Azərbaycanlı model Faina Sukerman

İri sinəli azərbaycanlı modeli Parisdə çəkdilər - FOTO

76
(Yenilənib 01:21 03.12.2019)
O, öz formasına və zahiri görünüşünə görə bir çox yerli modeldən fərqlənir. Buna görə də, onu "dolu sinəli model" adlandırırlar

BAKI, 3 dekabr — Sputnik. Məşhur rusiyalı fotoqraf Natalya Vanuşkina Parisdə sinəli azərbaycanlı model Faina Sukermanla fotosessiya edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, model bu fotoların bir neçəsini Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Fotosessiya Eyfel qülləsinin fonunda çəkilib. Model qırmızı, açıq-saçıq geyimdə olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Miss Supermodel Worldwide (@fainazuckerman)

Bu, Sukermanın Nataliya Vanuşkina ilə ikinci əməkdaşlığıdır. Buna qədər Vanuşkina modeli xarici "Number One" jurnalı üçün çəkib. Fotoqraf bir çox rusiyalı ulduzlarla, o cümlədən xarici modellərlə əməkdaşlıq edir.

Faina Sukerman 12 yaşından model işləyir, psixologiya üzrə təhsil alır və yoqa ilə məşğul olur. "Karvan" və "Aysel" jurnalları üçün fotolar çəkdirib. Yerli Muz-tv kanalında aparıcı kimi işləyib.

Model Hindistanda keçirilən Miss Supermodel Worldwide 2018 beynəlxalq gözəllik müsabiqəsində Azərbaycanı təmsil edib. O, öz formasına və zahiri görünüşünə görə bir çox yerli modeldən fərqlənir. Buna görə də, onu "dolu sinəli model" adlandırırlar.

76
Dart Veyder, Ulduz müharibələri filmindən, arxiv şəkli

"Dart Veyder" Yer planetini tərk elədi

15
Prouz Corc Lukasın orijinal "Ulduz müharibələri" trilogiyasındakı (1977-1983) Dart Veyderin rolu ilə məşhurlaşmışdı

BAKI, 29 noyabr - Sputnik. Britaniyalı aktyor, klassik "Ulduz müharibələri" trilogiyasında Dart Veyder rolunun ifaçısı Devid Prouz dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə onu təmsil edən Bowington Management agentliyi məlumat yayıb.

Aktyorun agenti Tomas Bouinqton bildirib ki, 85 yaşlı aktyr xəstəlikdən ölüb.

"Bizim və dünyadakı milyonlarla pərəstişkarı üçün dərin peşmançılıq və ürəkağrıdıcı kədər hissi ilə müştərimiz David Prouzun 85 yaşında vəfat etdiyini elan edirik", - agentliyin Twitter hesabında qeyd olunub.

​​Prouz Corc Lukasın orijinal "Ulduz müharibələri" trilogiyasındakı (1977-1983) Dart Veyderin rolu ilə məşhurlaşmışdı. Prouzun filmdəki səsi isə amerikalı aktyor Ceyms Erli Cons idi. Dart Veyderədək Prouz Böyük Britaniyada Green Cross Code yol hərəkətinin təhlükəsizliyi hərəkatının kampaniya çarxlarında oynayan ilk aktyor kimi tanınırdı. Aktyor "Qurulan portağal"da epizodik rol alıb, həmçinin "Frankenşteyn və cəhənnəmdən gələn monstr", "Frankenşteyn dəhşəti" filmlərində də çəkilib.

Devid Prouz ağır atletika ilə də məşğul olub, aktyor Kristofer Rivi Supermen rolu üçün hazırlayıb.

15
Teqlər:
Böyük Britaniya, "Ulduz müharibələri", film, vəfat, aktyor
Azərbaycan bayrağı, arxiv şəkli

Şəhidimizin xanımı yeni musiqisini təqdim edib - VİDEO

19
(Yenilənib 01:24 29.11.2020)
Kompozisiyanın sözləri və musiqisi şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovaya aiddir.

BAKI, 29 noyabr — Sputnik. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovanın müəllifi olduğu "Yenilməzsən Azərbaycan!" musiqi kompozisiyasının ilk təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, musiqi kompozisiyasını xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov ifa ediblər.

Kompozisiyanın sözləri və musiqisi Könül Hüseynovaya aiddir. Kompozisiya vətənpərvərlik və döyüş ruhundadır. Vətən müharibəsində xalqımızın qələbə sevincini və mübarizə əzmini özündə əks etdirir.

Təqdimatda MDTF-nun icraçı direktoru Mehman müəllim qeyd edib ki, daim şəhid ailələrinə və qazilərimizə irəli sürdükləri təkliflərdə dəstək olublar.

"Zəfər" Şəhid Ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirib ki, şəhid xanımının belə bir yaradıcılıq təşəbbüsü ilə çıxış etməsi cəmiyyətimiz üçün bir vətənpərvərlik göstəricisidir.

Kompozisiyanın müəllifi Könül xanım artıq uzun illərdir musiqi sahəsində çalışdığını qeyd edərək Vətən müharibəsinin başlanğıcında ürəyindən və düşüncəsindən keçən duyğuları nəğmələrdə ifadə etdiyini bildirib.

Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov kompozisiyanı məmnuniyyətlə və böyük fərəh hissi ilə ifa etdiklərini qeyd ediblər.

Kompozisiyanın qısa müddət ərzində klip şəklində hazırlanması nəzərdə tutulur.

19
Teqlər:
şəhid ailəsi, şəhidlər, şəhid, Samir Cəfərov, Mənəvi Dəyərlərin Təbliği Fondu
Aleksandr Myasnikov, arxiv şəkli

Məşhur həkim yenə qorxudur: "Fəlakətin bir addımlığındayıq"

0
(Yenilənib 15:25 29.11.2020)
"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar"

BAKI, 29 noyabr - Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov dünyada yeni, ölüm göstəricisi yüksək olan pandemiyanın olacağı barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Myasnikov özünün Telegram kanalında yazıb.

 

Həkim qeyd edib ki, insanlar COVID-19 kimi epidemiyalara hazır deyillər. Üstəlik, onlara qarşı universal vaksin yoxdur.

"Əgər 35-40 faiz ölüm göstəricisi olan virus yayılsa, o cür vaksinin peyda olmasınadək on milyonlarla insan həlak olacaq. Dediyim odur ki, indi bütün alimlərin gücünü məhz bu cür vaksinin hazırlanmasına yönəltmək lazımdır! İstədikləri qədər pul və vəsaitlə təmin etmək lazımdır. Yoxsa sonra dəfələrlə baha başa gələcək", - o qeyd edib.

Myasnikov deyir ki, bəşəriyyət məhz qrip təhlükəsi altındadır - ya quş, ya da donuz.

"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar, fəlakətin bir addımlığındayıq!" - mütəxəssis yazıb.

0
Teqlər:
pandemiya, mutasiya, Çin, dünya, donuz qripi, Quş qripi, qrip, epidemiya