Jurnal qalıqlarından gözəl rəsm əsərləri

Müəllif hüququnu sübut etmək üğün ağlagəlməz üsuldan istifadə edən sənətkar

578
Kollaj ustası Aytən Abdullayevanın əsərləri özünəməxsusluğu ilə seçilir. Rəssam öz əsərlərində gizli yazılı mesajlar da ötürür.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 noyabr — Sputnik. Bu gün bəzi ölkələr kağız istehsalını azaltmaq istiqamətində müəyyən addımlar atırlar. Bu ölkələr tövsiyə olaraq vətəndaşlarına bildirirlər ki, ehtiyac olmadan çap olunmuş kağız məhsullaırndna imtina etsinlər. Bunun üçün isə həmin ölkələr özlərinin elektron sistemlərini, elektron məlumatlar bazasını daha da zənginləşdirirlər.

Belə bir addımın atılmasının əsas səbəbi isə bu gün dünyada ağacların 41 faizinin məhz kağız istehsalı məqsədi ilə qırılmasıdır.

Jurnal qalıqlarından gözəl rəsm əsərləri
© Sputnik / Nigar Iskanderova
Rəssam Aytən Abdullayeva

Ümumiyyətlə, kağız tullantılarının həcmini azaltmaq, o cümlədən də ağacların məhz bu məqsədlə qırılmasının qarşısını almaq üçün azərbaycanlı fəallar tərəfindən də müəyyən addımlar atılır. Rəssam Aytən Abdullayeva da bu şəxslərdəndir.

Ayten Abdullayeva 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq və Qrafik dizayn ixtisası üzrə bakalavr pilləsi, 2012-2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dizayn və Texniki estetika isxtisası üzrə magistr pilləsi üzrə təhsil alıb.

O, bu il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktorantura təhsili alıb. Sputnik Azərbaycan-ın həmsöhbəti olan, Azərbaycan Rəssamlar İttifaqının üzvi olan rəssamı digərlərindən fərqləndirən tərəfi də var. 12 maraqlı kollajın müəllifi olan həmsöhbətimiz kağız tullantılardan maraqlı nümunələr yaratmağa çalışır.

Jurnal qalıqlarından gözəl rəsm əsərləri
© Sputnik / Nigar Iskanderova
"Tıx-Tix Xanım" adlı kollaj

- Necə oldu ki, belə bir ideyanı reallaşdırdınız?

- Yadımdadır, 2011-ci il idi, tələbə idim. Həmin il soydaşlarımız Nigar və Eldar müsabiqənin qalibləri olmuşdu, bizə də "Avroviziya" mahnı müsabiqəsi mövzusunda qeyri-adi, maraqlı əsər yaratmaq tapşırığı verilmişdi. Düşündüm ki, Eldarla Nigarın jurnal parçalarından portretini yaradım. Bu mənim ilk kollaj işim idi. Lakin ilk kollajım arzuladığım qədər yaxşı alınmamışdı. Buna görə hətta tənqid də olundum və bir qədər həvəsdən düşdüm. O səbəbdən də həmin kollaj bu günədək yarımçıq qalıb. Lakin bir müddət ötdükdən sonra yeni kollaj yaratdım və həmin kollajın sayəsində "Tullantıdan Sənətə" sərgisinin iştirakçısı oldum. Sərgi çərçivəsində məşhur Norveç rəssamı olan Edvard Munkun "Qışqırıq" əsərinin kollajını yaratdım.

Jurnal qalıqlarından gözəl rəsm əsərləri
© Sputnik / Nigar Iskanderova
Rəssam Aytən Abdullayevanın işi

- Bu işi görmək üçün nə qədər qəzet, jurnal parçası lazım oldu, bunları öncədən yığmışdınız, yoxsa ideyanı düşündükdə artıq əlinizin altında olan qəzet, jurnal nümunələrdindən istifadə etdiniz?

- İlk kollajları əlimin altında olan jurnallardan yaratmağa başlamışdım. Daha sonra yaxınlarım artıq onlara lazım olmayan, tullantıya çevrilməli olan jurnalları mənə bağışladılar. Çünki kollaj yaradarkən mənə saysız-hesabsız jurnallar lazım olur. Amma mən kollaj yaradarkən yalnız jurnallardan istifadə edirəm, yəni qazet və ya başqa bir materiallardan istifadə etmirəm. Gələcəkdə isə başqa materiallardan da istifadə etmək fikrim var.

- Belə bir deyanı gerçəkləşdirməkdə əsas mesajınız nədir?

