Azərbaycanın Xalq artisti Amaliya Pənahova, arxiv şəkli

O, digər aktyorlar kimi müxtəlif verilişlərə çıxaraq öz xəstəliyini bəyan eləmirdi

3302
(Yenilənib 19:38 08.11.2019)
Azərbaycanın Xalq artisti, xalq tərəfindən sevilən aktrisa Amaliya Pənahovanın ölümünün bir illiyində dostları və həmkarları onun qəbirüstü abidəsini ziyarət ediblər

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 8 noyabr — Sputnik. Bu gün Azərbaycanın Xalq artisti, xalq tərəfindən sevilən aktrisa Amaliya Pənahovanın ölümündən bir il ötür. Bununla əlaqədar olaraq, onun doğmaları, həmkarları, yaratdığı Bakı Bələdiyyə Teatrının kollektivi əfsanəvi aktrisanın qəbrini ziyarət ediblər.

Состоялось открытие памятника народной артистки Амалии Панаховой на ее могиле
© Sputnik / Kemale Aliyeva
Amaliya Pənahovanın qəbirüstü abidəsinin açılışı olub

Sputnik Azərbaycan-ın məlumatına görə, Amaliya Pənahova uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. O, bu faktı ictimaiyyətdən gizlədib və heç kəsə özünün ağır xəstə olduğunu bildirməyib. Yalnız vəfat edəndən sonra ictimaiyyət onun xəstəliyindən xəbər tutub. Aktrisanın istəyi ilə o, həyat yoldaşı, Xalq artisti Yusif Muxtarovun yanında dəfn edilib.

Amaliya Pənahovanın anım günündə onunla bağlı xatirələrini bölüşmək istəyənlərin sayı çox idi. Onların heç biri göz yaşlarını saxlaya bilməyib. İlk çıxışı onunla eyni kursda oxumuş aktyor və rejissor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımov edib.

Директор Азербайджанского национального драматического театра, Азерпаша Нейматов и заслуженный артист Эльхан Гасымов
© Sputnik / Kemale Aliyeva
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov və Əməkdar artist Elxan Qasımov

"Amaliya bütün Azərbaycanın sevimlisi idi. Bütün rejissorlar onunla işləmək istəyirdilər. Fəxr edirəm ki, onunla tanış olmuşam, bir yerdə oxumuşam, işləmişəm. Bizim həmişə dost münasibətlərimiz olub. Onun ölümü hamımızı sarsıdıb. Hamı ağlayırdı, ancaq özü əsla ağlamırdı. Son günə qədər güclü, cəsarətli idi. Xəstəliyinə baxmayaraq, həmişə formada olurdu", - Qasımov deyib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Azərbaycanın xalq artisti Azərpaşa Nemətov da bildirib ki, o, nəinki Pənahova ilə birlikdə oxuyub, sonra onların çoxlu birgə layihələri olub. Nemətovun sözlərinə görə, aktrisa "Azdrama"dan çıxandan sonra Bakı Bələdiyyə Teatrını yaratmaq üçün böyük əmək sərf eləmişdi.

"Ölümünə bir neçə gün qalmış o, Akademik Milli Dram Teatrını ziyarət eləmişdi. Biz onunla görüşdük, üç gün sonra onun vəfat etdiyini öyrəndim. Bu, mənim üçün şok oldu, çünki ağrıdığını heç vaxt büruzə vermirdi", - deyə Nemətov bildirib.

Коллектив Бакинского муниципального театра, который был основан Амалией Панаховой
© Sputnik / Kemale Aliyeva
Bakı Bələdiyyə Teatrının kollektivi

Amaliya Pənahova Xalq artisti Nurəddin Mehdixanlının təkcə həyatında deyil, karyerasında da əhəmiyyətli rol oynayıb. O, öz çıxışına "hər kəs adamlara sağlığında qiymət verməli, bir-birini həyatda ikən sevməlidir, öləndən sonra bu, heç nəyi dəyişməyəcək" sözləri ilə başlayıb. Aktyor Pənahova ilə "Unuda bilmirəm" tamaşasında oynadığı debüt rolunu xatırladıb və deyib ki, məhz bu rolu ona uğur gətirib. O, əmindir ki, təkcə onun tərəf-müqabilinin xalq artisti olması sayəsində tamaşaçılar onu qəbul ediblər və aktyor kimi seviblər.

