Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda kino həftəsi - Bakıdan Şəkiyədək

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidЗрительный зал кинотеатра, архивное фото
Зрительный зал кинотеатра, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Nümayəndə heyəti kino həftəsi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki, İsmayıllı və Qəbələ rayonlarına səfərlər edəcək, yerli adət-ənənələr, tarixi abidələrlə tanış olacaq

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Noyabrın 17-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Özbəkkino" milli agentliyinin təşkilatçılığı ilə Azərbaycanda "Özbək kinosu həftəsi" keçiriləcək.

Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən verilən açıqlamaya görə, noyabrın 18-də saat 19:00-da Nizami Kino Mərkəzində "Özbək kinosu həftəsi"nin açılış mərasimi baş tutacaq. Mərasimdə Özbəkistan kinosunu kinematoqrafçılar və rəsmilərdən ibarət səkkiz nəfərlik nümayəndə heyəti təmsil edəcək. Gecədə özbək rejissoru Əbdülxəlil Miqnarovun "İmam Əbu Məhəmməd Tərmizi" filmi nümayiş olunacaq.

Кинопленка, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Vəziyyət biabırçıdır" - 60 manata görə təzə filmlərə baxa bilmirik

Noyabrın 19-da "Özbək kinosu həftəsi" çərçivəsində Özbəkistanı təmsil edən nümayəndə heyəti Dövlət Film Fondunun fəalliyyəti ilə tanış olacaq, Azərbaycanın kino xadimləri ilə görüş keçirəcək, gələcəkdə kino sahəsində əməkdaşlıq barəsində müzakirələr aparacaq.

Nümayəndə heyəti kino həftəsi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki, İsmayıllı və Qəbələ rayonlarına səfərlər edəcək, yerli adət-ənənələr, tarixi abidələrlə tanış olacaq, sakinlərlə görüşlər keçirəcək. Həmin rayonlarda da özbək filmlərinin nümayişləri təşkil olunacaq.

Qeyd edək ki, "Özbək kinosu həftəsi" çərçivəsində 19 noyabr saat 19:00-da "İssık çörəyi" (Nizami Kino Mərkəzinin kiçik zalı), 21 noyabrda Şəki Dövlət Dram Teatrında "Sənətkarlar diyarı", 22 noyabrda Qəbələ Mədəniyyət Mərkəzində isə "Rəqsin gözəlliyi" filmləri göstəriləcək.

Ekran əsərlərinin nümayişlərinə giriş sərbəstdir.

Xəbər lenti
0