Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Günay İbrahimli "Yansın" dedi, yandırdı

© © Courtesy of Niko AbbasovАзербайджанская певица Гюнай Ибрагимли
Азербайджанская певица Гюнай Ибрагимли - Sputnik Azərbaycan
Abunə olmaq
Günay İbrahimli yeni mahnısı üçün fotosessiya da etdirib. O, fotoqraf Niko Abbasovun kamerası önünə keçib. Müğənni çəkiliş zamanı bir neçə geyimdən istifadə edib.

BAKI, 15 fevral — Sputnik. Müğənni Günay İbrahimli "Yansın" adlı mahnısını təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, ifaçı növbəti dəfə bəstəkar Pərviz Mahmudovla işbirliyi qurub.

Mahnının sözləri Altay Yaşara, aranjemanı isə Hakan Erola məxsusdur. Günay İbrahimli yeni mahnısı üçün fotosessiya da etdirib. O, fotoqraf Niko Abbasovun kamerası önünə keçib. Müğənni çəkiliş zamanı bir neçə geyimdən istifadə edib. Günay İbrahimlinin saç stili Aygün Məmmədovaya, vizajı Lamiyə Ağababayevaya, geyimi isə dizaynerlər Elnarə xanım və Aytən xanıma aiddir.

Qeyd edək ki, Günay İbrahimli "Yeni ulduz" yerli musiqi festivalının finalçısıdır. Uzun müddət yaradıcılığa fasilə verən müğənni, bu yaxınlarda yenidən səhnəyə qayıtmaq qərarına gəlib.

Müğənni bir çox gənc həmkarları ilə duetlər oxuyub. Hazırda İbrahimli Azərbaycan şou-biznesində ən çox tələb olunan müğənnilərdən biridir.

Xəbər lenti
0