Народный артист Нуреддин Мехдиханлы
© Sputnik / Kemale Aliyeva
Xalq artisti Nurəddin Mehdixanlı

"O mənə dəfələrlə kömək edib. Mən bütün bunları unuda bilmərəm. Amaliya Pənahova təkcə mənə deyil, digər aktyorlara da həmişə kömək etməyə və onların problemini həll etməyə hazır idi. O, həmişə öz həmkarlarına qarşı diqqətli idi. "Azdrama"dan çıxandan sonra o, öz teatrını yaratdı və ona bütün ömrünü həsr elədi. Heç kəs onu xəstə görmədi. Amaliya xanım digər aktyorlar kimi müxtəlif verilişlərə çıxaraq öz xəstəliyini bəyan eləmirdi. O, necə qürurla yaşamışdısa, elə qürurla da həyatdan köçdü. Xəstəlik onu sındırmadı. Düşünürəm ki, onun gözəlliyi və unikallığı da onda idi", - deyə Mehdixanlı bildirib.

Tədbirdə Amaliya Pənahovanın qəbirüstü abidəsinin müəllifi, xalq rəssamı, professor Natiq Əliyev də çıxış edib. Onun sözlərinə görə, xalq artistinin ailəsi onun ölümündən qırx gün sonra ona bu abidə ilə bağlı müraciət etmişdi. Heykəlin üzərində bir qədər zəhmət çəkmək lazım idi, çünki ümumxalq sevgisini qazanmış insan üçün abidə yaratmaq həmişə çətindir.

Народный художник Азербайджана, профессор Натиг Алиев
© Sputnik / Kemale Aliyeva
Xalq rəssamı, professor Natiq Əliyev

"Mən bir neçə eskiz hazırladım. Abidə üzərində iş dünənə qədər davam edib, hər gün Amaliya Pənahovanın övladlarının xahişi ilə onda hansısa dəyişikliklər edilib. Düşünürəm ki, abidənin yekun variantı çox uğurlu alınıb", - Əliyev deyib.

Xalq artistinin qızı, hazırda Amaliya Pənahovanın övladlarından biri sayılan Bakı Bələdiyyə Teatrına rəhbərlik edən Aynur Muxtarova çıxış edərkən göz yaşlarını saxlaya bilməyib. Tədbiri aktrisanın oğlu İlqar Muxtarov bağlayıb.

Сын Амалии Панаховой Ильгар Мухтаров
© Sputnik / Kemale Aliyeva
Amaliya Pənahovanın oğlu İlqar Muxtarov

"Anasız yaşamaq çox çətindir. Bu ağrını sadəcə sözlərlə ifadə etmək mümkün deyil", - deyə Xalq artistinin oğlu bildirib. O, bu ağır günlərdə onların ailəsinə dəstək verdiklərinə görə Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Mədəniyyət Nazirliyinə, həmçinin digər dövlət müəssisələrinə təşəkkürünü bildirib.

Amaliya Pənahova SSRİ Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenlərinin sahibi, Avropanın əməkdar elm və mədəniyyət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq elmləri doktoru olub. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb, eyni zamanda rejissor kimi 20-dək tamaşa səhnəyə qoyub.

3302
Əlaqədar
Bir sənətkarı daha necə sevmək olar: Müslümün fanatları Rusiyadan Bakıya axışdı
Teatr Xadimləri İttifaqı sədr seçdi: Narazılıqsız ötüşmədi
Əzəməti ilə görənləri heyran edən bina: Repressiya ondan da yan keçməyib
Burada uşaqları "yoğururlar": "Hər şeyi sıfırdan başlamağı xoşlayıram"
"Boynubükük qalmışıq" - Tbilisidəki Azərbaycan teatrında ürək dağlayan mənzərə
 Şollerin arxivi bədii filmi

Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi

256
(Yenilənib 20:29 27.05.2020)
C.Qasımov bildirib ki, İlham Əliyevin almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə imzaladığı Sərəncama ictimai dəstək olaraq "Şollerin arxivi" bədii filmini çəkib.

BAKI, 27 may — Sputnik. “Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib. "Şollerin arxivi" filminin 2-ci hissəsini istehsal etmək üçün "From the Hearts Production Prodakshn"a ssenari təqdim etdik”.

Kinolent, arxiv şəkli
© Sputnik / Vladimir Pesnya

Bunu Sputnik Azərbaycan-a "Şollerin arxivi" filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib.

Onun sözlərinə görə, "From the Hearts Production Prodakshn" 1960-cı ildən Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Oksnard şəhərində fəaliyyət göstərir. Prodakşının müxtəlif proqramları var. Belə ki, onun "Roy W.Dean" qrantı 1992-ci ildə təsis olunub və pul mükafatları təqdim edir.

