Azərbaycan Xalq Artisti Emin Ağalarov

Bu da Emin Ağalarovun yeni "qızı"

137
(Yenilənib 16:26 11.12.2019)
Burada ELMAN və Jony, Maksim Fadeyevin bəstəsi, "Nejnaya" ("Нежная"), "Devocka moya" ("Девочка Моя") kimi məşhur mahnılar, Aleksey Çumakovla olan "U kraya propasti" ("У края Пропасти") dueti yer alıb

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Xalq artisti Emin Ağalarov "Девочка моя" ("Mənim qızım") adlı yeni albomunu təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni "Crocus City Hall"dakı konserti ərəfəsində hazırladığı diskinə sevilən və yeni mahnıları əlavə edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от eminofficial (@eminofficial)

Burada ELMAN və Jony, Maksim Fadeyevin bəstəsi, "Nejnaya" ("Нежная"), "Devocka moya" ("Девочка Моя") kimi məşhur mahnılar, Aleksey Çumakovla olan "U kraya propasti" ("У края Пропасти") dueti yer alıb.

Eyni zamanda Emin qızı Afinaya həsr etdiyi mahnını da albomuna daxil edib. O, bəstəni Brend Stounla birlikdə hazırlayıb.

Qeyd edək ki, bu gün baş tutacaq konsertdə bütün tamaşaçılara yeni disk hədiyyə olunacaq.

137
Eldar Quliyev, arxiv şəkli

Bu gün ad gününü qeyd edən sənətkar xəstəxanalıq olub

17
(Yenilənib 16:57 18.01.2021)
Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

 

BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.

Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

17
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

31
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

31
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0