Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının Yaşar tamaşası

Azdrama "Cəfər Cabbarlı"nın nöqtəsini qoydu

30
"Yaşar"dakı obrazlar, müsbət və mənfi olmalarından asılı olmayaraq dövrünün gerçəkliyinin özü qədər sərt, canlı və realdırlar.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Akademik Milli Dram Teatrında "Yaşar" tamaşasının premyerası keçirilib

"Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" ölkə başçısının müvafiq Sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən "Cəfər Cabbarlı həftəsi" başa çatıb. "Cəfər Cabbarlı həftəsi"nin növbəti təqdimatı Akademik Milli Dram Teatrında olub. Belə ki, teatrsevərlər C. Cabbarlının "Yaşar" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya baxıblar.

Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissorları Mehman Fətullayev və Emil Əskərov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənоvаdır.

  • Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının Yaşar tamaşası
    © Azerbaijan State Academic Drama Theater
  • Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının Yaşar tamaşası
    © Azerbaijan State Academic Drama Theater
  • Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının Yaşar tamaşası
    © Azerbaijan State Academic Drama Theater
1 / 3
© Azerbaijan State Academic Drama Theater
Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının Yaşar tamaşası

Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (İmamyar), Ramiz Məlik, (İvanov), Cəfər Namiq Kamal (Əmirqulu), Əli Nurzadə (Niyaz), əməkdar artistlər Elnar Qarayev (Yaşar), Rəşad Bəxtiyarov və aktyor Cavidan Novruzov (Toğrul), əməkdar artistlər Məsmə Aslanqızı (Türkan), Ayşad Məmmədov (Belekurov), aktyorlar Rada Nəsibova (Yaqut), İlyas Əhmədov (Türbət), Rüstəm Rüstəmov (Nüsrət), aktyor Ramin Şıxəliyev (Əmirqulu), əməkdar artist Mehriban Xanlarova və aktyor Firuzə Balayeva (Şərəbanu), aktyorlar Elnur Qədirov (Əliverdi), Vüsal Mustafayev (Həsən), əməkdar artistlər Elşən Rüstəmov (Prokuror) və Elxan Quliyev (Sədr) çıxış edirlər.

Qeyd edək ki, müəllif "Yaşar" pyesini 1932-ci ildə tamamlayıb və həmin il də səhnəyə qoyulub. Yaşar, onun dostları olan gənc alimlər və onların elmi rəhbəri Belokurov şoranlıq torpaqları əkin sahələri üçün yararlı edib, pambıq tarlalarına çevirmək istəyirlər. Pyes əsas qəhrəmanın adi ilə "Yaşar" adlandırılıb. "Yaşar"dakı obrazlar, müsbət və mənfi olmalarından asılı olmayaraq dövrünün gerçəkliyinin özü qədər sərt, canlı və realdırlar. Dramda konflikt real və məzmunludur.

Akademik Milli Dram Teatrının təqdimatında "Cəfər Cabbarlı həftəsi"nə töhfə olan bu sənət əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

30
Ceyla Seyidova, arxiv şəkli

"Sarı gəlin"dən xəbər var

247
(Yenilənib 11:49 19.10.2020)
Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb.

BAKI, 19 oktyabr — Sputnik. Ermənilərin uzun illər özününkiləşdirmək istədiyi Azərbaycanın xalq mahnısı "Sarı gəlin" yeni balet versiyasında təqdim olunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от ALOV Club (@alovclub)

Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb: "Müstəqillik günü münasibətilə xalqımızı təbrik edirik! Ölkə üçün çətin bir zamanda ruhdan düşməməyinizi diləyirik".

https://www.instagram.com/p/CGejOZhjSyT/?utm_source=ig_web_copy_link

247
Əlaqədar
Azərbaycanlı aşıq "Sarı gəlin"i niyə ermənilərlə birlikdə oxuduğuna aydınlıq gətirdi
Bakıda “Sarı gəlin” oxuyan italiyalı əfsanəvi müğənni
Eyfel qülləsində "Sarı gəlin" səsləndirildi
Moldovanın Xalq artistinin ifasında “Sarı Gəlin”
Misirlilər azərbaycanlı qızın ifasında "Sarı gəlin"ə valeh oldu
Kinorejissor Elxan Cəfərov

Vətənpərvərlik mövzusunda seriallarımız niyə yoxdu kinorejissorun şərhi

29
(Yenilənib 08:19 19.10.2020)
Kinorejissor Elxan Cəfərov deyir ki, serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır
Elxan Cəfərov: “Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır”

Azərbaycan televiziyalarında nümayiş etdirilən serialların əksəriyyəti məişət mövzuları əsasında çəkilir. Bəs ölkəmizdə vətənpərvərlik mövzusunda serialların çəkilməsinə nə mane olur?

Bununla bağlı Sputnik Azərbaycan-a danışan kinorejissor Elxan Cəfərov deyir ki, seriallar üçün qeyri-dövlət maliyyə mənbələri tapılmadıqca onlar yüksək səviyyəyə gəlib çatmayacaq:

“Seriallar hazırda inkişaf dövrünü yaşayır. Serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır. Bu gün vətənpərlik mövzusunda da işlər görülür. Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır. Hazırda serialların özünü  təsdiqetmə dövrüdür. Bu mərhələ başa çatdıqdan sonra bu və ya digər mövzuları tələb etmək olar”.

Elxan Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

29
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0