CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elçin Cəfərov məşhur müsabiqəni yıxıb-sürüdü

Abunə olmaq
"Əgər qalib əvvəlcədən bilinirdisə, bizi niyə cəlb edirdiniz bu işə?! Bu, izləyicilərimə haqsızlıqdır"

BAKI, 17 fevral — Sputnik. Müğənni Elçin Cəfərov "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası ilə namizəd olduğu "Altın kelebek" mükafatlarının təşkilatçılarını tənqid edib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb. O, təşkilatçılara müraciət edərək "Mən haqsızlığa heç bir zaman susmamışam, susmayacam da!" söyləyib: "Bu yarışda bizimlə ən başından bəri laqeyd davranıldı. İlk öncə vaxtını dəyişdiniz, sonra isə yalnız xanımların gediş-gəlişini qarşılayacağınızı söylədiniz. Bu qədər tanınan bir yarışın 10 sənətçini Türkiyəyə aparmağa gücü yoxdurmu? Yoxsa burada bizim bilmədiyimiz nə baş verir?

Ən son danışığımızda isə bu sözü eşitdik: "Qalib onsuz da xanımlardan olacaq, bəylərin Türkiyədə iştirakına ehtiyac yoxdur". Əgər qalib əvvəlcədən bilinirdisə, bizi niyə cəlb edirdiniz bu işə?! Mən hər zaman öz izləyicilərimə diqqət və hörmətlə yanaşmışam. Onlar vaxtlarını ayırıb, ümidlə mənə səs göndəriblər. Bu, ən əsas onlara haqsızlıqdır.

Bir şeyi bilməlisiniz ki, kim seçilsə də, mən onun uğuruna sevinəcəm. Çünki bu, ölkəmizin başucalığıdır. Əksinə, yanında olub dəstək olardıq.

Посмотреть эту публикацию в Instagram

Публикация от Elçin Cəfərov (@elcinceferov)

Onu da qeyd edim ki, yanlış anlaşılmasın, burada söhbət maddiyyatdan getmir. Onun davasını aparası olsaydım, çox rahatlıqla təzminat davası açardım və haqlı olaraq qazanardım. Amma mən bu oyunların insanı deyiləm. Bu cür haqsızlıqlar etməyin!"

Qeyd edək ki, mükafatlandırma gecəsinə namizədlər sırasında Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva da var. Azərbaycan üç ildir ki, sözügedən mükafatlandırma gecəsinə qatılır.

Xəbər lenti
0