Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Faciəvi sevgi hekayəsi: qadın rüsvayçılığa dözməyərək özünü öldürdü

© Sputnik / Kemale AliyevaПремьера спектакля "Прости за любовь" на сцене Русского драматического театра
Премьера спектакля Прости за любовь на сцене Русского драматического театра - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Cəfər Cabbarlının "Aydın" pyesi əsasında hazırlanmış tamaşanın premyerası keçirilib

BAKI, 26 noyabr — Sputnik. Bakılı tamaşaçılar Cəfər Cabbarlının "Aydın" pyesi əsasında hazırlanmış "Sevgiyə görə üzr istəyirəm" tamaşasının baş qəhrəmanlarının faciəvi sevgi hekayəsinin şahidi olublar.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində tamaşanın premyerası anşlaqla keçib.

© Sputnik / Kemale AliyevaDövlət Akademik Rus Dram Teatrının səhnəsində "Sevgiyə görə bağışla" tamaşasının premyerası
Faciəvi sevgi hekayəsi: qadın rüsvayçılığa dözməyərək özünü öldürdü - Sputnik Azərbaycan
Dövlət Akademik Rus Dram Teatrının səhnəsində "Sevgiyə görə bağışla" tamaşasının premyerası

Publikanın bu tamaşaya marağı tamamilə başadüşülən idi, çünki onun rejissoru xalq artisti İradə Tağızadədir. Bu o deməkdir ki, nə isə yeni, qeyri-adi və gözlənilməz nələrsə gözləmək olar. Çünki onun hər bir tamaşası əvvəlkilərdən fərqlənir və tamaşaçını daha da valeh edir.

Tağızadə öz ustalığını və peşəkarlığını dəfələrlə nümayiş etdirib, ona görə də, tamaşaya hazırlıqların başladığı ilk gündən aydın idi ki, artıq uğur zəmanət altındadır.

Nümayiş günü zalda bir dənə də olsun boş yer yox idi. Tamaşaçılar arasında respublikanın görkəmli ictimai xadimlərini, mədəniyyət və incəsənət nümayəndələrini, həmçinin Rus Dram Teatrının həmkarlarını dəstəkləməyə gələn və onlara bu gecə çox vacib olan uğurları arzulayan aktyorlarını görmək mümkün idi.

Cəfər Cabbarlı "Aydın" pyesini 1922-ci ildə yazıb və bu əsər dəfələrlə müxtəlif teatrların səhnəsində tamaşaya qoyulub. Rus Dram Teatrının səhnəsində isə bu əsər iki dəfə - 1957 və 1980-ci ildə səhnələşdirilib.

© Sputnik / Kemale AliyevaDövlət Akademik Rus Dram Teatrının səhnəsində "Sevgiyə görə bağışla" tamaşasının premyerası
Faciəvi sevgi hekayəsi: qadın rüsvayçılığa dözməyərək özünü öldürdü - Sputnik Azərbaycan
Dövlət Akademik Rus Dram Teatrının səhnəsində "Sevgiyə görə bağışla" tamaşasının premyerası

Bu dəfə isə tamaşa Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünə həsr edilib.

Tamaşa ailə cütlüyü Aydın (Murad Muradov) və Gültəkinin (Həcər Ağayeva) həyatından bəhs edir. Onlar çox kasıb yaşayırlar, amma cütlük hər şeyin dəyişə biləcəyinə inanır. Gültəkin təminatlı ailədəndir, amma Aydına olan sevgisi səbəbindən valideynlərindən üz döndərib və kasıb həyatı seçib. O, öz seçimindən zərrə qədər də olsun, təəssüflənmir. Ailədə nifaq Aydın milyonçu Dövlət bəyin (Murad İsmayılov) oğlunun yanında işə düzələndən sonra başlayır. Dövlət bəy evli olmasına baxmayaraq, Gültəkinə aşiq olur və ona ərindən ayrılmağı təklif edir. Bildirir ki, əgər ərindən ayrılsa, onun heç bir şeyə ehtiyacı olmayacaq. Gültəkin istər-istəməz Dövlət bəyin təklifini qəbul edir və utanc içində, başını qaldırmadan küçələrdə gəzsə də, adlı-sanlı xanıma çevrilir.