- Mesajım budur ki, tullantının da ikinci həyatının olma şansı var. Bununla biz az da olsa, ətraf mühitin çirklənməsinin qarşısını almış olarıq. Kimdəsə yaradıcılıq qabiliyyəti varsa, onlar da yeni bir şeylər yaratmaqla ekologiyanın çirklənməsinin qarşısını ala bilərlər. Çünki yaradıcılıq prossesi öz-özlüyündə həm maraqlı, həm ruhu dincəldən, həm də əyləncəli bir prosesdir. Mən bundan sonra da kağız tullantıları yığaraq belə maraqlı kollajlar yaradacağam.

Jurnal qalıqlarından gözəl rəsm əsərləri
© Sputnik / Nigar Iskanderova
Jurnal qalıqlarından gözəl rəsm əsərləri

- Bu cür əsərlər yaratmaq üçün poliqonlardakı tullantılardan necə, istifadə etdinizmi?

- Yox, hələ ki buna ehtiyac olmayıb.

- Kollajlarınız haqda danışardınız.

- Hər kollajın yaradılmasına uzun müddət tələb olunur. Bəzən, bu müddət aylarla da ölçülə bilər. Mənim yaratdığım kollajların özünəməxsusluğu isə onun içində bir mesajın olmasıdır. Yəni kollaja baxan kimsə bunu oradan oxuya bilər. Kollajlarımda ötürdüyüm bu mesajlarda isə adətən müsbət, pozitiv sözlər, cümlələr, misralar qizlətməyə çalışıram: "Mən bunu bacararam", "Hər şey yaxşı olacaq", "Düşün", "Unutma" və s. Bundan başqa, mənim kollajlarımın digər özəlliyi isə burada özümdən bir hissəcik olaraq saçlarımdan istifadə edərək onu bir hissədə gizlətməyimdir. Bunun da səbəbi gələcəkdə də müəlliflik hüququmu qorumaqdır. Yəni lazım gəldikdə DNT üsulu ilə mən bunu sübuta yetirə biləcəyəm.

Jurnal qalıqlarından gözəl rəsm əsərləri
© Sputnik / Nigar Iskanderova
Jurnal qalıqlarından gözəl rəsm əsərləri

- Rusiyada muzeydə saxlanılan əsəriniz də var...

- "Tıx-Tix Xanım" adlı kollajım Rusiyada yerləşəm "MyMy" muzeyində saxlanılır.

2014-cü ildə "Tullantldan Sənətə" sərgisində nümayiş olunan "Qışqırıq" əsərim hazırda Qala Qoruğunda "Tullantıdan Sənətə" muzeyində saxlanılır. Bir neçə kollaj işim şəxsi kolleksiyalarda saxlanılır.

- Kağızdan tamamilə imtinanın necə, tərəfdarısınızmı?

  • Jurnal qalıqlarından gözəl rəsm əsərləri
    Jurnal qalıqlarından gözəl rəsm əsərləri
    © Sputnik / Nigar Iskanderova
  • Jurnal qalıqlarından gözəl rəsm əsərləri
    Jurnal qalıqlarından gözəl rəsm əsərləri
    © Sputnik / Nigar Iskanderova
  • Jurnal qalıqlarından gözəl rəsm əsərləri
    Jurnal qalıqlarından gözəl rəsm əsərləri
    © Sputnik / Nigar Iskanderova
  • Jurnal qalıqlarından gözəl rəsm əsərləri
    Jurnal qalıqlarından gözəl rəsm əsərləri
    © Sputnik / Nigar Iskanderova
  • Jurnal qalıqlarından gözəl rəsm əsərləri
    Jurnal qalıqlarından gözəl rəsm əsərləri
    © Sputnik / Nigar Iskanderova
1 / 5
© Sputnik / Nigar Iskanderova
Jurnal qalıqlarından gözəl rəsm əsərləri

- Düşünürəm ki, kağızdan tamamilə imtina etsək, ekologiyamıza daha müsbət töhfə vermiş olarıq. Lakin bu çətin və uzun bir prosesdir. Çünki biz özümüz də hələlik elektron məlumatlardan daha çox çap olunan kitab və materiallardan istifadə edirik.

Beləcə hər birimiz ekoloji təmizlik naminə kiçik görünən, lakin böyük zəhmət tələb edən hansısa maraqlı bir addımlarla da ətraf mühitə həm müsbət töhfə verə, həm də gözəl nümunə ola bilərik. Bunun üçün bəs siz nə edirsiz?

578
Dart Veyder, Ulduz müharibələri filmindən, arxiv şəkli

"Dart Veyder" Yer planetini tərk elədi

15
Prouz Corc Lukasın orijinal "Ulduz müharibələri" trilogiyasındakı (1977-1983) Dart Veyderin rolu ilə məşhurlaşmışdı

BAKI, 29 noyabr - Sputnik. Britaniyalı aktyor, klassik "Ulduz müharibələri" trilogiyasında Dart Veyder rolunun ifaçısı Devid Prouz dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə onu təmsil edən Bowington Management agentliyi məlumat yayıb.

