Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Ulduz" filminin ikinci ömrü: komandanın 95%-i həyatda yoxdur, lent isə qalır

© Sputnik / Kemale AliyevaВ киноцентре «Низами» представили обновлённую версию фильма «Улдуз»
В киноцентре «Низами» представили обновлённую версию фильма «Улдуз» - Sputnik Azərbaycan
Abunə olmaq
"Balans" milli rəqəmsal studiyası xalqın sevgisini qazanan, ən baxımlı filmlərdən biri olan "Ulduz"u 50 illik yubileyi münasibətilə bərpa etmişdi, indi isə o, tamaşaçılara təqdim edilib.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan tamaşaçısı uzun illər keçəndən sonra sevimli filmlərindən biri olan "Ulduz" musiqili komediyasına yenidən baxmaq imkanı əldə ediblər – bu dəfə artıq yenilənmiş versiyasına.

Sputnik Azərbaycan-ın məlumatına görə, filmin təqdimatı eynilə 1965-ci ildə olduğu kimi "Nizami" kinoteatrında keçirilib. O, Azərbaycan filmləri arasından təsadüfən seçilməyib. Çünki 2020-ci ildə onun ekranlara çıxmasının 55 illiyi qeyd olunacaq. Film 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarza Quliyev tərəfindən "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda "Ulduz" musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə məşhur aktyorlar - Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məşhur sənətkarlar rol alıb.

© Sputnik / Kemale Aliyeva"Nizami" kinoteatrında "Ulduz" filminin yenilənmiş versiyası nümayiş edilib
Ulduz filminin ikinci ömrü: komandanın 95%-i həyatda yoxdur, lent isə qalır - Sputnik Azərbaycan
"Nizami" kinoteatrında "Ulduz" filminin yenilənmiş versiyası nümayiş edilib

"Balans" milli rəqəmsal studiyası xalqın sevgisini qazanan, ən baxımlı filmlərdən biri olan "Ulduz" filmini 50 illik yubileyi münasibətilə bərpa edib.

Təqdimat mərasimində ölkənin bir sıra məşhur şəxsləri, aktyorları, həmçinin filmin sədaqətli tamaşaçıları iştirak edib.

Film tələbə gənclərin kolxozda təcrübə keçməsindən və onların elmi rəhbərinin fırıldaqlarından bəhs edir. Burada gənclər arasında yaranan sevgi də ön plana çıxır. Təəssüf ki, çəkiliş komandasının üzvlərinin 95%-i artıq həyatda yoxdur.

Təqdimat mərasimində filmdə rol alan aktrisalardan yalnız əməkdar artist Suğra Bağırzadə iştirak edib. Bütün qonaqlar onunla salamlaşaraq şəkil çəkdiriblər. Bağırzadə bir çox filmlərdə çəkilib, lakin "Ulduz" filmi onun üçün xüsusilə qiymətlidir, çünki bu, aktrisanın debüt roludur.

© Sputnik / Kemale AliyevaƏməkdar artist Suğra Bağırzadə
Ulduz filminin ikinci ömrü: komandanın 95%-i həyatda yoxdur, lent isə qalır - Sputnik Azərbaycan
Əməkdar artist Suğra Bağırzadə

"Mənə elə gəlir ki, 1965-ci ilə, bu filmin ilk premyerasına qayıtmışam. İndi mən eynilə həmin hissləri keçirirəm, çünki onda da bizim bütün komanda "Nizami" kinoteatrına toplaşmışdıq. Çox təəssüf ki, çəkiliş komandasının üzvləri arasında indiyədək sağ qalan yeganə şəxslər mən və Murad Yegizarovdur. O, hazırda xaricdə yaşadığından bu tədbirdə iştirak edə bilmir. Bütün bu aktyorlar bizim qəlbimizdə yaşayır və biz onların hər birini xatırlayırıq", - deyə Suğra Bağırzadə Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

Uzun illər keçməsinə baxmayaraq, o, "Ulduz" filminin çəkilişləri zamanı baş verən hər bir məqamı xatırlayır. Onun sözlərinə görə, film üç ay müddətində Astarada çay və gül plantasiyalarında, həmçinin rayonun başqa yerlərində çəkilib. Filmin çox mehriban, ziyalı kollektivi olub. Hamı bir-birinə kömək edirmiş, ona görə də, aktrisa bütün bunların unudulmasını mümkünsüz hesab edir.

