Əlincə qalası, arxiv şəkli

Tarixi xəcalətə salan "usta"ların ölkəsi: abidəni turistə göstərməyə üz qalmır

2604
(Yenilənib 23:50 12.01.2020)
"Adını restavrasiya qoyub, abidənin tarixini siliblər. Mən qonağı oraya necə aparım? Qala sanki yaxın zamanlarda tikilib"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Restavrasiya köhnəlmiş və ya zədələnmiş memarlıq abidəsinin, incəsənət əsərinin və s.-nin ilkin formasına uyğun olaraq yenilənməsi deməkdir. Başqa sözlə, restavrasiya – köhnə, tarixi, hər hansı hadisəyə şahid olmuş əsərin, əslinə uyğun olaraq, elə özünün materialı və inşa texnikası ilə ən az dərəcədə müdaxiləyə məruz qoyaraq yenilənməsidir.

Ölkəmizdə hər il uçulub-tökülməkdə olan abidələrimizin restavrasiyası üçün müəyyən məbləğdə pul ayrılır. 2000-ci illərdən bu yana Azərbaycanda 60-a yaxın abidə restavrasiya olunub. Xub, bəs görəsən, ölkəmizdə restavrasiya olunmuş abidələrimiz yuxarıda sadalanan tələblərə cavab verirmi?

Sputnik Azərbaycan Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ilə birlikdə restavrasiya olunmuş abidələrimizə qiyabi səyahət etdi. Səyahətə Qax rayonunun İlisu kəndində yerləşən, bir növ İlisunun simvolu olan Sumuq qala ilə başladıq. XVIII əsrə adi olan qalada Azərbaycanda, eləcə də keçmiş Sovet respublikalarında məşhur olan, Yuli Qusmanın rejissorluğu ilə çəkilən "Qorxma, mən səninləyəm" filmi çəkilib. Bu gün filmdə gördüyümüz o abidədən əsər-əlamət qalmayıb desək, yanılmarıq.

Elə həmsöhbətimiz də bu məsələni ürək ağrısı ilə danışdı:

"Yayda Türkiyədən qonağım gəlmişdi. İlisuya heyran qaldı. Oranın təbiətinə, orada yerləşən abidələrə... Baxmayaraq ki, həmin abidələrin çoxu bu dəqiqə baxımsız durumdadır. Amma mən onu İlisunun rəmzi sayılan Sumuq qalaya apara bilmədim, utandım, bir növ xəcalət çəkdim. Bu gün o abidəyə baxa bilmirəm. Adını restavrasiya qoyub, abidənin tarixini siliblər. Mən qonağı oraya necə aparım? Qala sanki yaxın zamanlarda tikilib".

Tarixçi abidələrimizə qənim kəsilənlərə qarşı kəskin iradını bildirdi: "Xarici ölkələrdən qonaqlarım gəlir. Mən o insanlar üçün bələdçilik edib, onları tarixi abidələrimizlə tanış edirəm. Amma heç vaxt Sumuq qalaya aparmıram. Qala restavrasiya olunmuş halı ilə mənim üçün yad bir tikili olub.

 Mən onun əvəzinə uçulub-tökülmüş, baxımsız abidələrimizə aparıram. Həmin abidələrə gedəndə sanki o tikilinin ruhunu duyuram. O abidə dağılmış olsa da, o, özüdür. Bunun səbəbi odur ki, restavrasiya işini tarixi anlamayan, bu işə yad olan insanlar həyata keçiriblər. Bu, mütəxəssislərə həvalə olunmalı idi. Kiminsə dostuna, tanışına, qohumuna tapşırılmamalı idi. Çox xahiş edirəm, abidə olduğu kimi qalsın, nəinki Sumuq qala halına salınsın".

Onun sözlərinə görə, restavrasiya güdazına  gedənlər sırasına Naxçıvanda yerləşən Əlincə qalasını, paytaxt Bakıda və digər bölgələrimizdə yerləşən bir çox abidələri də daxil etmək olar. "Necə düşünürsünüz, bunun qarşısını necə ala bilərik?" sualına tarixçinin cavabı belə oldu: "Biz bir vətəndaş mövqeyi ortaya qoymalıyıq.  KİV, tarixçilər və vətənini sevən insanlar bu işdə həmrəy olmalıyıq ki, bu işə yad olan insanlar cəlb olunmasınlar. Başda dövlət və Mədəniyyət Nazirliyi bu məsələdə son dərəcədə diqqətli olmalıdır. Əks halda, digər abidələrimiz də restavrasiyanın qurbanına çevriləcək".

