Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rasim Balayev "Nəsimi" medalı aldı

Abunə olmaq
Tədbirə qatıla bilməyən sənətçinin medalı Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim edilib

BAKI, 17 yanvar — Sputnik. Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi "Nəsimi" medalı ilə təltif edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Ankarada Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nəsimi obrazının yaradıcısı Rasim Balayevi TÜRKSOY-un təsis etdiyi "Nəsimi" medalı ilə təltif edib.

Tədbirə qatıla bilməyən sənətçinin medalı Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim edilib.

Qeyd edək ki, Xalq artisti Rasim Balayev 1973-cü ildə Həsən Seyidbəylinin lentə aldığı "Nəsimi" filmində baş rolu ifa edib. Aktyor 1998-ci ildə "Şöhrət" ordeni, 2018-ci ildə isə "Şərəf" ordeni ilə təltif edilib.

Xəbər lenti
0