Maqomayev serialından kadr

Maqomayevdən bəhs edən serial gəlir Treyleri yayıldı

58
(Yenilənib 19:32 17.02.2020)
Yaxın vaxtlarda Azərbaycanın əvəzolunmaz müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayev və onun həyat yoldaşı Tamara Sinyavskayaya həsr olunan çoxseriyalı filmin premyerası olacaq.

BAKI, 17 fevral — Sputnik, Kəmalə Əliyeva. Rusiyanın Birinci kanalı əfsanəvi azərbaycanlı müğənni, SSRİ xalq artisti Müslüm Maqomayev haqqında çəkilən, uzun müddətdir tamaşaçıların intizarla gözlədiyi "Maqomayev" serialının treylerini ictimaiyyətə təqdim edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, çarxı filmdə SSRİ xalq artisti Tamara Sinyavskayanın rolunu canlandıran aktrisa İrina Antonenko Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Serialın premyerasının dəqiq vaxtı hələ açıqlanmayıb, məlum olan yalnız budur ki, yaxın zamanlarda olacaq.

Посмотреть эту публикацию в Instagram

Публикация от Irina Antonenko (@irina8antonenko)

Qeyd edək ki, "Maqomayev" serialı Rusiyanın Birinci kanalı və "Mediaslovo" studiyası tərəfindən çəkilib. Çəkilişlər Bakı və Moskvada aparılıb. Filmin rejissoru tamaşaçıların "Duxless" filmindən xatırladığı Roman Prıqunovdur.

Filmdə hadisələr 1960-cı illərin sonlarından başlayır. Məhz bu dövrdə Müslüm Maqomayev Bolşoy Teatrın parlayan ulduzu Tamara Sinyavskaya ilə tanış olur. Onların obrazlarını aktyorlar Miloş Bikoviç və İrina Antonenko canlandırır.

Çəkiliş qrupu filmin çəkilişləri zamanı Müslüm Maqomayevin dul qadını Tamara Sinyavskaya ilə məsləhətləşib.

58
Tabut, arxiv şəkli

“Alatoranlığ”ın ulduzunun ölüm səbəbi bəlli oldu

16
(Yenilənib 00:41 03.06.2020)
Aktyorun anası Liza Veynin Facebook-da yazdığına görə, Qreqori Boys şəxsi restoranını açmağa hazırlaşırmış

BAKI, 3 iyun — Sputnik. Məşhur “Alatoranlıq” saqasının ulduz aktyoru Qreqori Tayri Boysu narkotik öldürüb. Sputnik Azərbaycan bildirir ki, bu barədə The Hollywood Reporter yazıb.

​Las-Veqasdakı koroner (qeyri-adi və qəfil ölümləri araşdıran vəzifəli şəxs – red.) Con Fudenberq deyib ki, 30 yaşlı aktyor və 27 yaşlı sevgilisi dozanın artıq olması səbəbilə dünyalarını dəyişiblər. Qeyd olunur ki, onlar kokain və fentanildən zəhərləniblər.

Polis Boysla sevgilsinin cansız bədənlərini Las-Veqasdakı şəxsi mənzillərində mayın 13-də aşkarlamışdı.

Boys “Alatoranlığ”ın birinci filmində orta məktəb şagirdi Tayler Kroulini oynayıb. Onun personajı əsas qəhrəman Bellanı (Kristen Stüart) maşınla vuran zaman Edvard (Robert Pattinson) əliylə avtomobili saxlayır və beləliklə, Bella onun vampir olduğunu yəqin edir.

2018-ci ildə Boys qısametrajl Apokalipsis” filmində Kovboy rolunu oynayıb.

Aktyorun anası Liza Veynin “Facebook-da yazdığına görə, Qreqori Boys şəxsi restoranını açmağa hazırlaşırmış. Boysun 10 yaşlı Alaya adlı qızı var.

