Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Siyahı hazırdır – Ölkədə mədəni hadisələr baş verəcək

© Pexels Katrien GrevendonckМикрофон, фото из архива
Микрофон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə müəllifin vətəninə qayıdır.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. 2020-ci ildə mədəniyyət ocaqlarımızda hansı əsas yeniliklər olacaq? Sputnik Azərbaycan mədəniyyət mərkəzlərimizin planlarını təqdim edir.

Sevgi şimşəyi tamaşası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Uşaq teatrında 16+ tamaşa göstəriləcək

Heydər Əliyev Sarayının bu il də repertuarı bol musiqi, maraqlı tamaşalar, konsert proqramları ilə zəngindir. Belə ki, sarayda gənclər gününə həsr olunmuş "Gənc-Mix" adlı konsert keçiriləcək. Fevralın 2-də Nərmin Kərimbəyova, Rəsul Əfəndiyev, Samira Əfəndi, Aynur İsgəndərli, Tofiq Hacıyev, İlkin Fuad, Kənan Qədimov, Ayşən Mehdiyeva, Fərhad Xəlif, Anar Bəylər, Orxan Babazadə, Ramazan Şərifzadə, Ayaz Babayev, Aygün Ağayeva, Elxan Qaraxanoğlu və "The passion" kvarteti iştirak edəcəklər. Pop, rep, caz, muğam və başqa janrlarda səsləndiriləcək musiqilər gecədə tamaşaçıların zövqünü oxşayacaq.

Fevralın 15-də Heydər Əliyev Sarayında məşhur dirijor İqor Ponomarenkonun rəhbərliyi ilə simfonik orkestrin müşayiəti ilə rok konserti baş tutacaq.

Fevralın 18-də isə sözügedən sarayda "Muğam dünyamıza səyahət" adlı konsert keçiriləcək.

Fevralın 20-si Cəlal Abbasovun "Şanson Gecəsi" adlı konserti də planda var. 4, 5, 6, 7, 8 mart tarixlərində isə "Bu şəhərdə"nin konsert proqramı baş tutacaq.

15-19 aprel tarixlərində "Planet Parni iz Baku" KVN teatrının "Televiziyaya giriş sərbəstdir" yeni solo konserti olacaq.

Azərbaycan teatrında inanılmaz sosial layihə - Bu dəfə səhnəyə fərqli şəxslər çıxacaq

Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə müəllifin vətəninə qayıdır. Əsərin təqdimatı martın 13, 15 və 16-da olacaq. Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək.

Santa Klaus - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Teatrların Yeni il şənlikləri - Kim? Harada? Necə?

Teatrlara gəlincə isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı artıq 110-cu teatr mövsümünün 2-ci yarısına qədəm qoyub Teatrda retro tamaşaları sevənlər üçün musiqisi Səid Rüstəmov, librettosu Məmməd Səid Ordubadiyə məxsus olan "Beş manatlıq gəlin" komediyası hazırlanır. Tamaşaya Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov quruluş verib.

Rejissor Əhəd Hacıyev isə gürcü dramaturqu Nodar Dumbadzenin "Mən, Nənəm İliko və İllarion" tamaşasına quruluş verir.

Akademik Musiqili Teatrda Xalq artisti Afaq Bəşirqızı tamaşaçıların qarşısına yeni ampulada çıxacaq. Belə ki, Afaq Bəşirqızının iştirakı ilə "İstintaq" tamaşası hazırlanır.

"İstintaq"ın bəstəkarı Ceyhun Allahverdi, libretto müəllifi yazıçı Pərviz Seyidlidir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Allahverdi, quruluşçu dirijor Səməd Süleymanlı, quruluşçu rəssam Elşən Sərxanoğlu, geyim üzrə rəssam Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur.

Teatra gedən uşaqları avtomobil əzdi, müəllim öldü, xeyli yaralı var - VİDEO

Abdulla Şaiq adına Dövlət Kukla Teatrında da 2020-ci ilin repertuar planı artıq hazırdır. Teatrın repertuar planına görə, bu il maraqlı və rəngarəng tamaşalar səhnəyə yol tapacaq. Tanınmış uşaq yazıçısı Xanımana Əlibəylinin 100 illiyi ilə əlaqədar "Cunquş" əsəri əsasında tamaşa hazırlanacaq. Bundan başqa A.S. Puşkinin "Balıqçı və balıq" nağılı əsasında istedadlı rejissoru Anar Məmmədovun quruluşunda "Qızıl balıq" tamaşası təqdim olunacaq. Teatr eyni zamanda bu il xalq nağıllarına da müraciət edəcək. Bundan başqa 2020-ci ildə Kukla Teatrının yaradıcılıq planlarında kənar rejissorların cəlb olunması da var. Belə ki, tanınmış rejissor Elşad Rəhimzadə də əməkdaşlığa cəlb olunub.

Ötən il teatrda ustad dərsi keçən Namiq Ağayev Səməd Behrənginin "Qara balığın nağılı" əsasında pantomima elementləri ilə səhnə işi təqdim edəcək.

Bakı Bələdiyyə Teatrı Nəsimi tamaşası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bələdiyyə teatrı "Nəsimi"ni təqdim etdi

Ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Azərbaycan Dövlət Yuğ Teatrının 30, teatrın yaradıcısı, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illik yubileyi qeyd olundu. Hazırda teatrda bir neçə tamaşanın məşqləri yekunlaşmaq üzrədir. Mikayıl Mikayılov M.Vişnekin "Qoca kloun tələb olunur", Gümrah Ömər Ə.Haqverdiyevin "Pəri cadu", Günay Səttarova isə C.Məmmədquluzadənin "Çay dəsgahı" əsərlərinə quruluş verir. Həmçinin 2020-ci ildə İ.Vırıpaevin "İllüziyalar" və V.Şekspirin "Hamlet" əsərlərinin də repertuara daxil edilməsi planlaşdırılır.

Bu il növbəti dəfə "Jara" musiqi festivalı keçiriləcək. Festival 29.07.2020 - 02.08.2020 tarixlərində baş tutacaq.

Həmişəki kimi bu il də tanınmış müğənnilərin ölkəmizdə müxtəlif vaxtlarda konsert proqramları gerçəkləşəcək. Paytaxta təşrif gətirəcək müğənnilər arasında Anjelika Varum, Leonid Aqutin, Maykl Bubl, Ronald Beyker, Mae Defays, Dayan Rivs, Kristina Orbakayte, Valeriy Meladze də var.

Xəbər lenti
0