© Sputnik / Kemale AliyevaDövlət Akademik Rus Dram Teatrının səhnəsində "Sevgiyə görə bağışla" tamaşasının premyerası
Faciəvi sevgi hekayəsi: qadın rüsvayçılığa dözməyərək özünü öldürdü - Sputnik Azərbaycan
Dövlət Akademik Rus Dram Teatrının səhnəsində "Sevgiyə görə bağışla" tamaşasının premyerası

Tamaşanın ən təsirli hissəsi sonluğudur. Gültəkin hələ də Aydını sevir və etdiyi rüsvayçılığa dözə bilmədiyi üçün zəhər içmək qərarına gəlir. O, "sevgiyə görə üzr istəyirəm..." sözlərini deyərək ölür. Hamı onu tənqid edir, amma o, bütün bu qurbanları ərinin xoşbəxtliyi və rifahı üçün verir. Axı Aydın Dövlət bəyin oğluna dərs deyərək məvacib alır və öz maddi ehtiyaclarını ödəyirdi. Aydın isə bütün bunların Gültəkin üçün nə qədər çətin olduğunu görə bilmir və onun fədakarlığını qiymətləndirmir. Başa düşülməyən və qınaqlarla, rüsvayçılıqla yaşaya bilməyən Gültəkin çıxış yolunu özünə qəsd etməkdə görür.

Zalda tamaşaçılar göz yaşlarını saxlaya bilmirdilər. Əgər tamaşanın əvvəlində hamı Gültəkini etdiyi hərəkətə görə qınayırdısa, sonda hər kəsin ona yazığı gəlirdi.

Bütün aktyorlar - Azərbaycanın Əməkdar artisti Salman Bayramov, aktyorlar Murad Məmmədov, Murad İsmayılov, Həcər Ağayeva, Yeganə Hüseynli, Teymur Rəhimov, Yaroslav Trifonov, Zaur İsgəndərov, Fərid Bəhrəmov, Zaur Terequlov, Cövhər Abdullayev, Tamilla Abutalıbova, Marina Litvinenko, Rumiyə Ağayeva, Bella Safina, Fəridə Nesterenko, Samirə Rüstəmova, İoanna Fernştadt və Boris Brodski tamaşanın ərsəyə gəlməsi üçün çox çalışıblar və öz çıxışları ilə zirvəyə yüksəliblər. Onlar yenidən öz istedadlarını və istənilən rola hakim ola bildiklərini bir daha nümayiş etdiriblər.

© Sputnik / Kemale AliyevaDövlət Akademik Rus Dram Teatrının səhnəsində "Sevgiyə görə bağışla" tamaşasının premyerası
Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Sevgiyə görə bağışla tamaşasının premyerası - Sputnik Azərbaycan
1/11
Dövlət Akademik Rus Dram Teatrının səhnəsində "Sevgiyə görə bağışla" tamaşasının premyerası
© Sputnik / Kemale AliyevaDövlət Akademik Rus Dram Teatrının səhnəsində "Sevgiyə görə bağışla" tamaşasının premyerası
Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Sevgiyə görə bağışla tamaşasının premyerası - Sputnik Azərbaycan
2/11

3/11

4/11

5/11

6/11

7/11

8/11

9/11

10/11

11/11

Tamaşada hər şey bir-birini tamamlayıb: həm Sankt-Peterburqdan dəvət olunmuş quruluşçu rəssam Tatyana Melnikovanın dekorasiyaları, həm Xalq artisti Aleksandra Nikuşinanın xoreoqrafiyası, həm də Əməkdar mədəniyyət işçisi Vladimir Neverovun musiqi tərtibatı. Hər bir şeydə hər zaman özünü işə həsr edən İranə Tağızadənin əməyi hiss olunurdu. Axı onda başqa cür alınmır, çünki tamaşaları öz dili ilə desək, onun övladlarıdır.

Xəbər lenti
0