 

16
Əlaqədar
"Alatoranlıq" davam edəcək?
ABŞ-dakı malikanələrini satışa çıxardı, özü satacaq
Agent Malderin budəfəki məxfi materialı Azərbaycanla bağlıdır
İlon Mask və Tom Kruz kosmosda dünyanın ilk döyüş filmini çəkməyə qərar verdilər
Papaq altda oğullar yatır: azərbaycanlılar hollivuddakılardan heç də pis deyillər - VİDEO
Amerikalı müğənni Canet Cekson, arxiv şəkli

Maykl Ceksonun bacısından azərbaycanlı ulduza dəstək

27
(Yenilənib 14:45 02.06.2020)
Müğənni Emin Eminzadə afroamerikalı Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ-da baş qaldırmış kütləvi iğtişaşlara münasibət bildirib

BAKI, 2 iyun - Sputnik, Kəmalə Əliyeva. Pop musiqisinin kralı Maykl Ceksonun bacısı müğənni Canet Cekson azərbaycanlı həmkarı Emin Eminzadənin ABŞ-da irqçiliyə qarşı etirazını dəstəkləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Eminzadə mayın 25-də ABŞ-da başlamış, yalnız nümayişlərlə deyil, həm də mağazaların, kafelərin, apteklərin və digər müəssisələrin talanları, yandırılması ilə müşayiət olunan kütləvi etiraz aksiyaları ilə bağlı fikirlərini bildirib.

Xatırladaq ki, iğtişaşlar Minnesota ştatının ən iri şəhəri olan Minneapolisdə 46 yaşlı qaradərili şəhər sakini Corc Floydun saxlanılarkən polis tərəfindən qətlə yetirilməsindən sonra başlayıb. Hadisə şahidlər tərəfindən telefonla çəkilərək internetə qoyulub və video sosial şəbəkələrdə virus kimi yayılıb.

Eminzadə də bu məsələyə münasibətdə dünya şöhrətli ifaçılardan kənarda qalmamağı qərara alıb və irqçiliyin əleyhinə çıxıb.

“Biz hamımız bərabərik. Dağılmış mağazaları və ya küçələri yenidən təmir etmək mümkündür, lakin insan həyatını geri qaytarmaq mümkün deyil. Əgər kimsə başqa cür düşünürsə və ağ dərililərin üstün olduğuna inanırsa, mən sadəcə bu insanlarla dostluq münasibətləri saxlaya bilmərəm”, - deyə "Instagram" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Посмотреть эту публикацию в Instagram

!!!!! ✊🏻✊🏼✊🏽✊🏾✊🏿

Публикация от EMIN EMINZADA (@emineminzada)

Emin Eminzadənin statusu Canet Ceksonun ürəyincə olub və o, azərbaycanlı həmkarının statusuna yazdığı şərhdə onun fikirlərini dəstəkləyib.

Canet Cekson amerikalı müğənni, mahnılar müəllifi, prodüser, rəqqasə, kino və televiziya aktrisası, dünya şöhrətli pop ulduzu Maykl Ceksonun bacısıdır. O, Ceksonlar ailəsinin ən kiçik övladıdır. İlk dəfə səhnəyə yeddi yaşı olanda, 1976-cı ildə "The Jacksons" serialına çəkilərkən çıxıb. "Billboard" jurnalının məlumatına görə, Canet müasir pop musiqisi tarixində albomları ən çox satılan sənətçilər siyahısındadır. Onun indiyədək bütün dünya üzrə 100 milyon nüsxədən çox albomu satılıb.

Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.

O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.

27
Əlaqədar
Bakılı qız Rusiya telekanalının realiti-şousunun finalına yüksəldi
Türkiyədə Azərbaycanın ən yaxşı gənc ifaçısını seçdilər - VİDEO - FOTO
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Amerikalılar Müslüm Maqomayevin hitini ayaq üstə alqışladılar
 Meyitxana, arxiv şəkli

Parlamentin sabiq spikeri öldü

0
(Yenilənib 23:55 03.06.2020)
Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

BAKI, 3 iyun — Sputnik. Ermənistan Parlamentinin sabiq sədri Armen Xaçatryan vəfat edib. Sputnik Ermənistan xəbər verir ki, 63 yaşlı sabiq spiker davam edən ağır xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Xaçatryan 1999-2003-cü illərdə Ermənistan Parlamentinin spikeri olub. Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

0