Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı məşhurun qızı "Çelsi" klubuna düşmək arzusundadır

© Instagram / nigarjamal.officialПевица Нигяр Джамал с дочерью Жасмин
Певица Нигяр Джамал с дочерью Жасмин - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni Nigar Camal keçmiş həyat yoldaşı ilə birlikdə qızları Jasminin peşəkar idmanla məşğul olması üçün hər bir şəraiti yaratmağa çalışırlar

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. "Avroviziya-2011"in qalibi Nigar Camalın qızı Jasmin İngiltərənin "Çelsi" klubunun qadınlardan ibarət komandasına düşmək niyyətindədir. Bu barədə Sputnik Azərbaycan-a Nigar Camal bildirib.

Müğənninin qızı uzun müddətdir ki, peşəkar futbolla məşğul olur. Hazırda o, "Tottenhem"in qızlardan ibarət komandasında oynayır.

"O, uşaqlıqdan futbolu sevir, ona göə də biz onu bu idman növünə yönəltməyə qərar verdik. Jasminin indi 14 yaşı var. Biz həm futbolla məşğul olması, həm də təhsil alması üçün ona hər bir şəraiti yaradırıq. O, çox çalışır və gələcəkdə "Çelsi" klubunun futbolçusu olmaq istəyir", - N.Camal deyib.

Nigar Camal 2011-ci ildə keçirilən "Avroviziya" müsabiqəsindəki qələbəsindən sonra məşhurlaşıb və hazırda yaradıcılığa davam edir. O, filmdə də çəkilib, hazırda isə yeni layihələr üzərində çalışır.

Həyat yoldaşından boşanan müğənninin iki qızı var. Onlar ataları ilə Londonda yaşayırlar. Nigar Camal vaxtını onlarla keçirmək üçün tez-tez Londona uçur.

Xəbər lenti
0