"Balakəndə V əsrdə tikilmiş Qafqazın ən böyük səddi olan 120 km uzunluqdakı abidənin bərpası ilə bağlı Mədəniyyət naziri ilə 2 dəfə görüşdüm. Memarlar gəlib, abidəyə baxış keçirdilər. Amma restavrasiya məsələsi üç ildir dayanıb. Heç bir metr yeri də restavrasiya olunmadı. Mən belə başa düşürəm ki, həmin abidəyə də tarixdən anlayışı olmayanları göndərəcəklər, əgər elə bərpa olunacaqsa, heç olmasın. Heç olmasa, olduğu kimi qalsın", - deyə tarixçi əlavə edib.

"Tarixi abidələrimizi qorumaqla həm də ölkəmizdə turizm sektorunu inkişaf etdirmiş olarıq, - deyən alim qonşu Gürcüstanın praktikasından istifadə etməyə çağırdı. - Çox uzağa getməyək, baxaq qonşu Gürcüstana, oranın praktikası bəs edər. Paytaxt Tbilisiyə baxaq, bütün abidələr qorunub-saxlanıb. Turizm sektorundan milyonlarla gəlir əldə edən ölkələrin vətəndaşları ölkələrinə turistləri cəlb etmək üçün tarixi abidələrindən istifadə edirlər. Bu, həm də ölkənin tarixinin tanınmasına rəvac verər. Dünyanın inkişaf etmiş ölkələri öz abidələri hesabına milyonlar qazanır. Biz isə abidələrimizlə tanış etməyə belə xəcalət çəkirik. Laqundalanmış, fakturasını itirmiş, tarixi itmiş abidəyə gələn turisti necə aparasan?"

2604
Əlaqədar
Tüfəng sədası altında böyüyən tarix: “Dənizdən balıq əvəzinə insan başları çıxdı”
Bütün yolların apardığı şəhərdə suvenir dükanlarını yığışdırırlar
Naxçıvanda Əcəmi yadigarı təmirə dayandırılıb
İçərişəhər: pişiklər, pozitiv enerji və labirintlər şəhəri
Sevgidən yaranan gözəllik: o, Şərqdə Azərbaycan qadınının statusunun ilk təsdiqidir
Televizora baxan adam, arxiv şəkli

Məşhur serialdan Azərbaycana dəstək

26
(Yenilənib 19:16 21.10.2020)
"Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız bir mübarizə içindədirlər. 30 illik zülmə bəsdir deyirlər"

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanlıların da sevə-sevə izlədiyi Türkiyənin məşhur "Kalk Gidelim" serialında Azərbaycan haqda bəhs edilib.

Sputnik Azərbaycan xəbər verir ki, TRT-də yayımlanan ekran işində Azərbaycanın işğalçı Ermənistanla savaşından söz açılıb.

Serialın 125 bölümündə Seyfeddin Dal obrazını canlandıran aktyor Ufuk Özkan bu sözləri deyib:

"Cümhuriyyət rahat qurulmadı. Türk 1920-də də vətənini müdafiə etdi, indi də edir. Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız bir mübarizə içindədirlər. 30 illik zülmə bəsdir deyirlər. Davalarında haqlıdırlar. Bunu bütün dünya belə bilsin".

Daha sonra isə ekran işində Xalq artisti Azərinin "Çırpınırdı Qara dəniz" mahnısı səsləndirilib.

26
Teqlər:
serial, dəstək, Azərbaycan, Türkiyә, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi
Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik!
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
"Qərarlarınızı heçə sayan Ermənistanı mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!"
Nyu-Yorkdakı Azərbaycan Ordusuna dəstək aksiyasından görüntülər
Xudafərin körpüsü, arxiv şəkli

Xudafərin körpüsünün dünyada tanınması ilə bağlı əhəmiyyətli addım atılacaq

78
(Yenilənib 17:36 21.10.2020)
Məşhur abidə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

BAKI, 21 oktyabr — Sputnik. Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyi nəzərə alınaraq Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası İran İslam Respublikası ilə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bəyanat verib.

Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olub.

15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaradıb. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilib. 15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilib.

Qeyd edək ki, 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalıb. Cari il oktyabrın 18-də rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad edib. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldılıb.

78
Əlaqədar
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
Həm Azərbaycanın, həm də İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN
MN: Ermənilər qorxularından Xudafərinlə bağlı cəfəngiyyat yayırlar
 Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri

Bir təpiklə can aldı

0
(Yenilənib 19:42 21.10.2020)
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 21 oktyabr — Sputnik. Tovuz rayon sakini Həsənov Aqil Ələkbər oğlunun "nazik bağırsağın zədələnməsi" diaqnozu ilə 18 oktyabr 2020-ci il tarixdə Tovuz rayon mərkəzi xəstəxanasına daxil olması, oktyabrın 20-də isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Tovuz rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin tanışı Hüseynov Bahadur Cəfər oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aqil Həsənovun qarın nahiyəsinə təpiklə zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

Bahadur Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0