“İstehsal etdiyimiz "Şollerin arxivi" filmi də bu qrant proqramı üçün seçilmişdi. Qrantın internet səhifəsində film barədə məlumatlar yerləşdirilmişdi. Qrant üçün əsasən, cəmiyyəti faydalandıran filmlər seçilir. Payızda "Şollerin arxivi" filminin reklamı onların qəzetində yerləşdiriləcək. "From the Hearts Production Prodakshn" cəmiyyətə töhfə verən unikal filmləri olan müstəqil rejissorların filmlərini maliyyələşdirməyə kömək edir. Əsas odur ki, güclü hekayələri olsun və professional şəkildə təqdim olunsun. Bu prodakşının müxtəlif sponsorluq proqramları ilə bu günə kimi müxtəlif filmlərə 30 milyon dollardan çox maliyyə köməyi edilib",- deyə C.Qasımov əlavə edib.

Qeyd edək ki, filmin rejissorunu qrantla bağlı 15 dəqiqəlik virtual iclasa dəvət ediblər.

"From the Hearts Production Prodakshn" fondunun prezidenti Carole Dean "Şollerin arxivi" filminin yaradıcı heyətinə ünvanladığı məktubda deyib: "Parlaq filminizi nəzərdən keçirməyə göndərdiyiniz üçün təşəkkür edirik. Əsərinizi izləməkdən və oxumaqdan səmimi qəlbdən zövq aldıq..."

C.Qasımov bildirib ki, başda özü olmaqla bir qrup yaradıcı insan ölkə başçısı İlham Əliyevin almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə imzaladığı Sərəncama ictimai dəstək olaraq "Şollerin arxivi" bədii filmini çəkib.

"Şollerin arxivi" filmi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan "Şollerin arxivi" bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

256
Ramiz Quliyev, arxiv şəkli

İran milli orkestri Azərbaycanın xalq artisti ilə birlikdə "Layla"nı ifa edib

19
(Yenilənib 20:05 27.05.2020)
Azərbaycanın xalq artisti Ramiz Quliyevə koronavirusa görə təxirə salınmış qastrolunun əvəzinə İran Milli Orkestri ilə birgə layihədə iştirak etmək təklifi gəlib.

BAKI, 27 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın xalq artisti, professor, "Şöhrət" və "Şərəf" ordenin sahibi, tarzən Ramiz Quliyev İran Milli İnstrumental Orkestri ilə birgə layihəyə imza atıb. Musiqiçinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onlar Vasif Adıgözəlovun yaradıcılığına müraciət ediblər.

2020-ci ilin martında Ramiz Quliyevin İrana qastrolu planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən konsertləri təxirə salınıb. Bununla əlaqədar olaraq, İran Milli İnstrumental Orkestrinin rəhbəri və baş dirijoru Əli Əkbər Qurbani Azərbaycanın xalq artistinə virtual formatda birgə musiqi layihəsi həyata keçirmək təklifi ilə müraciət edib.

Quliyev İran orkestrinin musiqiçiləri ilə birlikdə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti Vasif Adıgözəlovun "Layla" əsərinə müraciət etmək qərarına gəlib.

Layihənin hər bir işçirakçısı öz partiyasını evdə ifa edib, sonra əldə edilən səs yazılarının hamısı eyni videoçarxda birləşdirilib.

Ramiz Quliyev YUNESKO-nun himayəsi ilə ABŞ-da keçirilən Beynəlxalq Folklor Festivalının xüsusi diplomunun sahibidir. 2004-cü ildə "Simurq" Milli mükafat fondunun təsis etdiyi ali mükafat - "İlin sənət Fədaisi" fəxri adına layiq görülüb. Bütün bunlarla yanaşı, o, "Humay" mükafatı, "Şöhrət" və "Şərəf"ordenləri ilə təltif edilib.

19
 Boş dərs otağı, arxiv şəkli

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

0
(Yenilənib 18:33 28.05.2020)
Rus bölməsi üçün saat 14:15-də IV sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi, İnformatika-Rəqəmsal bacarıqlar; 14:50-də VIII sinif – Kimya, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 15:20-də IX sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq. 

BAKI, 28 may - Sputnik. Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 29-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb. 

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da XI sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, Ədəbiyyat; 11:20-də X sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 12:25-də IV sinif – Azərbaycan dili, Musiqi, İnformatika-Rəqəmsal bacarıqlar; 12:55-də III sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 13:25-də II sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 14:00-da I sinif şagirdlərinə Riyaziyyat və Həyat bilgisi dərsləri olacaq. 

Rus bölməsi üçün sabah saat 14:15-də IV sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi, İnformatika-Rəqəmsal bacarıqlar; 14:50-də VIII sinif – Kimya, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 15:20-də IX sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq. 

0