Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Oskar"ın bütün mükafatçıları bilindi

© AFP 2023 / FREDERIC J. BROWNАмериканский актер Хоакин Феникс
Американский актер Хоакин Феникс - Sputnik Azərbaycan
Abunə olmaq
Ulduz aktyor Bred Pitt də qaliblər sırasında kənarda qalmayıb. Aktyor "Bir dəfə Hollivudda" filmindəki roluna görə ikinci plan üzrə ən yaxşı kişi obrazı nominasiyasının sahibi olub.

BAKI, 10 fevral — Sputnik. Los Ancelesin "Dolbi" teatrında "Oskar"ın 92-ci təqdimetmə mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Amerika Kino Akademiyasının müxtəlif nominasiyalar üzrə qalibləri bəlli olub.

Oskar mükafatlandırma mərasimi, 10 fevral 2020 - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Oskar"ın əsas mükafatçısı bəlli oldu

"Coker" filmində oynadığı rola görə "ən yaxşı kişi obrazı" nominasiyasına Xoakin Feniks layiq görülüb. "Ən yaxşı qadın obrazı" isə "Cudi" filmində rol alan Rene Zelvegeyə qismət olub.

"1917" filmi də mükafatçılar arasında yer alıb. Belə ki, Rocer Dikins operator işinə görə fərqlənib. Ulduz aktyor Bred Pitt də qaliblər sırasında kənarda qalmayıb. Aktyor "Bir dəfə Hollivudda" filmindəki roluna görə ikinci plan üzrə ən yaxşı kişi obrazı nominasiyasının sahibi olub. Lora Dern isə "Evlilik hekayəsi" filmində canlandırdığı obraz ilə "ikinci plan ən yaxşı qadın obrazı" nominasiyasını qazanmağa nail olub.

"Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyasına Tayko Vaytitinin lentə aldığı "Dovşan Coco" filmi layiq görülüb.

Qeyd edək ki, "Ən yaxşı film" nominasiyası üzrə Cənubi Koreyadan olan kinorejissor Pon Çjun Honun "Parazitlər" filmi qalib elan edilib. "Parazitlər" filmi daha 3 "Oskar" mükafatına layiq görülüb. Belə ki, "ən yaxşı rejissor işi", "ən yaxşı orijinal ssenari" və "ən yaxşı xarici film" nominasiyaları da bu filmin aktivinə yazılıb.

Xəbər lenti
0