© Azerbaijanfilm / Ulduz / 1964"Ulduz" filmindən kadr
Ulduz filminin ikinci ömrü: komandanın 95%-i həyatda yoxdur, lent isə qalır - Sputnik Azərbaycan
"Ulduz" filmindən kadr

"Bilmirəm, bu musiqili komediya indi nə dərəcədə aktualdır, amma orada istedadlı, gözəl aktyorlar oynayıb, ona görə də onları yenidən görmək gözəldir", - deyən Bağırova bu məşhur filmə ikinci həyat verən hər kəsə minnətdarlığını bildirib.

Təqdimat mərasimində filmdə epizodik rolda oynamış Qalina Baxtiquzina da iştirak edib. Rolu epizodik olduğuna görə, düşünür ki, indi onu heç kəs xatırlamır.

© Sputnik / Kemale AliyevaQalina Baxtiquzina
Ulduz filminin ikinci ömrü: komandanın 95%-i həyatda yoxdur, lent isə qalır - Sputnik Azərbaycan
Qalina Baxtiquzina

"Mən həyatım boyu Dövlət Mahnı və Rəqs Ansamblında işləmişəm. Məni bu filmin çəkilişlərinə dəvət edəndə, məmnuniyyətlə razılaşdım. Mən filmdə digər aktrisalarla birlikdə çay yığıram. Bu, mənim ilk və son rolum olub. Mənə məşhur aktyorların rol aldığı filmdə oynamaq çox xoş idi. Mən bütün bu anları göz yaşı axıtmadan xatırlaya bilmirəm", - deyə Baxtiquzina göz yaşlarını saxlaya bilməyib.

Gecədə ANS şirkətlər qrupunun rəhbəri, bu layihənin müəllifi, rejissor Vahid Mustafayev açılış nitqi ilə çıxış edib. Onun sözlərinə görə, bu filmə qədər onlar Tofiq Tağızadənin "Mateo Falkone" filmini uğurla bərpa ediblər. O, "Balans" milli rəqəmsal studiyasında bərpa edilmiş ilk film olub. "Ulduz" filminin lentini isə onun 50 illiyində bərpa etmək qərarına gəlib.

© Sputnik / Kemale AliyevaLayihənin müəllifi, rejissor Vahid Mustafayev
Ulduz filminin ikinci ömrü: komandanın 95%-i həyatda yoxdur, lent isə qalır - Sputnik Azərbaycan
Layihənin müəllifi, rejissor Vahid Mustafayev

"Köhnə lenti bərpa etmək çox çətindir və çoxlu vaxt tələb edir. "Ulduz" filminin lenti dəhşətli vəziyyətdə idi və tədricən bəzi kadrlar itirdi. Buna görə də, biz onu bərpa etmək qərarına gəldik. Bizim film fondunda böyük həcmdə 60-80 yaşlı filmlər var. Mədəniyyət Nazirliyinin sayəsində bu köhnə filmlər indiyədək qorunub saxlanılıb və bu günümüzə qədər gəlib çıxıb. İndi isə bizim borcumuz onları qorumaqdır", - deyə Mustafayev bildirib.

Onlar təkcə kadrların üzərində deyil, səslərin üzərində də işləyiblər. Tamaşaçılara müqayisə etmələri və fərqi öz gözləri ilə görmələri üçün filmin köhnə və bərpa edilmiş versiyalarından kiçik fraqmentlər təqdim edilib. Publika "Balans" studiyasının komandasını gözəl işə görə ürəkdən alqışlayıb. Bundan sonra onlara "Ulduz" filminin yenilənmiş versiyası tam şəkildə təqdim edilib.

Xəbər lenti
0