Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı aktrisa Türkiyə müsabiqəsinin qran-prisini alıb

© © Courtesy of Melek SeferovaСолистка балетной труппы Азербайджанского академического музыкального театра Мелек Сафарова
Солистка балетной труппы Азербайджанского академического музыкального театра Мелек Сафарова - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc azərbaycanlı aktrisa Mələk Səfərovanın ifa etdiyi "Vəsf" balet kompozisiyası beynəlxalq incəsənət müsabiqəsinin qalibi olub.

BAKI, 17 yanvar — Sputnik. Azərbaycan Akademik Musiqili Teatrının balet truppasının solisti Mələk Səfərova Türkiyədə Caspi Art IX Beynəlxalq İncəsənət Müsabiqəsinin qran-prisini qazanıb.

Bu barədə Sputnik Azərbaycan-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Qaliblər müsabiqəyə təqdim olunan foto və video ilə müəyyənləşdirilib. Mələk Səfərova müsabiqənin "Rəqs janrı" nominasiyasına "Vəsf" balet kompozisiyasını təqdim edib.

Aktrisa müsabiqənin təşkilatçılarına onun yaradıcılıq nümunəsinə yüksək qiymət verdiklərinə görə minnətdarlıq edib. O, eyni zamanda teatrın baş dirijoru, əməkdar incəsənət xadimi Fəxrəddin Atayevə, quruluşçu-baletmeyster, əməkdar artist Yelena Ağayevaya, rejissor Samir Qulamova və teatrın bütün kollektivinə dəstəyi görə təşəkkür edib.

Mələk Səfərova Bakı Xoreoqrafiya Akademiyasının və Azərbaycan Dillər Universitetinin Fransız dili filologiyası fakültəsinin məzunudur. 2014-cü ildən Azərbaycan Akademik Musiqili Teatrında işləyir və bir çox tamaşalarda oynayıb. Ötən il teatrın ən yaxşı balet artisti hesab edilib.

Xəbər lenti
0