədən sonra qapılarını yenidən açır. Fiqurların açılış mərasiminə necə hazırlandığına Sputnik Azərbaycan-ın fotolentində baxın.

Koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin səbəbindən bir çox ölkədəki muzeylər uzun müddətdir bağlanmışdı. Eyni aqibət Parisdəki məşhur Qreven mum muzeyinin də başına gəlib. Lakin mayın 19-da muzey yenidən ziyarətçilər üçün qapılarını açacaq.

Qreven ən qədim muzeylərdən biridir. O, 1881-ci ildə Madam Tüssonun mum fiqurlar muzeyi əsasında qurulub. Muzeyin kolleksiyasında məşhur insanların və ya qondarma personajların təxminən 450-yə qədər mum fiquru var. Onların arasında kimlər yoxdur? Elvis Presli və Maykl Ceksondan tutmuş dünyanın tanınmış siyasi xadimləri, artistləri, müğənnilərinə qədər. Hətta orada bizə filmlərdən yaxşı tanış olan qalların Obeliksinə də rast gəlmək mümkündür. 

Dünyaca məşhur olan şəxslərdən başqa burada Fransa və dünya tarixindəki məşhur məqamları, məsələn, Janna Darkın yandırılmasını və insanın Aya enməsini də görmək mümkündür. 

19
  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Naomi Kembellin heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Donald Trampın heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Jerar Depardyenin heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Merlin Monronun heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Elton Conun heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində şahzadə Yelizovetanın heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Selin Dion və Elton Conun heykəli

Müğənni Samirə Əfəndi Rotterdamda firuzəyi xalıda

Bu gün Azərbaycan təmsilçisi "Avroviziya"nın birinci yarımfinalında çıxış edəcək

9
(Yenilənib 11:15 18.05.2021)
Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.

BAKI, 18 may — Sputnik. Bu gün ölkəmizi "Avroviziya-2021" mahnı müsabiqəsində təmsil edən Samirə Efendi birinci yarımfinal mərhələsində çıxış edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, ifaçı "Mata Hari" mahnısı ilə səhnəyə 14-cü çıxacaq. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birsdir.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.

Qeyd edək ki, Niderland Krallığının Rotterdam şəhərində keçirilən beynəlxalq müsabiqəyə 39 ölkədən 34 iştirakçı toplaşıb. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də keçiriləcək, final yarışması isə mayın 22-nə təyin olunub.

9
Bakı dəmir yolu vağzalında qatarlar, arxiv şəkli

Bakı-Qəbələ qatarında bilet qiyməti hələ müəyyən olunmayıb

0
(Yenilənib 12:42 18.05.2021)
"Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıması dayandırılıb. Buna görə də, Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib".

BAKI, 18 may — Sputnik, Zülfiyyə Quluyeva. Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova deyib.

O qeyd edib ki, qatar istifadəyə tam hazırdır: "Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıması dayandırılıb. Buna görə də, Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib".

N.Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat verəcəyini bildirib.

"Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytımızda, həm də sosial şəbəkələr vasitəsilə ictimaiyyətə məlumat veriləcək".

 

 

0