Müğənni Nigar Camal, arxiv şəkli

Ağlagəlməz tandem: "Avroviziya" qalibi Aygün Bəylər ilə oxudu - VİDEO

78
(Yenilənib 23:55 19.11.2019)
Nigar Camal üçün çox doğma insana həsr olunan mahnının klipi Lənkəran, Astara və Bakıda cəmi üç günə çəkilib

BAKI, 19 noyabr — Sputnik. "Avroviziya" qalibi Nigar Camal "Nəfəsim, qəlbim" mahnısının klipini dinləyicilərinə təqdim edib.

Müğənni Sputnik Azərbaycan-a bildirib ki, o, musiqisinin müəllifi olduğu mahnını Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə birlikdə ifa edib.

Mahnının sözləri İkram Əliyevə məxsusdur. Klipin rejussoru Əli Zamansoy, montajçısı isə Rasif Əliyevdir. Klip üç günə, Lənkəran, Astara və Bakıda çəkilib.

"Bu mahnı mənimçün əzizdir, çünki ilk yazdığım kompozisiyadır. Həm də mənimçün çox dəyərli insana yazılıb. İlk gündən anladım ki, onu Aygün Bəylərlə duetdə oxumalıyam. Şadam ki, mənimlə birgə oxumağa razılıq verdi", - Nigar Camal bildirib.

Nigar "Avroviziya-2011"dən sonra bütün dünyada tanındı və hazırda da karyerasını davam etdirir. O, hətta filmə də çəkilib, indi isə yeni layihələr üzrəində işləyir.

Aygün Bəylər xalq mahnıları və muğamların mahir ifaçısı kimi və imici ilə məşhurdur. Hazırda A.Bəylər estrada mahnıları da oxuyur.

78
Əlaqədar
Nigar Camal çəkiliş zamanı çətin anlar yaşadı
Röya Ədalətin mahnısını oxudu - VİDEO
Elnarə "Məhəbbət başlar"ı təqdim etdi - VİDEO
Türkiyədə Azərbaycanın ən yaxşı gənc ifaçısını seçdilər - VİDEO - FOTO
"Avroviziya"nın qalibi Damlaya söz atdı: "Bəyənmirəm"
Aktyor Şon Konneri Ceyms Bond rolunda, arxiv şəkli

Tarixdəki ən yaxşı Ceyms Bondun adı açıqlandı

21
(Yenilənib 13:34 11.08.2020)
Bondiana filmlərinin ən yaxşı agent 007-sinin seçilməsi üçün sorğu keçirilib. Şon Konneri bütün rəqiblərini geridə qoyub.

BAKI, 11 avqust — Sputnik. Həftəlik RadioTimes-in öz oxucuları arasında keçirdiyi səsvermə zamanı "Agent 007" filminin pərəstişkarları britaniyalı aktyor Şon Konnerini tarixin ən yaxşı Ceyms Bondu seçiblər.

Nəşrin məlumatına görə, sorğuda 14 mindən çox fanat öz fikirini bildirib. Birinci raundda Konneri 56 faiz səs yığaraq, 43 faiz səs toplayan fəaliyyətdə olan agent 007-ni, ingilis aktyoru Daniel Kreyqi geridə qoyub.

İkinci raundda ingilis Pirs Brosnan qalib gəlib. O, avstraliyalı aktyor Corc Lezenbini geridə qoyaraq səslərin 76 faizini qazanıb. Lezenbi isə cəmi 24 faiz səs toplayıb.

Üçüncü raund ən gözlənilməz olub, çünki oxucuların 41 faizinin səsini toplayan Rocer Mur, 49 faiz səs yığan varisi Timoti Daltona uduzub.

Beləliklə, finalda Şon Konneri Dalton və Brosnanla qarşılaşaraq 44 faiz səslə qalib gəlib. İkinci yeri 32 faizlə Dalton qazanıb. Brosnan isə 23 faizlə səslə "bürünc"ü əldə edib.

Şon Konneri kinoda ilk agent 007 olub. O, Bondiananın beş filmində çəkilib: "Doktor Nou" (1962-ci il), "Rusiyadan məhəbbətlə" (1963-cü il), "Qoldfinger" (1964-cü il), "Kürəvi ildırım" (1965-ci il) və "Yalnız iki dəfə yaşayırsan" (1967-ci il).

21
Qadın güzgüyə baxır, arxiv şəkli

Estetik əməliyyat etdirən ulduz büsbütün dəyişdi

58
(Yenilənib 23:15 10.08.2020)
Müğənninin bu dəyişimi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Onun bu addımı pərəstişkarlarını məyus edib.

BAKI, 10 avqust — Sputnik. "Adam Gibi Adam", "Katmer Katmer" ve "İhanetin Bekçisi" və s. mahnıları ilə tanınan türkiyəli müğənni Lara keçirdiyi estetik əməliyyatlar nəticəsində tanınmaz hala gəlib.

2000-ci illərdə Türkiyədə məşhurlaşan 41 yaşlı müğənninin xeyli sayda əməliyyat etdirdiyi bildirilir.

Посмотреть эту публикацию в Instagram

Публикация от LARA (@lara.official)

İzləyicilərinin belə tanımaqda çətinlik çəkdiyi Laranın hətta göz rəngini belə əməliyyatla dəyişdirdiyi iddia edilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от LARA (@lara.official)

Müğənninin bu dəyişimi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Onun bu addımı pərəstişkarlarını məyus edib.

58
Əlaqədar
Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar
Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan
Bakı "YouTube"dan Azərbaycan xalq mahnısını mənimsəmiş kanalların bağlanmasını tələb edir
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

0
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0