Aktyorun agenti Tomas Bouinqton bildirib ki, 85 yaşlı aktyr xəstəlikdən ölüb.

"Bizim və dünyadakı milyonlarla pərəstişkarı üçün dərin peşmançılıq və ürəkağrıdıcı kədər hissi ilə müştərimiz David Prouzun 85 yaşında vəfat etdiyini elan edirik", - agentliyin Twitter hesabında qeyd olunub.

​​Prouz Corc Lukasın orijinal "Ulduz müharibələri" trilogiyasındakı (1977-1983) Dart Veyderin rolu ilə məşhurlaşmışdı. Prouzun filmdəki səsi isə amerikalı aktyor Ceyms Erli Cons idi. Dart Veyderədək Prouz Böyük Britaniyada Green Cross Code yol hərəkətinin təhlükəsizliyi hərəkatının kampaniya çarxlarında oynayan ilk aktyor kimi tanınırdı. Aktyor "Qurulan portağal"da epizodik rol alıb, həmçinin "Frankenşteyn və cəhənnəmdən gələn monstr", "Frankenşteyn dəhşəti" filmlərində də çəkilib.

Devid Prouz ağır atletika ilə də məşğul olub, aktyor Kristofer Rivi Supermen rolu üçün hazırlayıb.

15
Teqlər:
Böyük Britaniya, "Ulduz müharibələri", film, vəfat, aktyor
Azərbaycan bayrağı, arxiv şəkli

Şəhidimizin xanımı yeni musiqisini təqdim edib - VİDEO

19
(Yenilənib 01:24 29.11.2020)
Kompozisiyanın sözləri və musiqisi şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovaya aiddir.

BAKI, 29 noyabr — Sputnik. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovanın müəllifi olduğu "Yenilməzsən Azərbaycan!" musiqi kompozisiyasının ilk təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, musiqi kompozisiyasını xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov ifa ediblər.

Kompozisiyanın sözləri və musiqisi Könül Hüseynovaya aiddir. Kompozisiya vətənpərvərlik və döyüş ruhundadır. Vətən müharibəsində xalqımızın qələbə sevincini və mübarizə əzmini özündə əks etdirir.

Təqdimatda MDTF-nun icraçı direktoru Mehman müəllim qeyd edib ki, daim şəhid ailələrinə və qazilərimizə irəli sürdükləri təkliflərdə dəstək olublar.

"Zəfər" Şəhid Ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirib ki, şəhid xanımının belə bir yaradıcılıq təşəbbüsü ilə çıxış etməsi cəmiyyətimiz üçün bir vətənpərvərlik göstəricisidir.

Kompozisiyanın müəllifi Könül xanım artıq uzun illərdir musiqi sahəsində çalışdığını qeyd edərək Vətən müharibəsinin başlanğıcında ürəyindən və düşüncəsindən keçən duyğuları nəğmələrdə ifadə etdiyini bildirib.

Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov kompozisiyanı məmnuniyyətlə və böyük fərəh hissi ilə ifa etdiklərini qeyd ediblər.

Kompozisiyanın qısa müddət ərzində klip şəklində hazırlanması nəzərdə tutulur.

19
Teqlər:
şəhid ailəsi, şəhidlər, şəhid, Samir Cəfərov, Mənəvi Dəyərlərin Təbliği Fondu

Dağıdılsa da doğmadır, qəbulumuzdur: azad olunmuş Füzulidən yeni kadrlar - FOTO

0
(Yenilənib 14:36 29.11.2020)
Müzəffər Azərbaycan Ordusu Füzulini çoxillik erməni işğalından azad edib. Şəhərdə, demək olar ki, salamat bina qalmayıb

Füzuli Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində 2020-ci il oktyabrın 17-də Ermənistan hərbi qüvvələrindən təmizlənib. 27 il ərzində ermənilərin Füzulini nə hala saldığıını Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0
  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə "Araz" qəzetinin redaksiyasının dağıdılmış binası üstündə Azərbaycan bayrağı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar. Mərkəzdə - Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binası.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə qəbiristanlıqda muğam ifaçısı Ağabala Abdullayevin sınıdırılmış büstü.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə azərbaycanlıların qəbiristanlığı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə ağacda çəkmələr.

  • © Sputnik / Aleksey Kudenko

    Füzuli bulağı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağılmış binanın qarşısında yanmış avtomobil.

  • © Sputnik / Алексей Куденко

    Azərbaycan polisi "Araz" qəzetinin redaksiyası olan dağılmış binanın yanında.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağılmış bina.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə yolda Azərbaycan polisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış yanğından mühafizə bölməsinin binası.