Azərbaycan Xalq artisti Röya Ayxan

Röya bir ayda iki klipini təqdim edib: Necə?

32
(Yenilənib 00:53 30.11.2019)
Mahnının sözlərini Leyla Erol, musiqisini isə Hakan Erol yazıb, klipi Azərbaycanın bir çox məşhuru ilə əməkdaşlıq edən rejissor Fərhad Əli çəkib

BAKI, 29 noyabr — Sputnik. Azərbaycanın Xalq artisti Röya Ayxan noyabr ayında ikinci klipini təqdim edib. Müğənni bu klipi "Elə bilirdim" mahnısına çəkdirib.

Röya Ayxan Sputnik Azərbaycan-a bildirib ki, mahnının sözlərini Leyla Erol, musiqisini isə Hakan Erol yazıb. Klipi Azərbaycanın bir çox məşhuru ilə əməkdaşlıq edən rejissor Fərhad Əli çəkib. Çəkilişlər Bakı şəhərində aparılıb.

Maraqlıdır ki, bu, Röyanın noyabr ayında ictimaiyyətə təqdim etdiyi ikinci klipidir. Daha əvvəl müğənni Fərhad Əlinin çəkdiyi "Dedin yox" kompozisiyasının klipini təqdim etmişdi.

Röya Ayxan bəstəkar Vaqif Gərayzadənin qurduğu "W-trio" qrupunun keçmiş solistidir. O, dəfələrlə "İlin ifaçısı", "İlin konserti" və bir çox digər mükafatların laureatıdır.

Hazırda müğənni Türkiyə şou-biznesində özünə yer tutmağa çalışır. Ona görə də öz layihələrini daha çox qonşu ölkənin ərazisində reallaşdırır.

32